Anar Bağırov: "Bütün hüquqşünasları vəkil olmağa dəvət edirəm"
"Sevindirici haldır ki, bu gün ölkəmizdə vəkilliyə çox böyük maraq var. Həm Bakıda, həm də regionlarda fəaliyyət göstərən çoxsaylı hüquqşünaslar Vəkillər Kollegiyasına üzvlüklə bağlı sənəd verirlər və vəkil olmaq arzusundadırlar".
E-huquq.az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
O, ötən illərlə müqayisədə Azərbaycanda vəkillərin sayının xeyli dərəcədə artdığını bildirib.
"Ötən illərə nəzər yetirsək, 2005-2017-ci illər ərzində vəkilliyə qəbulla bağlı keçirilən 5 yazılı test imtahanının nəticəsində 575 namizəd uğur qazanaraq Vəkillər Kollegiyası üzvlüyünə qəbul olunub. 2017-ci il üçün vəkillərin ümumi sayı 931 nəfər təşkil edirdi. 2018-ci ildən Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı sənəd qəbulu daimi olaraq həyata keçirilib və ixtisas imtahanlarında iştirak üçün müraciət etmiş 4087 namizədin sənədi qəbul edilərək yazılı test imtahanına buraxılıblar. 2018-2022-ci illər arasında keçirilən 9 yazılı test imtahanlarının nəticəsində 1201 nəfər ixtisas imtahanlarını müvəffəqiyyətlə başa vuraraq icbari təlimə cəlb olunublar. Hazırda ölkəmizdə 2132 vəkil fəaliyyət göstərir", - deyə A.Bağırov qeyd edib.
Sədr yazılı test və şifahi müsahibə mərhələsindən ibarət olan vəkilliyə qəbulla bağlı ixtisas imtahanının yerli və beynəlxalq təşkilatların nümayəndələrinin müşahidəsi ilə tam şəffaf və obyektiv şəkildə keçirildiyini vurğulayıb:
"Siyasi əqidəsindən, qulluq mövqeyindən, dinindən və ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər bir namizədə imtahanda bərabər şərait yaradılır. Qeyd olunmalıdır ki, hətta yazılı test imtahanlarının gedişini Vəkillər Kollegiyasının saytından və "Facebook" səhifəsindən onlayn şəkildə izləmək mümkündür. Eyni qaydada şifahi müsahibə mərhələsində namizədlərin istəyinə uyğun olaraq video çəkilişdən istifadə olunur".
O, hüquqşünasların artan marağını nəzərə alaraq gələcəkdə də vəkilliyə qəbul imtahanlarının tez-tez keçiriləcəyini və bütün namizədlər üçün lazımi şəraitin yaradılacağını bildirib.
"Siyasi əqidəsindən, qulluq mövqeyindən, dinindən və ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, bütün hüquqşünasları vəkil olmağa çağırıram. Son olaraq, vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarında müvəffəqiyyət qazana bilməyən namizədləri ruhdan düşməməyə və növbəti imtahanlarda iştirak üçün Vəkillər Kollegiyasının Sənəd Qəbulu Komissiyasına müraciət etməyə dəvət edirəm", - deyə A.Bağırov əlavə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 711 Tarix: 30 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSəyahət sığortası məcburiyyət, yoxsa zərurətdir? - Ekspert açıqladı
"Səyahət sığortası sığorta məhsulları arasında ən vacib və əldə edilməsi zəruri olan məhsullardan biridir. Təəssüf ki, Azərbaycan vətəndaşlarının bu məhsula marağı hələ də aşağı səviyyədədir". Bunu BİG.Az-a açıqlamasında sığorta eksperti Şahin İsmayılov bildirib. O, qeyd edib ki, Şengen ölkələrin
11.08.2026 196 VIII Henri "ətir buludu"nun içində yaşayırmış: Səbəb heç də dəbdəbə olmayıb
İngiltərə kralı VII Henrix portretlərdə Tüdorlar dövrünün qüdrətini təcəssüm etdirən özünəinamlı və hökmran monarx kimi təsvir olunur. Lakin həyatının son illərində dəbdəbəli geyimləri ağır xəstəliyi gizlədib. Qaynarinfo Hamuesgyemant.hu saytına istinadən xəbər verir ki, kral ayaqlarında açıq yaralarda
11.08.2026 271 Böyük Qayıdış: Qarabağ və Şərqi Zəngəzurun yeni siması
Azərbaycan son illərdə böyük iqtisadi və sosial layihələrin həyata keçirilməsi ilə yanaşı, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində də tarixi miqyaslı işlər həyata keçirir. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq prosesi Azərbaycanın dövlətçilik tarixinin ə
11.08.2026 279 Pul müqabilində insanları döyürdü, həbs olundu
Qazaxıstanın Kostanay vilayətində bir nəfər insanları döymək xidməti ilə bağlı Telegram-da qeydiyyatdan keçib. yerli mediaya istinadla bildirir ki, bu il mart ayının sonunda təqsirləndirilən şəxs döyüşmək bacarığından pul qazanmaq qərarına gəlib. Telegram vasitəsilə naməlum şəxsdən K. adlı kişini tapı
11.08.2026 239 Pələng 63 yaşlı kişini yedi
Hindistanın Tamilnad ştatında pələng 63 yaşlı Balakrişnan adlı kişini parçalayıb. xarici mediaya istinadla bildirir ki, yaşlı kişi avqustun 8-i axşam saatlarında itkin düşüb. Səhər saatlarında onun yaxınları narahat olaraq axtarışlara başlayıblar. Bir müddət sonra Balakrişnanın parçalanmış meyiti ça
11.08.2026 282 Yatmazdan əvvəl nəbzinizi ölçün - Yuxunuzla bağlı vacib məqam
Əksər sağlam yetkin insanlarda sakit vəziyyətdə normal ürək döyüntüsünün tezliyi dəqiqədə 60-100 arasında olur. Mütəxəssislərin fikrincə, yatmazdan əvvəl nəbzin ölçülməsi orqanizmin yuxuya nə dərəcədə hazır olduğunu anlamağa kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, bəzi mütəxəssislə
11.08.2026 213 İki minillik təslim olma ənənəsi: Ağ bayrağın arxasındakı sirr
Döyüş meydanlarında təslim olmağın və qarşıdurmanı dayandırmağın universal simvoluna çevrilən ağ bayrağın iki min ildən artıq tarixi var. Qədim Roma və Çin mənbələrində bu ənənəyə rast gəlinir. Əsgərlərin fövqəladə vəziyyətlərdə boyasız parçalara asanlıqla çıxış əldə edə bilməsi isə ağ bayrağın geni
11.08.2026 247 Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Fotolar
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının verilməsinə həsr olunmuş mərasimdə iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bu barəd
11.08.2026 268 Prezident yeni elektrik avtobuslarına mindi - Fotolar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində istifadəyə veriləcək elektrik mühərrikli yeni avtobuslara baxıb, Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olublar. "Qafqazinfo" xəbər verir ki, Rəqəmsal inkişa
11.08.2026 310