Ukraynalı döyüş zabiti: "Bizi mühasirəyə almağa çalışır, amma buna nail ola bilmirlər"

Ukraynalı döyüş zabiti: "Bizi mühasirəyə almağa çalışır, amma buna nail ola bilmirlər""Ukraynanın Donetsk vilayətində ümumilikdə Slavyanskdan şimalda, İzyum istiqamətində vəziyyət sabit-gərgin olaraq qalır. Qarşı tərəf çoxsaylı şəxsi heyət və texnikanı döyüşə atmaqla düşündükləri xəttə qədər irəliləməyə və bizi mühasirəyə almağa çalışır. Amma buna nail ola bilmirlər".

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında ukraynalı döyüş zabiti, Rusiya təbliğatı əleyhinə beynəlxalq mərkəzin sədri Yuriy Koçevenko bildirib.

O qeyd edib ki, artilleriyadan çox fəal istifadə olunmasına, aviasiyadan istifadə olunmaq cəhdlərinə baxmayaraq, Rusiya silahlı qüvvələrində heç nə alınmır:

"Bizim hava hücumundan müdafiə qüvvələri hər cür yüksəklikdə onların təyyarə və helikopterlərinin öhdəsindən məharətlə gəlməyi əla öyrənib. Elə dünən "Stinger" DZRK ilə Rusiyanın "Ka-52" helikopterini vurduq. Bununla belə, ümumilikdə rəqib canlı qüvvə, texnika, artilleriyadakı üstünlüyündən istifadə edərək bizi gərginlikdə saxlaya bilir. Müharibənin başlamasından iki ay keçir. Amma gördüyünüz kimi, düşmən burada – Donbassda qarşıya qoyduğu məqsədlərin heç birinə nail ola bilməyib. Ukrayna ordusu yüksək döyüş hazırlığındadır, fəal döyüşlər aparır, qarşı tərəfin həmlələrini heçə çıxarır və düşməni canlı qüvvəsində və texnikasında ciddi itkilərə məruz qoymaqla əldən salır".

Y.Koçevenko vurğulayıb ki, hər gün Rusiyanın bir neçə texnikası – tanklar, PDM-lər, helikopterləri məhv edilir:

"Onlarda bu texnikanın sayı çoxdur deyə, hər dəfə hücum edirlər, amma düşmənin itkisi xeyli çoxdur. Əlbəttə, bizim də itkilərimiz var. Amma elə də çox deyil. Ordumuzda döyüş ruhu və döyüş bacarığı yüksək səviyyədədir", - deyə, Y. Koçevenko əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 699   Tarix: 30 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Səyahət sığortası məcburiyyət, yoxsa zərurətdir? - Ekspert açıqladı

"Səyahət sığortası sığorta məhsulları arasında ən vacib və əldə edilməsi zəruri olan məhsullardan biridir. Təəssüf ki, Azərbaycan vətəndaşlarının bu məhsula marağı hələ də aşağı səviyyədədir". Bunu BİG.Az-a açıqlamasında sığorta eksperti Şahin İsmayılov bildirib. O, qeyd edib ki, Şengen ölkələrin

11.08.2026 196
.

VIII Henri "ətir buludu"nun içində yaşayırmış: Səbəb heç də dəbdəbə olmayıb

İngiltərə kralı VII Henrix portretlərdə Tüdorlar dövrünün qüdrətini təcəssüm etdirən özünəinamlı və hökmran monarx kimi təsvir olunur. Lakin həyatının son illərində dəbdəbəli geyimləri ağır xəstəliyi gizlədib. Qaynarinfo Hamuesgyemant.hu saytına istinadən xəbər verir ki, kral ayaqlarında açıq yaralarda

11.08.2026 271
.

Böyük Qayıdış: Qarabağ və Şərqi Zəngəzurun yeni siması

Azərbaycan son illərdə böyük iqtisadi və sosial layihələrin həyata keçirilməsi ilə yanaşı, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində də tarixi miqyaslı işlər həyata keçirir. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq prosesi Azərbaycanın dövlətçilik tarixinin ə

11.08.2026 279
.

Pul müqabilində insanları döyürdü, həbs olundu

Qazaxıstanın Kostanay vilayətində bir nəfər insanları döymək xidməti ilə bağlı Telegram-da qeydiyyatdan keçib. yerli mediaya istinadla bildirir ki, bu il mart ayının sonunda təqsirləndirilən şəxs döyüşmək bacarığından pul qazanmaq qərarına gəlib. Telegram vasitəsilə naməlum şəxsdən K. adlı kişini tapı

11.08.2026 239
.

Pələng 63 yaşlı kişini yedi

Hindistanın Tamilnad ştatında pələng 63 yaşlı Balakrişnan adlı kişini parçalayıb. xarici mediaya istinadla bildirir ki, yaşlı kişi avqustun 8-i axşam saatlarında itkin düşüb. Səhər saatlarında onun yaxınları narahat olaraq axtarışlara başlayıblar. Bir müddət sonra Balakrişnanın parçalanmış meyiti ça

11.08.2026 282
.

Yatmazdan əvvəl nəbzinizi ölçün - Yuxunuzla bağlı vacib məqam

Əksər sağlam yetkin insanlarda sakit vəziyyətdə normal ürək döyüntüsünün tezliyi dəqiqədə 60-100 arasında olur. Mütəxəssislərin fikrincə, yatmazdan əvvəl nəbzin ölçülməsi orqanizmin yuxuya nə dərəcədə hazır olduğunu anlamağa kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, bəzi mütəxəssislə

11.08.2026 213
.

İki minillik təslim olma ənənəsi: Ağ bayrağın arxasındakı sirr

Döyüş meydanlarında təslim olmağın və qarşıdurmanı dayandırmağın universal simvoluna çevrilən ağ bayrağın iki min ildən artıq tarixi var. Qədim Roma və Çin mənbələrində bu ənənəyə rast gəlinir. Əsgərlərin fövqəladə vəziyyətlərdə boyasız parçalara asanlıqla çıxış əldə edə bilməsi isə ağ bayrağın geni

11.08.2026 247
.

Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Fotolar

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının verilməsinə həsr olunmuş mərasimdə iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bu barəd

11.08.2026 268
.

Prezident yeni elektrik avtobuslarına mindi - Fotolar

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində istifadəyə veriləcək elektrik mühərrikli yeni avtobuslara baxıb, Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olublar. "Qafqazinfo" xəbər verir ki, Rəqəmsal inkişa

11.08.2026 310
.

TOP MP3