Əhaliyə XƏBƏRDARLIQ: Telefonla danışmayın

Əhaliyə XƏBƏRDARLIQ: Telefonla danışmayınMilli Hidrometeorologiya Xidmətinin məlumatına görə, mayın 6-dan başlayaraq yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi, xüsusilə mayın 6-da və 7-də bəzi ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.

BiG.AZ xəbər verir ki, qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, bir sıra ərazilərdə, o cümlədən Bakıda və Abşeron yarımadasında gözlənilən güclü küləklə əlaqədar yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

Bundan əlavə, intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3647   Tarix: 05 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Kişi həyat yoldaşına gözəl gün yaşatmalıdır"

"Kişi həyat yoldaşına gözəl gün yaşatmağı bacarmalıdır". Axşam.az xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "Qonaqcanlı" verilişində deyib. Musiqiçi aktrisa xanımı Aysel İbrahimovadan danışıb:. "Aysel dövlət tədbirlərində çıxış edir. Onun uğuru mənim uğurumdur

17:09 116
.

İntensiv yağışlarla bağlı - Xəbərdarlıq

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq Martın 4-ü günün ikinci yarısı 5-i gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntını

16:55 156
.

Gərginlik merin planlarını pozdu

Tbilisi meri Kaxa Kaladze Yaxın Şərqdə gərginlik səbəbindən Əbu-Dabidən geri qayıda bilmir. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalı Tbilisi meriyasına istinadla məlumat yayıb. Məlumata görə, paytaxt meri həftəsonu Əbu-Dabidə səfərdə olub. Regionda ABŞ, İsrail v

11:41 206
.

İlin ilk Ay tutulması başladı

İlin ilk Ay tutulması başlayıb. Axşam.az xəbər verir ki, tutulma saat 18:23-də bitəcək. Bu tutulma Tam Ay tutulmasıdır və Asiya, Avstraliya, Şimali Amerika və Cənubi Amerika, Arktika, Antarktida və Sakit, Atlantik, Hind okeanında müşahidə olunacaq. Azərbaycanda isə Ay üfüqdən aşağıda olduğu və sutkanı

12:59 183
.

CBS News: "İranın qonşularına qarşı qisas hücumları əks nəticə verə bilər və onu daha geniş regional müharibədə tələyə sala bilər"

Altı Fars körfəzi ölkəsi Tehranı ərazilərinə "ehtiyatsız və ayrı-seçkilik etmədən hücumlar"da günahlandırdıqdan sonra ABŞ və İsrailin İrana qarşı müharibəsində neytrallıqlarına son qoymaq üzrə addımlar atdığı görünür. BİG.AZ CBS News-a istinadən xəbər verir ki, Körfəz Əməkdaşlıq Şurası baza

15:51 159
.

İsrail ordusu Livana daxil oldu

İsrail Müdafiə Qüvvələri (TSAXAL) Livan ərazisində quru əməliyyatına start verib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, hərbi mənbələrin məlumatına görə, İsrail ordusunun bölmələri ölkənin cənub hissəsinə daxil olaraq bir sıra mövqeləri nəzarət altına alıb. Qeyd olunur ki, əməliyyat sərhəd zonasın

12:07 236
.

Məzuniyyət ödənişiniz necə hesablanır? İşçilər bunu bilməlidir!

"Məzuniyyət ödənişinin hesablanması işçilərin son 1 ildə əldə etdiyi əməkhaqqı və məzuniyyət haqqı əsasında həyata keçirilir". Bunu BİG.AZ-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov bildirib. O, qeyd edib ki, hesablama zamanı əvvəlcə son 1 ildə işçiyə ödənmiş ümumi məbləğ müəyyən edilir və b

15:58 195
.

Ronaldo Səudiyyə Ərəbistanını tərk etdi

"Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanını tərk edib. Axşam.az xəbər verir ki, o, regionda vəziyyətin gərginləşməsi fonunda bu addımı atıb. Qeyd olunub ki, futbolçu ötən gün şəxsi təyyarəsi ilə Ər-Riyaddan Madridə uçub

16:53 132
.

"Qızıl Ay" restoranı qanunsuz reklama görə cərimələndi - 1500 manat

Bakıda restoran qanunsuz reklam yerləşdirdiyinə görə cərimələnib. Qaynarinfo-nun məlumatına görə, Bakı şəhəri, Məhəmməd Hadi küçəsində yerləşən "Qızıl Ay" restoranının üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkarlanıb. Fakt Dövlət Reklam Agentliyinin Bakı şəhər

17:39 50
.

TOP MP3