72 yaşlı kişi, oğlu və yeznəsi Füzulidə xəstəxananın vəzifəli əməkdaşını döydülər - FOTO

72 yaşlı kişi, oğlu və yeznəsi Füzulidə xəstəxananın vəzifəli əməkdaşını döydülər - FOTOFüzuli Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı, xəstəxananın katibliyinin bölmə müdiri Vüqar Əliyev döyülüb.

Bu barədə Oxu.Az-a Vüqar Əliyev özü məlumat verib.

Onun sözlərinə görə, hadisə ötən gün, mayın 5-i saat 16 radələrində baş verib. Üç nəfərin onu xidməti otağında təhqir edərək döydüyünü deyən vətəndaş məsələ ilə bağlı aidiyyəti qurumlara da müraciət edib:

"Füzuli rayon sakinləri Orxan Əliyev və atası Oktay Əliyev, onların yeznəsi Yasin adlı şəxs xidməti otağa gələrək məni təhqir ediblər. Kənd məntəqəsində feldşer işləyən 72 yaşlı O.Əliyevin 3 il bundan əvvəl yaş həddinə görə işinə xitam verilib. Lakin onunla ardıcıl olaraq kadr çatışmazlığı səbəbi ilə 3 aylıq müqavilə imzalanıb. Lakin TƏBİB həmin müqaviləyə də xitam verilməsi barədə qərar qəbul edib. O.Əliyev və qohumları buna etiraz ediblər.

Bu məsələnin mənim səlahiyyətimdə olmadığını izah etsəm də, onlar mənə hücum çəkib, xəsarət yetirdilər. Müvafiq qanunvericiliyə uyğun olaraq TƏBİB artıq əməkdaşlığa ehtiyac görmədiyindən yenidən müqavilə imzalanmadı.

Oğlu, yeznəsi söyüş söyərək, hətta öldürməklə hədələdilər. Fiziki zorakılıq göstərərək döydülər. Həkim müayinəsindən də keçmişəm, qulağımda küt travma, boğazaltı nahiyənin körpücük sümüyünün əzilməsi diaqnozu qoyulub. Onların üzərində silah da var idi. Hətta xəstəxananın direktoruna da hədə-qorxu gəliblər.

Bu, onların ilk belə hədə-qorxusu deyil. Bundan 1 ay qabaq Xəstəxananın direktorunun inzibati işlər üzrə müavininə də hücum çəkiblər. Onların da işi məhkəmədədir. Aidiyyəti qurumların qanun çərçivəsində məsələni həll edəcəklərinə ümid edirəm".

V.Əliyev məsələ ilə əlaqədar aidiyyəti üzrə polisə də müraciət etdiyini qeyd edib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.Az-a bildirib ki, məsələ ilə bağlı Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.

72 yaşlı kişi, oğlu və yeznəsi Füzulidə xəstəxananın vəzifəli əməkdaşını döydülər - FOTO72 yaşlı kişi, oğlu və yeznəsi Füzulidə xəstəxananın vəzifəli əməkdaşını döydülər - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1309   Tarix: 06 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Özgür Özəl Prezident İlham Əliyevə zəng edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb. Dövlət başçısı təbriklər

09.11.2026 211
.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

09.11.2026 203
.

Tehrandan 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsinə reaksiya

"Prinsipcə, 14 İran vətəndaşının "persona non grata" (arzuolunmaz şəxs) adlandırılması məntiqli deyil, çünki bu insanlardan heç biri diplomat deyil və ya Azərbaycan Respublikasında olmayıb". -ın " nəşrinə istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüs

09.11.2026 225
.

Əfsanəvi cüdoçu Fransa prezidentliyinə namizəd oldu

Fransalı əfsanəvi cüdoçu, beşqat Olimpiya çempionu Teddi Riner 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb. xəbər verir ki, 37 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında paylaşım edib. "Ölkəmizin üzləşdiyi çətinliklərlə barışmaq artıq geri çəkilmək deməkdir

09.11.2026 142
.

İzmirdəki partlayışda ölənlərin sayı artıb

Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını

09.11.2026 258
.

Adanada zəlzələ olub

Türkiyədə zəlzələ baş verib. APA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ Adana vilayətinin Kozan rayonunda 4,6 bal gücündə qeydə alınıb. Yerli vaxtla saat 15:28-də baş verən zəlzələnin ocağı 15,35 km dərinlikdə yerləşib

09.11.2026 197
.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. xəbər verir ki, qəhvə içdikdən dərhal sonra qısa müddət yatmaq insanın daha tez gümrahlaşmasına kömə

09.11.2026 139
.

Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı

Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri

09.11.2026 205
.

Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı

Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil

09.11.2026 179
.