"Dedilər, get nə istəyirsən elə, ölən ölüb, tutulan tutulub" - "Location"dan şikayət
Bakıda "Location" gecə klubunda baş verən partlayışda ağır xəsarət alanlardan biri də oranın əməkdaşı Fariz Məmmədzadədir.
"Qafqazinfo"nun məlumatına görə, Vətən müharibəsi iştirakçısı olan Fariz gecə klubunun rəhbərliyindən şikayətçidir.
Qısa olaraq bildirək ki, Fariz Məmmədzadə partlayış baş verməmişdən 12 gün öncə "Location"da işləməyə başlayıb. Məmmədzadə ailəsinin iddiasına görə, işçilər orada qeyri-qanuni çalışdırılıb. İşgötürənlə işəgötürülən arasında əmək müqaviləsi imzalanmayıb. Bu səbəbdən onların sığortası da olmayıb.
Farizin şikayətinin əsas məğzi isə onun müalicəsinə gecə klubunun rəhbərliyi tərəfindən kömək göstərilməməsindən ibarətdir. Belə ki, xəsarət alan əməkdaş hadisədən sonra 5 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ailə üzvlərinin sözlərinə görə, onun müalicəsi və dərmanları borc-xərclə alınıb. Burada iş yerindən ona maddi dəstək olunmayıb. Dövlət xəstəxanasında iki dəfə əməliyyat olunan Fariz, daha sonra "Medera" hospitala köçürülüb.
Gecə klubuna məsul olan şəxslər yalnız özəl klinikada gedən müalicənin xərclərini qarşılayıblar. Daha sonra isə Fariz evə buraxılıb və onun müalicəsinin növbəti mərhələsi qalıb.
"Qollarımın ağrısından hələ də yata bilmirəm. Qollarımındakı yaranın suyu hələ də dayanmır. Məni evə göndəriblər, amma 2-3 gündən bir sarğılarım dəyişməlidir. Mən ağrılardan gecələr yata bilmirəm. Dərman almağa pulum belə yoxdur. Bunların məqsədi nədir, anlamıram. Müharibədə burnum belə qanamadı, amma gəldim kiminsə obyektində bu hala düşdüm. Evə baxan insan mənəm, amma belə görünür ki, 5-6 ay müddətində işləməyəcəm. Mən müdiriyyətdən mənəvi dəstək istədim, dedilər, get nə istəyirsən elə, ölən ölüb, tutulan tutulub. "Madera"da olanda Elşən Səfərovla da danışdım, mənə qayıtdı ki, siz insafsızlıq edirsiniz" – Fariz Məmmədzadə şikayətində bildirib.
Onu da aydınlaşdırdıq ki, Fariz Məmmədzadə "Medera"ya köçürülən zaman onun müalicəsinə 15 961 manat ödənilib.
Qeyd edək ki, "Location"da baş verən partlayışa görə 4 nəfər həlak olub. Onlardan üçü gəncdir. Hadisəyə görə isə obyekti icarəyə götürmüş "Merser Food" MMC-nin administratoru Rəsul Rəsulov, həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov həbs edilib.
Fotoda Elşən Səfərov və qardaşı Orxan Səfərov
Şikayətdə adı keçən Elşən Səfərov isə həbs olunan Orxan Səfərovun qardaşıdır. O.Səfərov qardaşı Elşən Səfərovla birlikdə daha əvvəl Nərimanov rayonu ərazisində "The Place" adlı gecə klubunu işlətməyə başlayıblar. Onlar daha sonra Səbail rayonu T.Əliyarbəyov küçəsi 9 ünvanındakı 170 kvadrat metr ərazisi olan obyekti də icarəyə götürərək oranı "Location" gecə klubu adı ilə açıblar. "Location"da baş verən partlayışdan sonra "The Place" də fəaliyyətini dayandırıb.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1652 Tarix: 28 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGünəşdə partlayışların kütləvi spamı: Nə baş verir?
Günəşdə mülayim gücdə partlayışların kütləvi spamı davam edir: ötən həftəsonu ərzində Günəşdə 57 partlayış qeydə alınıb, daha 10-u isə 9 noyabrın ilk səkkiz saatında baş verib. -ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyas
09.11.2026 217 Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
Qanada 28 yaşlı kişi varlanmaq məqsədilə üç gün tabutun içində qalıb. xəbər verir ki, bu barədə "My Joy Online" nəşri məlumat yayıb. Hadisə yerli ovçunun qəbiristanlıqda gəzərkən tabut aşkar etməsi ilə üzə çıxıb. Ovçunun itləri tabuta yaxınlaşdıqdan sonra kişi onun içərisində kiminsə olduğunda
09.11.2026 140 Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb
Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərinə güclü qar yağıb. APA-nın Şimal bürosunun məlumatına görə, qar örtüyünün hündürlüyü Quba rayonunun Qrız kəndində 27 santimetr, Xınalıq kəndində 25 santimetr, Qusar rayonunun Laza kəndində isə 20 santimetrə çatıb. Qeyd edək ki, güclü qar yağması səbəbində
09.11.2026 217 Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O, fitnə ocaqlarına baxmayaraq, iki ölkənin əməkdaşlığının bi
09.11.2026 195 Mərdəkan şossesində qəza sıxlıq yaratdı
Xəzər rayonu, Mərdəkan şossesində baş verən yol-nəqliyyat hadisəsi olub. Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Qafqazinfo"ya məlumat verilib. Bidlirilib ki, hadisə səbəbindən mərkəz istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. Hazırda polis sıxlığı
09.11.2026 243 "Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi
"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"
09.11.2026 168 Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı
Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri
09.11.2026 205 Lorenzo Mezzotero millinin heyətindən çıxarıldı
Milli komandamızın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib. xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Zədəsi səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onun əvəzinə "Araz-Naxçıvan" klubunun futbolçus
09.11.2026 174 Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
Biz dialoq və danışıqlar tərəfdarıyıq. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian İran Süd Sənayesi müəssisəsinin yaradılmasının ildönümü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı İranı vurmaq planlarından danışarkən bildirib. O deyib ki, İranın Ali Rəhbəri "n
09.11.2026 198