Avtomobil ehtiyat hissələri alarkən diqqətli olun! - VİDEO

Avtomobil ehtiyat hissələri alarkən diqqətli olun! - VİDEOOğurlanan avtomobillərin ehtiyyat hissələrinin sökülərək satıldığı hər kəsə bəlli olan bir məsələdir. Bu isə ikinci əl avtomobil ehtiyyat hissələri satılan yerlərin bu cür cinayətlərdən özlərini necə qoruduqlarını gündəmə gətirir. "Xəzər Xəbər" ehtiyyat hissələrinin satış yerlərində olub və oğurluq mallara qarşı həmin yerlərdə hansı təcrübədən istifadə edildiyini araşdırıb.

Bəzi hallarda oğurluq avtomobillərin ehtiyat hissələri ikinci əl ehtiyat hissəsi kimi bazarlarda satışa çıxarıla bilir. Belə məqamda isə həmin ehtiyat hissələrini satan şəxslə birlikdə onu alan şəxs də məsuliyyətə cəlb edilə bilər.

Bu iddiaları araşdırmaq üçün üz tutduq Paytaxtın Babək prospektində yerləşən ikinci əl ehtiyat hissələrinin satıldığı ən böyük bazarlardan birinə. Bazarda işlənmiş müxtəlif mühərriklər, detallar, faralar, sürətlər qutusu, təkərlər və digər detallar satılır. Satıcılardan bu ehtiyat hissələrini alarkən oğurluq olub-olmamasını necə müəyyənləşdirirsiniz sualını soruşduqda, onlar bazara ehtiyat hissələrini ancaq xarici ölkələrdən gətirdiklərini bildirdilər.

Satıcıların sözlərinə görə, işlənmiş ehtiyat hissələrini daha çox Birləşmiş Ərəb Əmirliyi, Almaniya, Gürcüstandan alıb gətirirlər. Satıcılar deyir ki, bazara ehtiyat hissələrini ikinci əl kimi gətirib satmaq istəyən şəxslərdən bu detalları almırlar. Səbəb kimi bazar rəhbərliyi tərəfindən qadağa qoyulmasını göstərirlər.

Bazarın nəzarətçisi Qabil Əhmədov deyir ki, əvvələr bir neçə dəfə bazara oğurluq ikinci əl avtomobil ehtiyat hissələrini gətirib satanlar oludğundan, bu halın qarşısını almaq məqsədi ilə bazarın rəhbəri tərəfindən sahibkarlara tapşırıq verilib ki, vətəndaşlardan ikinci əl avtomobil alıb satmasınlar. Xarici ölkələrdən işlənmiş ehtiyat hissələri gətirib satmaq istəyənlər isə gömrük sənədi təqdim etdikdən sonra, bazara daxil olmasına icazə verilir.

Qiymətlərə gəldikdə isə, avtomobillərin istehdal olunduğu ölkə və markasından asılı olaraq mühəriklərin qiyməti 500-800 manat, sürətlər qutusu 150-400, alt işlək hissələr 20-100,avto detallardan qapılar 60-70, ön faralar 50-80, arxa stoplar 30-40, buferlər isə 30-140 manat arasında satılır. Satıcılar əvvəlki illərlə müqaisədə qiymətlərin 30-40 faiz bahalaşdığını da bildirdilər.(xəzərxəbər)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 899   Tarix: 01 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi

"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"

09.11.2026 168
.

Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin İzmir şəhərində baş verən partlayışla bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərində

09.11.2026 194
.

Özgür Özəl Prezident İlham Əliyevə zəng edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb. Dövlət başçısı təbriklər

09.11.2026 211
.

Maykl Kerrik "Mançester Yunayted"dən gedir?

"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik vəzifəsindən istefa verməyəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Telekanala müsahibəsində Kerrikdən düzgün qərar hesab edəcəyi təqdirdə vəzifəsindən ayrılmağı düşünüb-düşünmədiyi soruşulub. O, sual

09.11.2026 184
.

Dövlət Bayrağımız - milli kimliyimizin, müstəqilliyimizin və qalib dövlətçilik iradəmizin əbədi rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə ehtiva edən müqəddəs dövlət rəmzidir. Üçrəngli bayrağımızın tarixi Azərbaycanın milli dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi olmaql

09.11.2026 221
.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. xəbər verir ki, qəhvə içdikdən dərhal sonra qısa müddət yatmaq insanın daha tez gümrahlaşmasına kömə

09.11.2026 139
.

Əməliyyatı illərlə cərrah yox, xadimə edib - Özəl xəstəxanada QALMAQAL

Türkiyənin Giresun şəhərində fəaliyyət göstərən özəl xəstəxana ilə bağlı qalmaqallı iddia ortaya çıxıb. yerli mediaya istinadən xəbər verir ki, xəstəxanada təmizlik işçisi kimi çalışan şəxsin tibbi təhsili olmadığı halda əməliyyatlarda iştirak etdiyi və həkim, eləcə də əməliyyat tibb bacısı kimi xəstələr

09.11.2026 214
.

Lorenzo Mezzotero millinin heyətindən çıxarıldı

Milli komandamızın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib. xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Zədəsi səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onun əvəzinə "Araz-Naxçıvan" klubunun futbolçus

09.11.2026 174
.

Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"

ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı

09.11.2026 203
.