Məsciddə şəhid gizirin yerində qardaşı xidmətçi oldu - FOTO

Məsciddə şəhid gizirin yerində qardaşı xidmətçi oldu - FOTOVətən Müharibəsində şəhidlik zirvəsinə ucalan hərbçilərimizdən biri də Rüfət Füzuli oğlu Əliyevdir. Qəhrəman hərbçimiz 7 noyabr 2020-ci il Zəngilan rayonu uğrunda gedən döyüşlərdə şəhid olub.

BAKU.WS xəbər verir ki, şəhid Rüfət Əliyev Dövlət Sərhəd Xidmətinin Çevik Hərbi Dəstəsinin giziri olub. Maraqlıdır ki, Rüfət Əliyev hərbidən kənar boş vaxtlarda məsciddə xidmətçi kimi də fəaliyyət göstərib.

Müqqəddəs günlərdə "Məşhədi Dadaş" məscidində insanların daim xidmətində olan şəhid hərbçimizin həmişəki yeri ötən gün təşkil edilən Qədr gecəsi mərasimində də boş qalmayıb. Belə ki, şəhid Rüfət Əliyevin xidmətçi yerini bu dəfə onun doğma qardaşı doldurub.

Görüntünü məscidin digər xidmətçisi olan Ceyhun Hacıyev sosial şəbəkədə paylaşdıqdan sonra istifadəçilər tərəfindən maraqla qarşılanıb.

Məsciddə şəhid gizirin yerində qardaşı xidmətçi oldu - FOTORüfət Füzuli oğlu Əliyev 1992-ci il dekabrın 6-da Bakıda anadan olub. Xətai rayonu 27 nömrəli orta məktəbi bitirən Rüfət 2010-2014-cü illərdə ali təhsilini Azərbaycan Kooperasiya Universitetində alıb. O, universiteti bitirdikdən sonra hərbi xidmətə yollanıb. Xidmət müddətində kəşfiyyatçı qrupunda olan Rüfət Əliyev əsgərliyi bitirdikdən sonra 2015-ci ildə fəxri fərmanla təltif olunub.
Məsciddə şəhid gizirin yerində qardaşı xidmətçi oldu - FOTOÖz arzusu ilə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarına yazılıb. Avqustun 26-da hazırlıq keçmək üçün Lənkəran, Ağstafa, Daşkəsən istiqamətinə yollanıb.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzuli rayonu, Hadrut, Cəbrayıl rayonu, Xudafərin, Zəngilan rayonu istiqamətlərində döyüşlərdə iştirak edib. Noyabrın 7-dən 8-nə keçən gecə saat 2-də Ağbənd istiqamətində şəhid olmuşdur. Bakıda dəfn olunub.

Məsciddə şəhid gizirin yerində qardaşı xidmətçi oldu - FOTOQeyd edək ki, Rüfət Əliyev şəhidlik zirvəsinə yüksəldikdən sonra "Döyüşdə fərqlənməyə görə" medalı və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1344   Tarix: 27 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Fotolar

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının verilməsinə həsr olunmuş mərasimdə iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bu barəd

11.08.2026 282
.

Uşaqları mavi dəri ilə doğulurdu - Bir ailənin dəhşətli HEKAYƏSİ

ABŞ-ın Appalaç dağlarının təcrid olunmuş bölgəsində yaşayan Fyugeyt ailəsi görənləri və eşidənləri heyrətə gətirir. Ailənin tarixçəsi coğrafi təcridin və uzun illər davam edən yaxın qohum nikahlarının necə qəribə və qorxuducu bioloji nəticələrə səbəb ola biləcəyinin klassik nümunəsidir. xarici mediay

11.08.2026 316
.

Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan şəhərindəki "Əcəmi seyrangahı" istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, abidənin müəlliflərindən biri Xalq rəssamı Salxab Məmmədo

11.08.2026 324
.

Pələng 63 yaşlı kişini yedi

Hindistanın Tamilnad ştatında pələng 63 yaşlı Balakrişnan adlı kişini parçalayıb. xarici mediaya istinadla bildirir ki, yaşlı kişi avqustun 8-i axşam saatlarında itkin düşüb. Səhər saatlarında onun yaxınları narahat olaraq axtarışlara başlayıblar. Bir müddət sonra Balakrişnanın parçalanmış meyiti ça

11.08.2026 293
.

Pul müqabilində insanları döyürdü, həbs olundu

Qazaxıstanın Kostanay vilayətində bir nəfər insanları döymək xidməti ilə bağlı Telegram-da qeydiyyatdan keçib. yerli mediaya istinadla bildirir ki, bu il mart ayının sonunda təqsirləndirilən şəxs döyüşmək bacarığından pul qazanmaq qərarına gəlib. Telegram vasitəsilə naməlum şəxsdən K. adlı kişini tapı

11.08.2026 246
.

Limon haqqında maraqlı fakt: onda çiyələkdən daha çox şəkər olur

Çiyələyi dişləyirsiniz şirindir. Limonu dişləyirsiniz turşluğundan üzünüz büzüşür. İlk baxışdan çiyələkdə daha çox şəkər olduğu aydın görünür. Ancaq məsələ düşündüyümüzdən bir qədər fərqlidir. xarici mediaya istinadən xəbər verir ki, əslində 100 qram məhsulu müqayisə etdikdə çiyələkdə limondan daha ço

11.08.2026 259
.

Serbiyalı siyasətçidən Rusiya ilə bağlı sərt mövqe

Müxalifətdə olan Serbiyanın Yeni Demokrat Partiyasının sədri Miloş Yovanoviç ölkəsinin Rusiyaya qarşı Qərbin mövqeyini dəstəkləməsi ehtimalı barədə danışıb. xəbər verir ki, siyasətçi bu barədə TASS-a açıqlamasında bildirib. Yovanoviç qeyd edib ki, Serbiya münaqişənin hər iki tərəfindəki insanlara rəğbə

11:03 97
.

Göygöldə FACİƏ: Gəncə çayına düşən kişi öldü

Göygöldə bədbəxt hadisə baş verib. -ın APA-ya istinadən məlumatına görə, rayonun Topalhəsənli kəndində 64 yaşlı F.Məmmədov mal-qaranı örüşə apararkən Gəncə çayına yıxılaraq yaralanıb. 64 yaşlı kişi hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır

11.08.2026 260
.

Süni intellekt insanları daha çox işləməyə məcbur edir - ALİMLƏR

Süni intellekt artıq dünyanın bir çox böyük şirkət və ofislərində gündəlik iş prosesinin bir hissəsinə çevrilib. Bu texnologiyaların əməkdaşları rutin tapşırıqlardan xilas edəcəyi və iş yükünü azaldacağı gözlənilsə də, yeni araşdırma fərqli nəticələr ortaya qoyub. xəbər verir ki, "ActivTrak"ı

11.08.2026 220
.

TOP MP3