Bu qadının başına gələnləri heç filmlərdə də görməmisiniz... – VİDEO

Bu qadının başına gələnləri heç filmlərdə də görməmisiniz... – VİDEOAzərbaycan Televiziyası dünyada aktual olan problemə - qadınlara qarşı zorakılığa diqqət çəkmək məqsədilə bədii-sənədli film hazırlayıb.

TV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, "Gözbağlıca" adlı film gerçək hekayələr əsasında çəkilib.

Filmin qəhrəmanı olan qadınlardan 4-ü başına gələnlərdən danışır. Hekayələri fərqli olsa da, hər biri şiddət qurbanıdır. Qəhrəmanlar müsibətlərdən qaçaraq qadın sığınacağına pənah gətiriblər. Onlar acı talelərini psixoterapevtə danışaraq məsləhət gözləyirlər.

Filmdə mütəxəssislə danışan qadınlardan biri iddia edir ki, onun yaşadıqlarını heç kim yaşamayıb, o ağrılı illəri heç filmlərdə belə görmək mümkün deyil.

Filmdəki sonuncu hekayə isə artıq həyatda olmayan bir qadından bəhs edir. O, əri tərəfindən eyvandan atılaraq qətlə yetirilib. Bu, şiddətin ən ağır nəticəsidir.

Bədii-sənədli filmin adının "Gözbağlıca" seçilməsi isə təsadüfi deyil.

Belə ki, əslində, uşaq oyunu olan gözbağlıca filmdə bir simvol kimi seçilib: həyatını, taleyini gözüyumulu seçənlərin alleqoriyası.

Qeyd edək ki, sadəcə 2021-ci ildə Azərbaycanda 70 qadın öldürülüb, 24 qadın xəsarət alıb.

Bəs bu şiddətin səbəbi nədir? Kimdir günahkar: təkcə şiddət göstərənlər, yoxsa buna göz yuman hər kəs?

Film bu suallara cavab tapmağa bir cəhddir.

"Gözbağlıca"nın quruluşçu rejissoru Zaur Zeynal, ssenari müəllifi Leyla Qədirzadə, quruluşçu operatoru Aqşin Rzayevdir.

Bədii-sənədli film aprelin 29-u saat 18:25-də AzTV-də yayımlanacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1132   Tarix: 28 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Günəşdə partlayışların kütləvi spamı: Nə baş verir?

Günəşdə mülayim gücdə partlayışların kütləvi spamı davam edir: ötən həftəsonu ərzində Günəşdə 57 partlayış qeydə alınıb, daha 10-u isə 9 noyabrın ilk səkkiz saatında baş verib. -ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyas

09.11.2026 217
.

Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı

Qanada 28 yaşlı kişi varlanmaq məqsədilə üç gün tabutun içində qalıb. xəbər verir ki, bu barədə "My Joy Online" nəşri məlumat yayıb. Hadisə yerli ovçunun qəbiristanlıqda gəzərkən tabut aşkar etməsi ilə üzə çıxıb. Ovçunun itləri tabuta yaxınlaşdıqdan sonra kişi onun içərisində kiminsə olduğunda

09.11.2026 140
.

Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb

Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərinə güclü qar yağıb. APA-nın Şimal bürosunun məlumatına görə, qar örtüyünün hündürlüyü Quba rayonunun Qrız kəndində 27 santimetr, Xınalıq kəndində 25 santimetr, Qusar rayonunun Laza kəndində isə 20 santimetrə çatıb. Qeyd edək ki, güclü qar yağması səbəbində

09.11.2026 217
.

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O, fitnə ocaqlarına baxmayaraq, iki ölkənin əməkdaşlığının bi

09.11.2026 195
.

Mərdəkan şossesində qəza sıxlıq yaratdı

Xəzər rayonu, Mərdəkan şossesində baş verən yol-nəqliyyat hadisəsi olub. Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Qafqazinfo"ya məlumat verilib. Bidlirilib ki, hadisə səbəbindən mərkəz istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. Hazırda polis sıxlığı

09.11.2026 243
.

"Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi

"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"

09.11.2026 168
.

Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı

Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri

09.11.2026 205
.

Lorenzo Mezzotero millinin heyətindən çıxarıldı

Milli komandamızın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib. xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Zədəsi səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onun əvəzinə "Araz-Naxçıvan" klubunun futbolçus

09.11.2026 174
.

Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq

Biz dialoq və danışıqlar tərəfdarıyıq. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian İran Süd Sənayesi müəssisəsinin yaradılmasının ildönümü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı İranı vurmaq planlarından danışarkən bildirib. O deyib ki, İranın Ali Rəhbəri "n

09.11.2026 198
.