Nə qədər fitrə zəkatı verməliyik? - QMİ 15 manat deyir, din xadimi isə...
Müqəddəs Ramazan bayramına sayılı günlər qalır. Bayram günü vacib buyurulan əməllərdən biri də fitrə zəkatının ayrılmasıdır. Bizə bəlli olan, bayramdan əvvəlki gecə 3 kiloqram buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalının pulunun ayrılması, bayram namazına qədər ehtiyacı olanlara verilməsidir. Bu il isə Qafqaz Müsəlmanları İdarəsi fitrə zəkatının məbləğini adambaşına 15 manat müəyyən edib. QMİ-nin nümayəndəsi, imam Bəxtiyar Nəcəfov bildirib ki, fitrə zəkatının məbləği yaşanılan dövrün xərclərinə, tələbatına əsasən müəyyənləşdirilir.
İmamın sözlərinə görə, dinimizin gözəlliyi bundadır ki, biz zamanla, məkanla ayaqlaşırıq:
"Bu gün yeməkxanaya gedəndə bir stulun qiyməti 10-15 manat arasında dəyişir. Fitrə çıxarılan zaman da əsas yediyimizin zəkatını verməliyik. Biz təkcə un, çörək yemirik, çörəyin yanında düyü, xurma istehlak olunur. Buna görə də imkanlı şəxslər ailə daxilində adam başına 10-15 manat dəyərində Ramazan ayının son günü fitrə zəkatı çıxarmalıdır".
Bunlarla bağlı Modern.az-a danışan Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətlisi, din xadimi Hacı Şahin Həsənli bildirib ki, hər bir müsəlmana fitrə zəkat vermək vacibdir:
"Hədislərdə buyurulur ki, kim fitrə zəkatı verməsə, onun orucu qəbul olunmur. Artıq bayram axşamından fitrə zəkatı ayrılmalıdır. Fitrə zəkatının bayram namazına qədər ödənməsi lazımdır. Fitrə zəkatı 3 kq arpa, buğda, un, düyü, kişmiş, xurma və sair ərzaq növlərinin dəyəri qədər hesablanır. Hər bir ailə üzvü adından ailə başçısı tərəfindən ayrılır. Yəni biz burada miqdarı bayaq sadaladığım ərzaq növlərinin bazardakı qiymətləri ilə tənzimləməliyik".
Hacı Şahin fitrə zəkatı üçün konkret məbləğ müəyyənləşməsini belə izah edib:
"Qafqaz Müsəlmanları İdarəsinə insanlardan tez-tez müraciətlər olunur və miqdar soruşulur. Buna görə də, 10-15 manat deyilib. Amma bazarda qiymətlər ucuz olarsa, az miqdar ayrıla bilər. Ümumiyyətlə, imkanı çatan şəxslər fitrə zəkatını daha çox ayırsalar, yaxşıdır. Çünki o fitrə zəkatından yoxsul insanların bayram süfrəsi hazırlaması üçün istifadə olunur. Ona görə də yetərli qədər olsa yaxşıdır. Amma şəriətimizdə məbləğ bazar qiymətləri ilə tənzimlənir. Qafqaz Müsəlmanları İdarəsi yəqin ki, bu rəqəmi orta bir qiymət kimi insanlara çatdırıb".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1168 Tarix: 01 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi
"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"
09.11.2026 168 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin İzmir şəhərində baş verən partlayışla bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərində
09.11.2026 194 Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb. Dövlət başçısı təbriklər
09.11.2026 211 Maykl Kerrik "Mançester Yunayted"dən gedir?
"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik vəzifəsindən istefa verməyəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Telekanala müsahibəsində Kerrikdən düzgün qərar hesab edəcəyi təqdirdə vəzifəsindən ayrılmağı düşünüb-düşünmədiyi soruşulub. O, sual
09.11.2026 184 Dövlət Bayrağımız - milli kimliyimizin, müstəqilliyimizin və qalib dövlətçilik iradəmizin əbədi rəmzi
Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə ehtiva edən müqəddəs dövlət rəmzidir. Üçrəngli bayrağımızın tarixi Azərbaycanın milli dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi olmaql
09.11.2026 221 Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. xəbər verir ki, qəhvə içdikdən dərhal sonra qısa müddət yatmaq insanın daha tez gümrahlaşmasına kömə
09.11.2026 139 Əməliyyatı illərlə cərrah yox, xadimə edib - Özəl xəstəxanada QALMAQAL
Türkiyənin Giresun şəhərində fəaliyyət göstərən özəl xəstəxana ilə bağlı qalmaqallı iddia ortaya çıxıb. yerli mediaya istinadən xəbər verir ki, xəstəxanada təmizlik işçisi kimi çalışan şəxsin tibbi təhsili olmadığı halda əməliyyatlarda iştirak etdiyi və həkim, eləcə də əməliyyat tibb bacısı kimi xəstələr
09.11.2026 214 Lorenzo Mezzotero millinin heyətindən çıxarıldı
Milli komandamızın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib. xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Zədəsi səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onun əvəzinə "Araz-Naxçıvan" klubunun futbolçus
09.11.2026 174 Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı
09.11.2026 203