Gəncə terrorunda valideynlərini itirən Sevillə onu xilas edən nişanlısı danışdı - FOTOLAR

Gəncə terrorunda valideynlərini itirən Sevillə onu xilas edən nişanlısı danışdı - FOTOLARXəbər verdiyimiz kimi, Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyevanın nişan mərasimi olub. Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində hər iki valideynini itirən Sevil onu dağıntılar altından xilas edən Talış Şərifovla nişanlanıb. Hər iki gənc indi Azərbaycan Dövlət Aqrar Universitetinin I kurs tələbələridir.

BiG.AZ xəbər verir ki, AZƏRTAC-ın müxbiri Azərbaycan Dövlət Aqrar Universitetində onlarla görüşüb.

Talışla Sevil bir məhəllədə yaşayırlar. Bir-birilərini də uşaq vaxtlarından tanıyırlar. Ermənistan silahlı qüvvələri 2020-ci ilin oktyabrın 11-i gecə saatlarında Gəncəni raket atəşinə tutanda Sevil atası və anası ilə birgə həyətlərinə düşən raket nəticəsində dağıntılar altında qalıb.

O dəhşətli gecədən danışan Talış Şərifov deyib:

"Həmin vaxt evimizin zirzəmisində idik. Gecə saat təxminən 2-də şiddətli partlayış səsi eşitdik. Hiss olundu ki, raket yaxın əraziyə düşdü. Sevilgillə bizim ev yaxın olduğundan qaçaraq onların evinə getdim. Hər yer darmadağın olmuşdu. Toz-torpaqdan göz-gözü görmürdü.

Sevilin ayaqlarını dağıntılar arasında gördüm. Huşunu itirmişdi, başında qan axırdı. Tez onu dağıntılar altından çıxardım. Yeriyə bilmirdi, qucağımda evimizə gətirdim. Xoşbəxtlikdən həmin gecə qardaşı evdə yox idi. Lakin Anar əmi ilə Nurçin xalanın (red - Sevilin valideynləri) axtarışları 12 saat davam etdi. Təəssüf ki, onları xilas etmək mümkün olmadı..."

Talış Şərifovun sözlərinə görə, Sevillə bir-birilərinə hələ uşaq vaxtlarından tanıyırlar.

"O dəhşətli gündən bəri həmişə Sevilin yanındayam, ona dayaq olmağa çalışıram. Bir ömür boyu da yanında olacağam," - deyə o əlavə edib.

Sevil isə o günü belə xatırlayır:

"Toz-duman arasında bir anda Talışı gördüm, sonra huşumu itirdim. O gündən bəri çox ağır psixoloji sarsıntı keçirdim. Talış hər zaman mənim və qardaşım Hüseynin yanında oldu. Erməni vəhşiliyi bizim həyatımızda silinməz iz buraxdı, ancaq biz bir-birimizə arxalandıq və taleyimizi də birləşdirməyə qərar verdik".

Hər iki valideynini itirən Sevil gələcəkdə müəllim kimi işləmək istəyir.

"İstəyirəm ki, gənclərə erməni vəhşiliyindən danışım, qoy, onlar düşmənimizi daha yaxşı tanısınlar", - deyən Sevil həmin günləri heç vaxt unutmayacağını bildirib.

Qeyd edək ki, Sevil Əliyeva və 10 yaşlı qardaşı Hüseyn ana nənəsinin himayəsindədirlər.
Gəncə terrorunda valideynlərini itirən Sevillə onu xilas edən nişanlısı danışdı - FOTOLARGəncə terrorunda valideynlərini itirən Sevillə onu xilas edən nişanlısı danışdı - FOTOLARGəncə terrorunda valideynlərini itirən Sevillə onu xilas edən nişanlısı danışdı - FOTOLARGəncə terrorunda valideynlərini itirən Sevillə onu xilas edən nişanlısı danışdı - FOTOLARGəncə terrorunda valideynlərini itirən Sevillə onu xilas edən nişanlısı danışdı - FOTOLARGəncə terrorunda valideynlərini itirən Sevillə onu xilas edən nişanlısı danışdı - FOTOLARGəncə terrorunda valideynlərini itirən Sevillə onu xilas edən nişanlısı danışdı - FOTOLARGəncə terrorunda valideynlərini itirən Sevillə onu xilas edən nişanlısı danışdı - FOTOLAR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2995   Tarix: 05 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Özgür Özəl Prezident İlham Əliyevə zəng edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb. Dövlət başçısı təbriklər

09.11.2026 211
.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

09.11.2026 203
.

Tehrandan 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsinə reaksiya

"Prinsipcə, 14 İran vətəndaşının "persona non grata" (arzuolunmaz şəxs) adlandırılması məntiqli deyil, çünki bu insanlardan heç biri diplomat deyil və ya Azərbaycan Respublikasında olmayıb". -ın " nəşrinə istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüs

09.11.2026 225
.

Əfsanəvi cüdoçu Fransa prezidentliyinə namizəd oldu

Fransalı əfsanəvi cüdoçu, beşqat Olimpiya çempionu Teddi Riner 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb. xəbər verir ki, 37 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında paylaşım edib. "Ölkəmizin üzləşdiyi çətinliklərlə barışmaq artıq geri çəkilmək deməkdir

09.11.2026 142
.

İzmirdəki partlayışda ölənlərin sayı artıb

Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını

09.11.2026 258
.

Adanada zəlzələ olub

Türkiyədə zəlzələ baş verib. APA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ Adana vilayətinin Kozan rayonunda 4,6 bal gücündə qeydə alınıb. Yerli vaxtla saat 15:28-də baş verən zəlzələnin ocağı 15,35 km dərinlikdə yerləşib

09.11.2026 197
.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. xəbər verir ki, qəhvə içdikdən dərhal sonra qısa müddət yatmaq insanın daha tez gümrahlaşmasına kömə

09.11.2026 139
.

Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı

Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri

09.11.2026 205
.

Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı

Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil

09.11.2026 179
.