Nərminin oğurlanmasının da, öldürülməsinin də... - Şübhəli İlkin yenə ifadə verdi

Nərminin oğurlanmasının da, öldürülməsinin də... - Şübhəli İlkin yenə ifadə verdiGəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

BiG.AZ Trend-ə istinadən bildirir ki, prosesdə İlkin Süleymanov ifadə verib. O bildirib ki, Nərminin oğurlanmasının da, öldürülməsinin də ona heç bir aidiyyəti yoxdur.

"Moskvada ali təhsil almışam, bir müddət də orada işləmişəm. Xeyli vaxtdır ki, Dondar Quşçu kəndində yaşlı valideynlərimlə birlikdə yaşayırdım. 2019-cu il oktyabrın 12-də atam insult keçirdiyinə görə eyni kənddə yaşayan bacım İlhamə Süleymanova o vaxtdan tez-tez bizə gəlib, atama qulluq edirdi. İlhamə bizdə qaldığı müddətdə, yaxud da Bakıda yaşayan övladlarının yanına getdiyi dövrdə onların kənddəki evində qalırdım. Çünki darvazanın qıfılı olsa da, evin, içəridəki otaqların açar-kilidi yox idi. Üstəlik, həyətdə toyuq-cücə vardı. Axşamlar gedirdim, səhər saat 10.00 radələrində qayıdırdım", - təqsirləndirilən şəxs bildirib.

O, Nərmin itkin düşdüyü gün axşam bacısının evində qaldığını deyir. Onun sözlərinə görə, bunu təsdiqləyən şahidlər də var: "Noyabrın 21-də axşam bacımgildə qalmışdım. Noyabrın 22-də səhər bacımgildən gedəndə gördüm ki, Arifgilin qapısında polis maşınları var. Maraqlanmadım ki, nə məsələdi. Sonradan anam evdə dedi ki, sinif yoldaşın Şərifin ortancıl qızı Nərmin itkin düşüb. Mən heç o vaxta qədər nə Şərifin ortancıl qızını tanıyırdım, nə də adının Nərmin olduğunu bilirdim. Bircə böyük qızı Şəbnəmi tanıyırdım. 3-4 gün sonra küçədə Şərifi gördüm, uşağı soruşdum, dedi ki, xəbər yoxdur".

İlkin Süleymanov 2020-ci il yanvarın 6-da yaşadığı evin qarşısında dərəlik ərazidə yanan meyiti necə görməsi haqda da danışıb: "Mən valideynlərimin yanında olmasın deyə, siqareti küçədə çəkirəm. Həmin gün gündüz Gəncəyə yas yerinə getmişdim. Axşam 7 radələrində yemək yeyəndən sonra siqaret çəkmək üçün darvazanın qarşısına çıxdım. Onda gördüm ki, qarşıda - dərə tərəfdə, Nazim dayının hasarının yanında nəsə yanır. Ora tərəf qaçdım. Orada meyvə, qoz ağacları var. Ora qonşular gizlicə zibil atır, yandırırlar. Bir müddət əvvəl yanğın o qədər hündürə qalxmışdı ki, ağaclara keçmişdi. Yanan ağaclar arasında bizim ağaclar da vardı. Qorxdum ki, yenə yanğın yuxarı qalxar, ağaclara ziyan dəyər. Yaxınlaşıb baxanda adam ayağı, ayaqqabı gördüm. Ora ən yaxın Nazim dayıgilin evidir, ona görə tez onlara qaçdım, qapını döymədən içəri girdim. Dedim, deyəsən, adam yanır".

İlkin Süleymanov vurğulayıb ki, hadisə yerində böyük ölçüdə ayaqqabı izləri və araba təkərinin yerlərini görüb. Ona görə Nazim Vəliyevə deyib ki, çalışıb o izləri tapdamasın, hüquq-mühafizə orqanlarına lazım ola bilər. Yanğını telefonuyla videoya çəkəndə Nazim Vəliyevlə bu haqda danışıqları da orada əks olunub.

İlkin Süleymanov ifadəsini mayın 11-də keçiriləcək növbəti məhkəmə iclasında davam etdirəcək.

Xatırladaq ki, İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.

İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1696   Tarix: 05 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Özgür Özəl Prezident İlham Əliyevə zəng edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb. Dövlət başçısı təbriklər

09.11.2026 211
.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

09.11.2026 203
.

Tehrandan 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsinə reaksiya

"Prinsipcə, 14 İran vətəndaşının "persona non grata" (arzuolunmaz şəxs) adlandırılması məntiqli deyil, çünki bu insanlardan heç biri diplomat deyil və ya Azərbaycan Respublikasında olmayıb". -ın " nəşrinə istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüs

09.11.2026 225
.

Əfsanəvi cüdoçu Fransa prezidentliyinə namizəd oldu

Fransalı əfsanəvi cüdoçu, beşqat Olimpiya çempionu Teddi Riner 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb. xəbər verir ki, 37 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında paylaşım edib. "Ölkəmizin üzləşdiyi çətinliklərlə barışmaq artıq geri çəkilmək deməkdir

09.11.2026 142
.

İzmirdəki partlayışda ölənlərin sayı artıb

Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını

09.11.2026 258
.

Adanada zəlzələ olub

Türkiyədə zəlzələ baş verib. APA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ Adana vilayətinin Kozan rayonunda 4,6 bal gücündə qeydə alınıb. Yerli vaxtla saat 15:28-də baş verən zəlzələnin ocağı 15,35 km dərinlikdə yerləşib

09.11.2026 197
.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. xəbər verir ki, qəhvə içdikdən dərhal sonra qısa müddət yatmaq insanın daha tez gümrahlaşmasına kömə

09.11.2026 139
.

Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı

Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri

09.11.2026 205
.

Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı

Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil

09.11.2026 179
.