Yevlaxda Zərifə xanım Əliyevanın əziz xatirəsi anılıb

Yevlaxda Zərifə xanım Əliyevanın əziz xatirəsi anılıbYevlax Şəhər İcra Hakimiyyəti və Yevlax Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılılğı ilə görkəmli oftalmoloq, Azərbaycanın Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 99-cu il dönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirin əvvəlində Zərifə xanım Əliyevanın həyat və yaradıcılığı barədə hazırlanmış video çarx nümayiş etdiriliib.
Mərasimdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev bildirib ki, tarixdə elə şəxsiyyətlər var ki, onların ömür yolu və fəaliyyəti həm də xalqlarının, dövlətlərinin tarixinə həkk olunur. Onların irsi dərindən tədqiq olunur, gələcək nəsillərə öyrədilir və daim nəticə çıxardılır.
Tarixə adını, izini, xidmətlərini həkk etdirmiş belə şəxsiyyətlər mənsub olduqları xalqın qüruru, iftixarı olur və bütün tarixi mərhələlərdə öz millətləri üçün mükəmməl nümunəyə çevrilirlər. Bu gün işığına, nuruna toplaşdığımız qüdrətli insanın – görkəmli alim Zərifə xanım Əliyevanın da şərəfli adı, misilsiz fəaliyyəti tariximizin şanlı səhifələrini təşkil edir. Dünya oftalmologiya elminin parlaq simalarından olan Azərbaycan alimi, tibb elmləri doktoru, akademik, şəfalı əlləri ilə minlərlə xəstənin gözlərindəki zülməti işığa çevirən təbib! Azərbaycanda uğurlu qadın obrazını formalaşdıran, qadın hərəkatının ən sanballı təmsilçilərindən olan ictimai xadim, xalqımızın hər zaman rəğbətlə xatırladığı böyük dövlət xadiminin – Əziz Əliyevin övladı, dünyanın ən böyük azərbaycanlısı sayılan Ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı, çiyindaşı, uğurlarının mənəvi istinadgahı! İki əsrlik münaqişəni və 30 illik savaşı Zəfərlə bitirən, dünya miqyaslı siyasi lider olan, tarixin ən qüdrətli Azərbaycanını yaradan Müzəffər Komandanı yetişdirmiş fədakar, qayğıkeş ana! Bu adların hər birini ayrılıqda daşımaq belə əlbəttə ki, həmin insana böyük şöhrət və şərəf gətirər. İndi təsəvvür edin ki, bütün bu dəyərlər bir insanın timsalında birləşir. Deməli, Zərifə xanım tək Azərbaycan miqyasında deyil, elə dünya miqyasında da möhtəşəmliyi, bənzərsizliyi ilə fərqlənir, ön sıraya çıxır.
Mərasimdə çıxış edən Milli Məclisin deputatı İlham Məmmədov, Yevlax Şəhər Xəstəxanasının direktoru Fazil İsmayılov, həkim-oftolmoloq Güləndam İsgəndərli və başqaları Zərifə xanım Əliyevanın mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri ilə yanaşı ictimai-siyasi fəaliyyətindən də danışıblar. Qeyd edilib ki, Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün örnək olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılıb və yazılacaq. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Zərifə xanımın traxoma xəstəliyinin müalicəsi sahəsində təklif etdiyi müalicə metodları bütün respublikada tətbiq edilərək ölkəmiz bu xəstəlikdən xilas olur. Bununla da Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğvi məhz Zərifə xanımın adı ilə bağlıdır.
Sonda Yevlax Mədəniyyət Mərkəzinin əməkdaşları Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olunmuş şer və musiqi nömrələri ifa ediblər.

Yevlaxda Zərifə xanım Əliyevanın əziz xatirəsi anılıbYevlaxda Zərifə xanım Əliyevanın əziz xatirəsi anılıbYevlaxda Zərifə xanım Əliyevanın əziz xatirəsi anılıbYevlaxda Zərifə xanım Əliyevanın əziz xatirəsi anılıbYevlaxda Zərifə xanım Əliyevanın əziz xatirəsi anılıb


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 725   Tarix: 28 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Günəşdə partlayışların kütləvi spamı: Nə baş verir?

Günəşdə mülayim gücdə partlayışların kütləvi spamı davam edir: ötən həftəsonu ərzində Günəşdə 57 partlayış qeydə alınıb, daha 10-u isə 9 noyabrın ilk səkkiz saatında baş verib. -ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyas

09.11.2026 217
.

Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı

Qanada 28 yaşlı kişi varlanmaq məqsədilə üç gün tabutun içində qalıb. xəbər verir ki, bu barədə "My Joy Online" nəşri məlumat yayıb. Hadisə yerli ovçunun qəbiristanlıqda gəzərkən tabut aşkar etməsi ilə üzə çıxıb. Ovçunun itləri tabuta yaxınlaşdıqdan sonra kişi onun içərisində kiminsə olduğunda

09.11.2026 140
.

Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb

Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərinə güclü qar yağıb. APA-nın Şimal bürosunun məlumatına görə, qar örtüyünün hündürlüyü Quba rayonunun Qrız kəndində 27 santimetr, Xınalıq kəndində 25 santimetr, Qusar rayonunun Laza kəndində isə 20 santimetrə çatıb. Qeyd edək ki, güclü qar yağması səbəbində

09.11.2026 217
.

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O, fitnə ocaqlarına baxmayaraq, iki ölkənin əməkdaşlığının bi

09.11.2026 195
.

Mərdəkan şossesində qəza sıxlıq yaratdı

Xəzər rayonu, Mərdəkan şossesində baş verən yol-nəqliyyat hadisəsi olub. Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Qafqazinfo"ya məlumat verilib. Bidlirilib ki, hadisə səbəbindən mərkəz istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. Hazırda polis sıxlığı

09.11.2026 243
.

"Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi

"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"

09.11.2026 168
.

Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı

Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri

09.11.2026 205
.

Lorenzo Mezzotero millinin heyətindən çıxarıldı

Milli komandamızın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib. xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Zədəsi səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onun əvəzinə "Araz-Naxçıvan" klubunun futbolçus

09.11.2026 174
.

Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq

Biz dialoq və danışıqlar tərəfdarıyıq. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian İran Süd Sənayesi müəssisəsinin yaradılmasının ildönümü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı İranı vurmaq planlarından danışarkən bildirib. O deyib ki, İranın Ali Rəhbəri "n

09.11.2026 198
.