Yeniyetmələrin "TikTok" sevdası: Günahkar kimdir? - ARAŞDIRMA

Yeniyetmələrin "TikTok" sevdası: Günahkar kimdir? - ARAŞDIRMASon günlər "TikTok"dan yeniyetmələrin istifadəsi artıb. Belə ki, onlar sırf bu şəbəkədə məşhurlaşmaq üçün başqalarını qıcıqlandıracaq, düşünülməyən hərəkətlər edirlər.

Bununla bağlı bir neçə misal çəkmək istərdik.

Belə ki, ötən gün metronun "20 Yanvar" stansiyasında platformadan qatar yoluna yetkinlik yaşına çatmayan iki bacı düşüb. Onlar qatarın yaxınlaşdığı anda qaça-qaça video çəkərək həmin görüntüləri "TikTok" sosial şəbəkəsində paylaşmağı düşünüblər.

Eyni zamanda, dörd yeniyetmə oğlan digər yeniyetmənin şərəf və ləyaqətini alçaldıb, bunu mobil telefonla çəkərək "TikTok"da paylaşıblar.

Bəs uşaqlar "TikTok"dan düzgün necə istifadə etməlidirlər?

Klinik psixoloq, Psixologiya Elmi-Tədqiqat İnstitutunun "Yaş və İnkişaf Psixologiyası Şöbəsi"nin kiçik elmi işçisi Narınc Rüstəmova Oxu.Az-a açıqlamasında bildirib ki, "TikTok", "Facebook", "Instagram", "WhatsApp" və digər sosial şəbəkə proqramları bu gün həyatımıza o qədər daxil olub ki, bununla da texnologiya asılılıqlarının sayı hədsiz artıb:

"Bu asılılığın digər asılılıq növlərindən fərqli olaraq yaş məhdudiyyəti yoxdur. Ancaq zərərli təsirlərinə ən çox məruz qalan yeniyetmə və gənclərdir. Bu da onların ən təməl ehtiyacı olan hansısa bir qrupa aid olma, paylaşma və sosiallaşmaq istəmə ehtiyacları ilə bağlıdır. Bir yeniyetmənin həyatında internet, oyunlar, sosial şəbəkələr bir çox rol oynayır.

Bu, yaşıdları arasında bir nüfuz sahibi olma göstəricisi kimi sayıla bilir, həm də onlarla danışılacaq ortaq mövzunun olmasına imkan verir. Onlar hansısa bir oyunda mərhələ-mərhələ keçdikcə və ya sosial şəbəkədə videopostlarına, şəkillərinə "like"lar çox gəldikcə, sanki həmin qrup arasında özünü təsdiq etmiş olur.

Təəssüf ki, bu baxımdan yeniyetmələr üçün ən rahat, eyni zamanda da ən təhlükəli, neqativ təsirlərinin çox olduğu platforma məhz "TikTok"dur. Bu proqramdan istifadədə ümumiyyətə yaş senzurası qoyulmayıb və filtrləmə funksiyası çox da geniş deyil.

Yəni övladlarımızın qarşısına onun yaşına uyğun olmayan videolar, postlar çox çıxır və rahatlıqla da tətbiq oluna bilir. Bu cür zərərli paylaşımlara, sosial şəbəkədən hədsiz istifadə və asılılıqlara daha real həyatda özünü doğrulda bilməyən, evdə, ailədə, cəmiyyətdə sözünü deyə bilməyən, özünü ifadə etməyə imkanı olmayan, ünsiyyət çətinliyi yaşayan uşaqlar daha çox meyil edirlər.

Bu uşaqların adətən özünəgüvəni aşağı, yaşıdları ilə ünsiyyət qura bilmə qabiliyyəti zəif, depressiv əhvali-ruhiyyədə, özünəqapanıq, həyəcan təşvişi çox olur. Real həyatda çox qadağalara, qayda-qanunlara məruz qalan uşaqlar da bu məzmunlu paylaşımlara meyil edə bilirlər.

Ona görə də özünü reallaşdıra bilməyən uşaqlar bu ehtiyacını sosial şəbəkələrdə və ya oyunlarda ödəyirlər. Sosial şəbəkələrdə minlərlə izləyicisi, aktiv paylaşımları olan, sərt, açıq-saçıq rəylər yazan uşağın bəlkə də real həyatda tək bir dostu belə yoxdur, hər hansı bir mövzuda fikrini soruşsan, dili dolaşacaq, həyəcan basacaq, əl-ayağı əsəcək. Xəyallarında qurduqları dünyanı, "mən" obrazını məhz sosial şəbəkə və oyunlar vasitəsilə reallaşdırırlar.

Məsələn, yeniyetmə saçını maviyə boyamaq istəyir, amma ailəsi icazə vermir. Baxsanız, görərsiniz ki, həmin yeniyetmə oyunda özünə bir obraz yaradır və saçları mavi olur. Əslində uşaqlarımızın oynadığı oyunları diqqətlə izləsək, onların daxili dünyası haqqında da məlumatlı ola bilərik".

Psixoloq valideynlərə müraciət edib və onları çox diqqətli olmağa çağırıb:

"Təbiidir ki, indi elə bir dövrdür ki, uşaqları internetdən, telefondan tamamilə təcrid edə bilmərik və bu, düzgün də deyil. Sadəcə yaşlarına uyğun olaraq, istifadəni məhdudlaşdırmalı və nəzarətdə saxlamalıyıq. Yaxşı olar ki, övladlarımız ilə sosial şəbəkələrdən istifadə qaydaları, oradan gələ biləcək təhlükələr barəsində öncədən danışaq, onları maarifləndirək. Sosial şəbəkələrdən özünün və ailəsinin şəxsi məlumatlarının, telefon nömrəsinin, ünvanının, pul kartlarının şifrələrini və sair açıqlamamağın vacibliyini vurğulasınlar.

Ən önəmli nüans isə övladlarımıza məhdudiyyətləri qoyarkən, özümüz də davranışlarına fikir verməliyik. Çünki onlar bizim sözlərimizdən çox, hərəkətlərimizdən nümunə götürürlər. Əgər ana özü telefon aludəçisidirsə, ata evə gəldikdən sonra telefonu əlinə alıb oyun oynayır, gününün çox hissəsini telefonda keçirirsə, biz övladımızdan bu qayda-qanuna riayət etməsini nə dərəcədə tələb edə bilərik?".

"TikTok" 2016-cı ilin sentyabr ayında Çində yaradılıb. Videoçəkiliş, paylaşma və canlı yayım xüsusiyyətlərinə malik bir sosial platformadır.

Pornoqrafiyaya təşviq etdiyi iddiası ilə sözügedən proqramın istifadəsi 2019-cu ildə bir neçə həftə Hindistanda qadağan edilib. Proqramın nümayəndəsi onların yerli qanunlara riayət etdiyini bəyan edib. Məhkəmə platformanın bloklama ilə əlaqədar qərarına yenidən baxmağa imtina etdiyinə görə, şirkət bəyan edib ki, onun qaydalarına qarşı olan 6 milyondan çox video proqramdan silinib.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1207   Tarix: 30 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

07.11.2026 297
.

Velosipedi yenidən kəşf etmək də olurmuş... - Fotolar

Nigeriyanın Kebbi əyalətində yaşayan 19 yaşlı Bello Məhəmməd müstəqil şəkildə dizayn edib hazırladığı fövqəladə nəqliyyat vasitəsi ilə dünya rekorduna imza atıb. "Qafqazinfo" xəbər verir ki, peşəkar kömək almadan 2.9 metr hündürlüyündə velosiped quraşdıran gənc "Ginnesin Rekordlar Kitabı"n

06.11.2026 365
.

Ofis mebeli seçərkən nələrə diqqət yetirilməlidir ?

Müasir dövrdə ən çox tələb olunan mebellər sırasında ofis mebelləri də var. Ofis mebelləri dedikdə bura müxtəlif mebellər daxildir. ofis kreslosu, ofis divanı, ofis masaları, qeydiyyat şöbəsi üçün masa, müdir kresloları, salon kreslosu, kompüter masası, sənəd dolabı və ofis stol-stulu aiddir. Ofis mebellər

05.11.2026 625
.

"Onların pulu ancaq bədən kəsdirməyə gedir"

Əməkdar artist Elza Seyidcahan xanımların xarici görünüşü və sənətə münasibəti ilə bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəlib. Axşam.az xəbər verir ki, müğənni "Kəşfet" verilişində qonaq olarkən bir çox ifaçının bir-birinə bənzəməyə çalışdığını bildirib. O, həmçinin onların estetik əməliyyatlar

09.11.2026 213
.

14-cü mərtəbədən yıxılan kişi sağ qaldı

Rusiyanın paytaxtı Moskvada yaşayış binasının 14-cü mərtəbəsindən yıxılan kişi möcüzə nəticəsində sağ qalıb. yerli mediaya istinadla xəbər verir ki, hadisə bu gün səhər saat 8 radələrində Marşal Rokossovski bulvarında baş verib. Məlumata görə, kişi binanın 14-cü mərtəbəsindən yıxılaraq avtomobilin damın

01.11.2026 490
.

İlon Mask və "Binance" qurucusu arasında gərginlik: Bir milyard dollarlıq xatırlatma

"Binance" kriptobirjasının qurucusu Çanpen Çjao amerikalı iş adamı və milyarder İlon Maskın "X" sosial şəbəkəsindəki reaksiyasından sonra 1 milyard dollardan çox dəyəri olan "SpaceX" səhmlərini satmaq ehtimalına eyham vurub. bu barədə RBC-ya istinadən xəbər verir. Məlumat

01.11.2026 581
.

"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO

"WhatsApp" istifadəçiləri şəxsi profillərinə üz qabığı fotosu əlavə edə biləcəklər. xarici mediaya istinadən xəbər verir ki, yeni funksiya əvvəlcə "Android"in beta versiyasında sınaqdan keçirilib, indi isə "iOS" istifadəçiləri üçün də əlçatan olmağa başlayıb. Yenilik sayəsind

08.11.2026 448
.

Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?

İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona

08.11.2026 273
.

Unitaza buz kubları atmağa başladılar - səbəb

Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə

08.11.2026 214
.