Yaşlı qadını öldürən taksi sürücüsü: "Yolu asta addımlarla keçirdilər"
Sumqayıtda 61 yaşlı qadını və onun 6 yaşlı qardaşı qızını avtomobillə vuraraq qadının ölümünə səbəb olan taksi sürücüsünə hökm oxunub.
"Kriminalqafqaz"ın əldə etdiyi məlumata görə, hadisə ötən il baş verib. Belə ki, taksi fəaliyyəti ilə məşğul olan 40 yaşlı Süleyman Hüseynov etibarnamə əsasında idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə yolu keçməkdə olan qadın və azyaşlı uşağı vurub. Nəticədə qadın aldığı xəsarətlərdən vəfat edib.
Hadisə ilə bağlı başlanılan cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb.
Məhkəmədə ifadə verən Süleyman Hüseynov bildirib ki, etdiyi əməldən peşmandır: "Onlar yolu asta addımlarla keçirdilər. Mən əyləcə basaraq sürəti azaltmaq istəsəm də, onlara dəydim. Sürət həddi 50-55 km/saat idi. Hadisə baş verən kimi aşağı düşüb onlara kömək etməyə çalışdım. Qadını maşına qoyub xəstəxanaya çatdırsam da, o öldü. Hadisəyə görə çox peşmanam".
Hadisə zamanı xəsarət alaraq ölən qadının qardaşı məhkəmədə verdiyi ifadədə bildirib ki, bacısı ailə qurmadığı üçün birlikdə yaşayıblar:
"Həyat yoldaşım mənə zəng edərək bildirdi ki, qızımla bacımı maşın vurub. Uşağı evə gətiriblər, amma bacımı xəstəxanaya aparıblar. Orada da vəfat edib".
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Süleyman Hüseynov 5 il iki ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 742 Tarix: 30 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSəyahət sığortası məcburiyyət, yoxsa zərurətdir? - Ekspert açıqladı
"Səyahət sığortası sığorta məhsulları arasında ən vacib və əldə edilməsi zəruri olan məhsullardan biridir. Təəssüf ki, Azərbaycan vətəndaşlarının bu məhsula marağı hələ də aşağı səviyyədədir". Bunu BİG.Az-a açıqlamasında sığorta eksperti Şahin İsmayılov bildirib. O, qeyd edib ki, Şengen ölkələrin
11.08.2026 196 VIII Henri "ətir buludu"nun içində yaşayırmış: Səbəb heç də dəbdəbə olmayıb
İngiltərə kralı VII Henrix portretlərdə Tüdorlar dövrünün qüdrətini təcəssüm etdirən özünəinamlı və hökmran monarx kimi təsvir olunur. Lakin həyatının son illərində dəbdəbəli geyimləri ağır xəstəliyi gizlədib. Qaynarinfo Hamuesgyemant.hu saytına istinadən xəbər verir ki, kral ayaqlarında açıq yaralarda
11.08.2026 271 Böyük Qayıdış: Qarabağ və Şərqi Zəngəzurun yeni siması
Azərbaycan son illərdə böyük iqtisadi və sosial layihələrin həyata keçirilməsi ilə yanaşı, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində də tarixi miqyaslı işlər həyata keçirir. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq prosesi Azərbaycanın dövlətçilik tarixinin ə
11.08.2026 279 Pul müqabilində insanları döyürdü, həbs olundu
Qazaxıstanın Kostanay vilayətində bir nəfər insanları döymək xidməti ilə bağlı Telegram-da qeydiyyatdan keçib. yerli mediaya istinadla bildirir ki, bu il mart ayının sonunda təqsirləndirilən şəxs döyüşmək bacarığından pul qazanmaq qərarına gəlib. Telegram vasitəsilə naməlum şəxsdən K. adlı kişini tapı
11.08.2026 239 Pələng 63 yaşlı kişini yedi
Hindistanın Tamilnad ştatında pələng 63 yaşlı Balakrişnan adlı kişini parçalayıb. xarici mediaya istinadla bildirir ki, yaşlı kişi avqustun 8-i axşam saatlarında itkin düşüb. Səhər saatlarında onun yaxınları narahat olaraq axtarışlara başlayıblar. Bir müddət sonra Balakrişnanın parçalanmış meyiti ça
11.08.2026 282 Yatmazdan əvvəl nəbzinizi ölçün - Yuxunuzla bağlı vacib məqam
Əksər sağlam yetkin insanlarda sakit vəziyyətdə normal ürək döyüntüsünün tezliyi dəqiqədə 60-100 arasında olur. Mütəxəssislərin fikrincə, yatmazdan əvvəl nəbzin ölçülməsi orqanizmin yuxuya nə dərəcədə hazır olduğunu anlamağa kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, bəzi mütəxəssislə
11.08.2026 213 İki minillik təslim olma ənənəsi: Ağ bayrağın arxasındakı sirr
Döyüş meydanlarında təslim olmağın və qarşıdurmanı dayandırmağın universal simvoluna çevrilən ağ bayrağın iki min ildən artıq tarixi var. Qədim Roma və Çin mənbələrində bu ənənəyə rast gəlinir. Əsgərlərin fövqəladə vəziyyətlərdə boyasız parçalara asanlıqla çıxış əldə edə bilməsi isə ağ bayrağın geni
11.08.2026 247 Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Fotolar
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının verilməsinə həsr olunmuş mərasimdə iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bu barəd
11.08.2026 268 Prezident yeni elektrik avtobuslarına mindi - Fotolar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində istifadəyə veriləcək elektrik mühərrikli yeni avtobuslara baxıb, Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olublar. "Qafqazinfo" xəbər verir ki, Rəqəmsal inkişa
11.08.2026 310