Ölümündən bir il keçən Baloğlan Əşrəfovun oğlu: "Başsağlığı da vermədilər"
Bu gün Əməkdar artist Baloğlan Əşrəfovun vəfatından bir il ötür.
Mərhum sənətkarın oğlu Elşən Baloğlanoğlu Oxu.Az-la söhbətində bəzi məşhurların müğənninin sağlığında onunla yaxın olsalar da, heç gəlib başsağlığı vermədiklərindən gileylənib.
"Adlarını deməyəcəm. Ancaq elə məşhurlar var ki, sağlığında atamla yaxın olublar, ancaq gəlib, zəng edib başsağlığı belə verməyiblər. O vaxtlar pandemiya dövrü idi, evə gəlmək imkanı yox idi, ancaq nömrəni tapıb zəng etmək bu qədərmi çətin idi? Nömrəni tapmamağı bəhanə edə bilməzlər. Ən azından, Yusif Mustafayev ilə mənim atam çox yaxın idilər, ondan nömrəmi tapıb başsağlığı verə bilərdilər.
Həmin gecə Əlikram Bayramov bizi tək qoymadı, Yusif Mustafayev, Elşad Qarayev, ola bilər, kiminsə adını unudum, çox adam var idi", - Elşən Baloğlanoğlu deyib.
O, atasının son gününə kimi yaxşı olduğunu və onu itirəcəyini ağlına belə gətirmədiyini vurğulayıb:
"Axırıncı gün tam yaxşı idi. COVID-ə yoluxduğu üçün yanına buraxmırdılar. Telefonla görüntülü danışdıq. Özünü yaxşı hiss etsə də, danışanda sanki bizimlə halallaşırdı. Nəvələri, gəlini, bütün ailə üzvləri ilə danışdı. Deyirdi, yaxşıyam, hər şey yaxşıdır. Vəfatından iki-üç saat öncə mən evdə idim, həkimi həyəcanlı şəkildə zəng etdi ki, tez buraya gəl. Mən həmin an heç düşünmədim ki, rəhmətə gedə bilər, çünki bir neçə saat öncə bizimlə danışanda hər şey yaxşı idi. Birdən-birə halı pisləşib. Mən gedib atamı gördüm, o vəziyyətdə də mənə gülümsəyib, "narahat olma, hər şey yaxşı olacaq" dedi".
E.Baloğlanoğlu atasının pandemiya dövründə həyatında baş verənlərdən kitab yazmaq istədiyini qeyd edib:
"Kitab yazmaq istəyirdi, qismət olmadı. Tez-tez yuxularıma gəlir. Ötən gecə də görmüşəm. Səhnədə, bəlkə də ciddi görünə bilərdi, evdə çox zarafatcıl insan idi. Bizim ata-oğul münasibətindən əlavə, dost münasibətimiz var idi. Evin hər küncündə xatirələrimiz var. Bizim üçün çox çətindir".
Qeyd edək ki, Baloğlan Əşrəfov 26 aprel 2021-ci ildə 69 yaşında COVID-19 xəstəliyindən vəfat edib. Sənətkar doğulduğu Masallı rayonunun Bədəlan kəndində doğmalarının məzarı yanında torpağa tapşırılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1588 Tarix: 26 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPələng 63 yaşlı kişini yedi
Hindistanın Tamilnad ştatında pələng 63 yaşlı Balakrişnan adlı kişini parçalayıb. xarici mediaya istinadla bildirir ki, yaşlı kişi avqustun 8-i axşam saatlarında itkin düşüb. Səhər saatlarında onun yaxınları narahat olaraq axtarışlara başlayıblar. Bir müddət sonra Balakrişnanın parçalanmış meyiti ça
11.08.2026 297 Göygöldə FACİƏ: Gəncə çayına düşən kişi öldü
Göygöldə bədbəxt hadisə baş verib. -ın APA-ya istinadən məlumatına görə, rayonun Topalhəsənli kəndində 64 yaşlı F.Məmmədov mal-qaranı örüşə apararkən Gəncə çayına yıxılaraq yaralanıb. 64 yaşlı kişi hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır
11.08.2026 265 Naxçıvanın yeni inkişaf mərhələsi: Prezident İlham Əliyevin müsahibəsində mühüm mesajlar
Naxçıvanın təhlükəsizliyi, iqtisadi inkişafı, enerji potensialı, nəqliyyat imkanları və regionun gələcək perspektivləri dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 11-də Naxçıvan televiziyasına verdiyi müsahibə muxtar respublikanın qarşıdak
11:39 137 Prezident İlham Əliyevin Naxçıvan televiziyasına müsahibəsi: gələcəyə hesablanmış strateji perspektivlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvanda Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvanın gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm siyasi və ictimai əhəmiyyət daşıyır. Müsahibənin Naxçıvanda aparılan genişmiqyaslı quruculu
14:06 68 Meşədən meyitləri tapılan gənclər əminəvəsi olublar - Video
Lənkəranda meşədən meyitləri tapılan 29 yaşlı Xəzər Mirzəyev və 16 yaşlı Fidan Mirzəyeva əminəvəsi imişlər. "Qafqazinfo" xəbər verir ki, X.Mirzəyevin atası Vurğun Mirzəyev Baku TV-yə açıqlamasında oğlu ilə evdən çıxan gün danışdığını bildirib. "Zəng etmişdim, dedi Lənkərana gedirəm. Nəs
14:09 79 Gürcüstan Rusiyaya şərt qoydu: Diplomatik münasibətlər bərpa edilməyəcək
Moskva Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdığı müddətdə Gürcüstanla Rusiya arasında diplomatik münasibətlərin bərpası mümkün deyil. xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze -yə açıqlamasında bildirib. "Bu tanınma mövcud olduğu müddətdə diplomatik münasibətlər
11:46 124 Serbiyalı siyasətçidən Rusiya ilə bağlı sərt mövqe
Müxalifətdə olan Serbiyanın Yeni Demokrat Partiyasının sədri Miloş Yovanoviç ölkəsinin Rusiyaya qarşı Qərbin mövqeyini dəstəkləməsi ehtimalı barədə danışıb. xəbər verir ki, siyasətçi bu barədə TASS-a açıqlamasında bildirib. Yovanoviç qeyd edib ki, Serbiya münaqişənin hər iki tərəfindəki insanlara rəğbə
11:03 128 Naxçıvanın gələcəyi: yol, logistika, sənaye və investisiya - Ekspert danışdı
"Prezident İlham Əliyevin Naxçıvana budəfəki səfəri sadəcə növbəti işgüzar səfər deyil. Bu səfər Naxçıvanın Azərbaycanın yeni iqtisadi, nəqliyyat və geosiyasi xəritəsində tutacağı yerin konturlarını daha aydın göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir. Bu gün Naxçıvana yalnız Azərbaycanı
12:41 123 Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan şəhərindəki "Əcəmi seyrangahı" istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, abidənin müəlliflərindən biri Xalq rəssamı Salxab Məmmədo
11.08.2026 338