218 nömrəli məktəbdə xuliqanlar peyda olub - ŞİKAYƏT

218 nömrəli məktəbdə xuliqanlar peyda olub - ŞİKAYƏTXəzər rayon Binə qəsəbəsində yerləşən Rəşid Baxışov adına 218 nömrəli tam orta məktəbdə dəhşətli situasiya hökm sürür.
Demokratik.Az bildirir ki, bu barədə həmin məktəbin 7-G sinifində təhsil alan şagird Fərhadov Vurğun Əkbər oğlunun valideyni Əkbər Sadıyev məlumat verib.
Şikayətçinin verdiyi məlumata görə, məktəbdən digər illərdə xaric edilmiş şagirdlər yenidən təhsil qaydalarına uyğunsuz şəkildə məktəb həyətinə və binasına daxil olur və təhsilini davam etdirən azyaşlı şagirdlərə qarşı xuliqanlıq hərəkətləri edir.
Belə ki, üzərində bıçaq, siqaret gəzdirən yeniyetmələr məktəb binasında sabitliyi və təhlükəsizlik qaydalarını pozaraq azyaşlılardan pul tələb edir. Onlar hələ yaşı bəzi yalnışları dərk etməyəcək həddə olan uşaqları siqaretə, digər zərərli vərdişlərə aludə etməyə və cinayət xarakterli hərəkətlər etməyə məcbur edirlər.
Xoşagəlməz hadisə şikayətçi Əkbər Sadıyevin azyaşlı övladı Vurğunun da başına gəlib. Əkbər bəy təcili sözügedən məktəbin direktoru Əbülfət Bağırovun qəbuluna gedib və bu barədə onu məlumatlandırıb. Təəssüf ki, xuliqanlıq edən şəxslərin kimlər olmasını müəyyən etmək istəyən valideyn direktorun hədə-qorxusu ilə üzləşib. Məktəbdə yerləşdirilmiş kameralara baxmaq üçün müraciət edən Əkbər Sadıyev bu dəfə də direktordan rədd cavabı alıb.
Sadıyev onu da bildirib ki, övladının təhlükəsizliyi tam təmin edilmədikcə məktəbə qoymayacaq və bunlar barədə təhsil nazirliyindən cavab istəyəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2984   Tarix: 27 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qar yağması yollarda problemlərə səbəb oldu

Cənubi Afrika Respublikasında bir həftə soyuq və qarlı hava gözlənilir. Ölkənin böyük bir hissəsində qar yağışı, güclü külək və fırtına gözlənilir. xarici mediaya istinadən bildirir ki, bu barədə Milli Hava Xidməti məlumat yayıb. "Sakinlərə hava proqnozlarını izləmək və pisləşən hava şəraiti gözlənildiy

11.08.2026 288
.

Yatmazdan əvvəl nəbzinizi ölçün - Yuxunuzla bağlı vacib məqam

Əksər sağlam yetkin insanlarda sakit vəziyyətdə normal ürək döyüntüsünün tezliyi dəqiqədə 60-100 arasında olur. Mütəxəssislərin fikrincə, yatmazdan əvvəl nəbzin ölçülməsi orqanizmin yuxuya nə dərəcədə hazır olduğunu anlamağa kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, bəzi mütəxəssislə

11.08.2026 220
.

Naxçıvanın yeni inkişaf mərhələsi: Prezident İlham Əliyevin müsahibəsində mühüm mesajlar

Naxçıvanın təhlükəsizliyi, iqtisadi inkişafı, enerji potensialı, nəqliyyat imkanları və regionun gələcək perspektivləri dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 11-də Naxçıvan televiziyasına verdiyi müsahibə muxtar respublikanın qarşıdak

11:39 94
.

Göygöldə FACİƏ: Gəncə çayına düşən kişi öldü

Göygöldə bədbəxt hadisə baş verib. -ın APA-ya istinadən məlumatına görə, rayonun Topalhəsənli kəndində 64 yaşlı F.Məmmədov mal-qaranı örüşə apararkən Gəncə çayına yıxılaraq yaralanıb. 64 yaşlı kişi hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır

11.08.2026 260
.

Naxçıvanın gələcəyi: yol, logistika, sənaye və investisiya - Ekspert danışdı

"Prezident İlham Əliyevin Naxçıvana budəfəki səfəri sadəcə növbəti işgüzar səfər deyil. Bu səfər Naxçıvanın Azərbaycanın yeni iqtisadi, nəqliyyat və geosiyasi xəritəsində tutacağı yerin konturlarını daha aydın göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir. Bu gün Naxçıvana yalnız Azərbaycanı

12:41 0
.

Tramp İrana qarşı yeni tələb irəli sürdü: "Kompensasiya istəyirəm"

ABŞ Prezidenti Donald Tramp İranın ABŞ-a, o cümlədən Amerika hərbçilərinin itkilərinə görə kompensasiya ödəməsini tələb etmək niyyətində olduğunu bildirib. xəbər verir ki, Ağ Ev rəhbərinin bu barədə bəyanatı "Truth Social" sosial media platformasında dərc olunub. Tramp qeyd edib ki, ABŞ-İra

11:53 78
.

Gürcüstan Rusiyaya şərt qoydu: Diplomatik münasibətlər bərpa edilməyəcək

Moskva Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdığı müddətdə Gürcüstanla Rusiya arasında diplomatik münasibətlərin bərpası mümkün deyil. xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze -yə açıqlamasında bildirib. "Bu tanınma mövcud olduğu müddətdə diplomatik münasibətlər

11:46 83
.

İki minillik təslim olma ənənəsi: Ağ bayrağın arxasındakı sirr

Döyüş meydanlarında təslim olmağın və qarşıdurmanı dayandırmağın universal simvoluna çevrilən ağ bayrağın iki min ildən artıq tarixi var. Qədim Roma və Çin mənbələrində bu ənənəyə rast gəlinir. Əsgərlərin fövqəladə vəziyyətlərdə boyasız parçalara asanlıqla çıxış əldə edə bilməsi isə ağ bayrağın geni

11.08.2026 253
.

Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan şəhərindəki "Əcəmi seyrangahı" istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, abidənin müəlliflərindən biri Xalq rəssamı Salxab Məmmədo

11.08.2026 324
.

TOP MP3