Zəngilanda tarixi-dini abidələrinin bərpasına başlanıb

Zəngilanda tarixi-dini abidələrinin bərpasına başlanıb27 sentyabr 2020-ci il tarixindən başlayan İknci Qarabağ Müharibəsi 30 ilə yaxın bir zamanda vətən həsrəti,vətən nisgili ilə yaşayaraq köçkünlük həyatı sürən yüz minlərlə Qarabağlı kimi Zəngilanlıların da qəlbində doğma yurdlarının, el-obalarının işğaldan azad olacağı günün yaxında olduğuna inamı daha da artırdı. 44 günlük Vətən Müharibəsinin yaşanan hər bir günü Azərbaycan xalqının tarixinə Qələbə Günü kimi yazıldı.
Prezident İlham Əliyevin mayın 4-də Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndənin təyin olunması ilə bağlı çıxışında Zəngilan rayonunun da azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qaldığını, Ermənistan işğalçı qüvvələrinin Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan edildiyini yalnız hərbiçilərin istifadəsi məqsədilə Zəngilan şəhərində bir neçə binanın salamat qaldığını söyləyərək, Zəngilanın bütün kəndlərinin yerlə-yeksan edilməsinin bir daha erməni vandalizminin göstəricisi olduğunu qeyd etdi.
Zəngilan rayonunda tarixi-dini abidələrinin bərpası işləri başlandığını bildirən cənab Prezident yalnız bir divarı qalmış Zəngilan şəhər məscidinin Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə indi əsaslı şəkildə təmirinə başlanıldığını və Zəngilanda mövcud olan bu acı mənzərənin azad edilmiş bütün başqa torpaqlarda da mövcud olduğunu söylədi. Daha sonra Prezident keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtmasının əsas məsələlərdən biri olduğunu Zəngilanın keçmiş məcburi köçkünlərin yaxın gələcəkdə qayıdacaqları ilk rayon olacağını söylədi. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir və Ağalı kəndi tamamilə yenidən qurulur, böyük və rahat kənd olacaq. Ağalı kəndinin timsalında hər kəs işğaldan azad olunmuş ərazilər ilə bağlı Azərbaycanınplanlarını görə biləcək.Artıq Zəngilan rayonunda böyük infrastruktur layihələrinin icrasına başlanılıb. Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturu yaradılır. Böyük funksiyaları olacaq Zəngilan Beynəlxalq Hava Limanı bu il istismara veriləcəkdir. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm də avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni beynəlxalq bir yol olacaqdır.
Regionda sülh və əminamanlığın təmin olunması və eyni zamanda işğaldan azad olunmuş torpaqlarımızın bərpa olunması, öz əzəli və əbədi sakinlərinin tezliklə evlərinə qayıtmaları üçün Azərbaycan hökuməti və dövləti bütün səylərini səfərbər edib. İkinci Qarabağ Müharibəsini-Vətən Müharibəsini qələbə ilə başa vuran xalqımız, on illərdir öz yurd yerlərindən didərgin düşmüş yüzminlərlə soydaşımız indi səbirsizliklə oz el-obalarına qayıdacaqları günü gözləyirlər.

Könül Əfəndiyeva - YAP üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 677   Tarix: 06 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Özgür Özəl Prezident İlham Əliyevə zəng edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb. Dövlət başçısı təbriklər

09.11.2026 211
.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

09.11.2026 203
.

Tehrandan 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsinə reaksiya

"Prinsipcə, 14 İran vətəndaşının "persona non grata" (arzuolunmaz şəxs) adlandırılması məntiqli deyil, çünki bu insanlardan heç biri diplomat deyil və ya Azərbaycan Respublikasında olmayıb". -ın " nəşrinə istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüs

09.11.2026 225
.

Əfsanəvi cüdoçu Fransa prezidentliyinə namizəd oldu

Fransalı əfsanəvi cüdoçu, beşqat Olimpiya çempionu Teddi Riner 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb. xəbər verir ki, 37 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında paylaşım edib. "Ölkəmizin üzləşdiyi çətinliklərlə barışmaq artıq geri çəkilmək deməkdir

09.11.2026 142
.

İzmirdəki partlayışda ölənlərin sayı artıb

Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını

09.11.2026 258
.

Adanada zəlzələ olub

Türkiyədə zəlzələ baş verib. APA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ Adana vilayətinin Kozan rayonunda 4,6 bal gücündə qeydə alınıb. Yerli vaxtla saat 15:28-də baş verən zəlzələnin ocağı 15,35 km dərinlikdə yerləşib

09.11.2026 197
.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. xəbər verir ki, qəhvə içdikdən dərhal sonra qısa müddət yatmaq insanın daha tez gümrahlaşmasına kömə

09.11.2026 139
.

Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı

Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri

09.11.2026 205
.

Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı

Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil

09.11.2026 179
.