Bu gündən MASKAYA əlvida: Ləğv edilən və qüvvədə qalan QADAĞALAR

Bu gündən MASKAYA əlvida: Ləğv edilən və qüvvədə qalan QADAĞALARAzərbaycanda bu gündən, yəni mayın 1-dən maskadan istifadə tələbi ləğv edilir.

Bu barədə Nazirlər Kabineti aprelin 22-də məlumat yayıb.

Bildirilib ki, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir.

Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq hava limanları ərazisində və Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadə artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.

Xatırladaq ki, Azərbaycanda 2020-ci ilin iyun ayının 1-dən qapalı məkanlarda maska rejimi tətbiq edilib, 2020-ci ilin noyabrın 21-dən isə tibbi maska həmçinin açıq havada da məcburi olub. 2021-ci il mayın 31-də açıq havada maskadan istifadə tələbi ləğv edilib.

Oxu.Az maska tələbi ilə yanaşı, digər ləğv edilən və qüvvədə qalan koronavirus pandemiyasından qorunmaq məqsədilə tətbiq olunmuş qadağaların siyahısını təqdim edir.

Ləğv edilən tələblər

2020-ci il martın 14-dən toy, yas mərasimləri və digər kütləvi toplantılar qadağan edildi, mədəniyyət obyektləri, teatr, muzey, kinoteatr, əyləncə mərkəzləri, idman mərkəzləri və digər əlaqəli obyektlər bağlandı, bütün tibb müəssisələrində qohumların xəstələri ziyarət etmələri qadağan olundu.

2021-ci il iyulun 1-dən etibarən toy və nişan mərasimlərinin keçirilməsinə icazə verildi. Şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqlardan COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənəd tələb olundu.

2020-ci il martın 22-dən etibarən Azərbaycan ərazisində fəaliyyət göstərən kafe, restoran, çay evi, internet klub və digər ictimai iaşə müəssisələrinin iş saatları 09:00-dan 15:00-a qədər müəyyən edildi, martın 23-dən etibarən ölkədə bütün mallar və böyük ticarət mərkəzləri bağlandı.

Qapanma – 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət dayandırıldı. Ölkədə hərəkət məhdudiyyətləri müəyyən olundu. Şəxslərin xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə icazə verildi. Bunun üçün "icaze.e-gov.az" portalı yaradıldı.

Aprelin 2-dən həyati xidmətlər (təcili tibbi yardım, ərzaq və digər mallar və ya dərmanlar) almaq üçün yaşayış yerini tərk etmək üçün icazə sistemi işə düşdü. Bunun üçün SMS icazə sistemi tətbiq edildi.

Növbəti qapanma 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində tətbiq edildi. Sakinlər yaşayış yerini Daxili İşlər Nazirliyinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsi ilə icazə almaqla tərk edə bildilər. Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin və xidməti avtomobillərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə "icaze.e-gov.az" portalına daxil edildikdən sonra yol verildi.

27 aprel 2020-ci il tarixindən məhdudiyyətlərin bir qismi yumşaldıldı. Kitab, qəzet, dəftərxana malları satışı, çap və sürətçıxarma fəaliyyəti, fotostudiyalar, fərdi mənzillərdə təmizlik və dərzi xidmətləri, kosmetika və ətriyyat, geyim, ayaqqabı və dəri məmulatlarının satışı, qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti, mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının, kompüter avadanlıqlarının satışı və təmiri, mebel, elektronika və məişət texnikasının, avtomobil, kimyəvi məhsulların, gül və bitki məhsullarının satışı, kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının, gübrə və aqrokimyəvi məhsulların satışı, fərdi tədris və repetitor xidmətlərinin fəaliyyətinə icazə verildi.

2020-ci il 4 may tarixində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron rayonu və digər regionlar üzrə mərhələli yumşalmalara start verildi. Burada dövlət qurumlarının işçilərinin fəaliyyəti müəyyən olunmuş sayda bərpa olundu. Bütün sahələr üzrə fərdi ticarət obyektlərinin fəaliyyəti bərpa olundu. Bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər fəaliyyətə başladı. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən yaşayış yerini SMS icazə ilə, "icaze.e-gov.az" portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olundu.

4 may 2020-ci ildən xüsusi karantin rejimində respublika üzrə ictimai yerlərdə, bulvarlarda və parklarda, eyni zamanda ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edildi.

Restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olundu (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla). Bütün ölkə üzrə muzey və sərgi zallarının fəaliyyəti bərpa olundu. 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürüldü.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olundu. Ölkə ərazisində iri ticarət mərkəzlərinin və "Mall"arın fəaliyyəti bərpa olundu (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla).

Açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verildi.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmətin saat 08:00-dan 22:00-dək həyata keçirilməsinə icazə verildi.

2020-ci il noyabrın 2-dən bütün təhsil pillələri üzrə tədrisin distant təşkilinə başlanıldı. 2021-ci il 1 fevral tarixindən isə tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkilinə başlanılması barədə qərar verildi.

2021-ci il oktyabrın 1-dən etibarən istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının, mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və konfrans, iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, ümumi tutumunun 50 faizindən çox olmamaqla, kinoteatrların fəaliyyəti bərpa olundu.

2020-ci ildə Bakı Metropoliteni bir neçə dəfə bağlanıb-açıldı. Aprelin 1-dən mayın 9-dək, iyulun 4-dən sentyabrın 14-dək, eləcə də oktyabrın 19-dan 2021-ci il mayın 31-dək sərnişinlər metro xidmətindən yararlana bilmədilər.

NK-nın 2020-ci il 12 sentyabr tarixli qərarı ilə həftəsonu ictimai nəqliyyatda sərnişindaşıma fəaliyyəti dayandırıldı və 2021-ci il oktyabrın 1-dən bu məhdudiyyət ləğv olundu.

2021-ci il dekabrın 13-dən etibarən hamam xidmətləri göstərən obyektlərin fəaliyyəti bərpa edildi. İctimai iaşə obyektlərinin 2021-ci il 31 dekabr saat 00:00-dan etibarən 2022-ci il 1 yanvar saat 02:00-dək fəaliyyət göstərməsinə icazə verildi.

22 yanvar 2022-ci ildən laboratoriya testinin nəticəsi pozitiv olan xəstələrin, həmçinin onlarla təmasda olan şəxslərin yaşayış yerində və ya olduğu yerdə təcrid olunma müddəti 14 gündən 7 günə azaldıldı. COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat şəxsin pozitiv PZR test nəticəsi tarixindən 7 gün (əvvəl 14 gün) sonra verilməyə başladı. Xəstəlik əlaməti olan işçinin laborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməsi zərurəti aradan qaldırıldı.

2020-ci il martın 16-dan Azərbaycandan bir sıra ölkələrə aviuçuşlar müvəqqəti olaraq dayandırıldı.

2021-ci ilin may ayında Operativ Qərargah "Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycanda uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar"da dəyişiklik etdi. Uçuşdan əvvəl 48 saat ərzində COVID-19-a dair PCR testindən keçən, nəticələri neqativ olan sərnişinləri reysə qəbul edilməsi barədə qərar verildi.

2022-ci il fevralın 15-də Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, fevralın 16-dan hava nəqliyyatı vasitəsilə Albaniya, Dominikan, Filippin, Gürcüstan, Hindistan, İndoneziya, İran, Kolumbiya, Moldova, Özbəkistan, Pakistan, Peru, Tacikistan, Tailand, Tunis, Türkmənistan, Venesuela vətəndaşlarına, həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərə Azərbaycana giriş-çıxış üçün icazə verilib.

Qüvvədə qalanlar

2020-ci il 28 fevral tarixindən tətbiq edilmiş xüsusi karantin rejimi hələ də davam edir. Onun vaxtı 1 iyul 06:00-dək uzadılıb.

Azərbaycanın quru sərhədləri hələ ki bağlıdır. 2020-ci il martın 4-də ilk olaraq İranla sərhəd iki həftəlik qapadıldı. Buna səbəb isə ölkə ərazisində ilk virusa yoluxmuş şəxsin (fevralın 28-də təsbit olunub – red.) İrandan gəlməsi idi. Sonra isə tədricən digər quru sərhədlər də qapandı.

2022-ci il fevralın 1-dən etibarən dövlət orqanlarının əməkdaşlarının, mülkiyyət formasından asılı olmayaraq bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələrinin, iş və xidmət sahələri işçilərinin COVID-19-a qarşı ən azı iki doza peyvənd olunmaları və ya iki COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb edildi.

Fevralın 15-dən COVID-19 vaksininin ikinci dozasının üzərindən 6 aydan çox vaxt keçən şəxslərin "Peyvənd sertifikatı" etibarlı hesab edilmir. "Buster" doza vaksin olunmayanlar ictimai iaşə müəssisələri (kafe, restoran və s.) mehmanxanalar, iri ticarət mərkəzləri, idman və sağlamlıq-bərpa obyektləri, toy və ya digər şənliklər, ali təhsil müəssisələri və kolleclərə buraxılmırlar.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1334   Tarix: 01 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

WUF13 iştirakçıları üçün xüsusi avtobus fəaliyyətə başladı

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının tədbir məkanı olan Bakı Olimpiya Stadionuna rahat və fasiləsiz gediş-gəlişi təmin etmək məqsədilə "Koroğlu" Nəqliyyat Qovşağı gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. WUF13 Əməliyyat Şirkətindən "Qafqazinfo"ya verilən məlumat

11:21 194
.

Bakıda şagird məktəbin pəncərəsindən yıxıldı

175 nömrəli tam orta ümumtəhsil məktəbin XI sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) mayın 14-ü pəncərədən yıxılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Azərbaycan müəllimi"nə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, məktəb rəhbərliy

12:22 329
.

AzTV Əməkdar artistə 15 min manat ödəyəcək? (AÇIQLAMA)

Əməkdar artist Çingiz Əhmədov 15 min manatlıq layihəsindən danışıb. Aktyor Qaynarinfo-ya açıqlamasında "Biz, səssiz səslər" və "44 gün" film layihələrinin fərqli olduğunu bildirib:. "Mən "Biz, səssiz səslər" layihəsində çəkilmişəm. Amma "44 gün" layihəsind

12:11 435
.

May pensiyaları ödənildi

Bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə may ayının pensiyaları ödənilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası üzrə də bu ayın pensiya ödənişi yekunlaşıb. Respublikamızın digə

12:05 240
.

BƏƏ Netanyahunun İran müharibəsi zamanı BƏƏ-də BƏƏ prezidenti ilə gizli görüş keçirdiyini təkzib etdi

Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi çərşənbə günü İsrail Baş naziri Binyamin Netanyahunun ofisinin onun ölkəyə səfər etdiyi və prezidenti ilə gizli görüş keçirdiyinə dair açıqlamasını təkzib edib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, İsrail Baş Nazirinin Ofisi bildirib ki, o, İranl

11:02 190
.

Putin də Çinə gedir

Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri ən yaxın vaxtlarda baş tutacaq və səfərin tarixləri yaxın günlərdə açıqlanacaq. xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov brifinqdə bildirib. "Yaxın vaxtlarda tarixləri elan edəcəyik. Bu səfər hazırlanır. Demək olar ki, hazırlıq artı

21:00 51
.

Şəhid baş leytenant Vüsal Babayevin xatirəsinə həsr olunan kitabının təqdimatı keçirildi

13 may 2026-cı ildə Mədəniyyət Nazirliyinin Respublika Xatirə Kitabı Redaksiyası "Bakı-Xəbər" qəzeti ilə birgə layihə çərçivəsində "Şəhidlər ölməz, Vətən bölünməz!" silsiləsindən nəşr olunan növbəti kitabın təqdimat mərasimini keçirib. "Baku Book Center" - Bakı Kitab Mərkəzind

13:06 203
.

Bölgələrdə Müəllim Çatışmazlığı: Təhsilin Keyfiyyətinə Təsir Edən Əsas Problemlər - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Son illər ölkənin müxtəlif bölgələrində müəllim çatışmazlığı problemi təhsil sistemində ciddi müzakirə mövzularından birinə çevrilib. Xüsusilə kənd və ucqar rayon məktəblərində ixtisaslı pedaqoqların azlığı tədrisin keyfiyyətinə birbaşa təsir göstərir və şagirdlərin bərabər təhsil imkanlarına çıxışın

14:16 220
.

III kurs tələbəsi vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, Nərmin Hikmət qızı Kərimova Tarix fakültəsinin "Tarix müəllimliyi" ixtisası üzrə ll kurs tələbəsi olub

11:46 427
.

TOP MP3