Kişilər boşandıqları qadınları niyə öldürürlər? - Üç səbəb

Kişilər boşandıqları qadınları niyə öldürürlər? - Üç səbəbSon günlər ölkəmizdə keçmiş əri, ya da keçmiş nişanlısı tərəfindən öldürülən qadınların sayı durmadan artmaqdadır. Bu hal cavabını tapmağa məcbur olduğumuz sualların çoxalmasına səbəb olur.

Məsələn, kişi ayrıldığı qadından niyə əl çəkmir? Boşansa da, üstündən illər keçsə də, niyə qadını narahat edir, hətta onu öldürmək qərarına gəlir? Bu ağlasığmaz cinayətlərin əsas qaynağı nələrdir, qarşısı necə alınmalıdır?

Mütəxəssislər səbəbləri üç yerə bölürlər.

İlk sırada kişi psixologiyası gəlir. Qətli törədəcək xarekterdə olan kişi qadına nəzarəti öz vəzifəsi sayır. Düşünür ki, qadın onun malıdır və uşaqlarının anasıdır. Boşansa da, onu öz malı kimi görməyə davam edir. Başqasının həyat yoldaşı, sevgilisi, uşaqlarının anası olmasını ağlına belə gətirə bilmir. Bunu daha çox qadının paylaşılması kimi qavrayır.

İkinci səbəb isə mental dəyərlərə bağlıdır. "Gəlin evin süpürgəsidir", "Qadın ər evindən ancaq tabutda çıxar" kimi deyimlər qadını kişinin gözündə şəxsiyyət olmaqdan çıxarır, bir növ əşya səviyyəsinə salır. Buna görə də boşanma ərəfəsində olan biri "namus", "qeyrət" kimi anlamlar yükləyərək öldürdüyü qadının da onun kimi insan olduğunu qəbul etmək istəmir. Törətdiyi cinayəti qəhrəmanlıq sayır, çünki ona haqq qazandıranların da az olmadığını bilir.

Üçüncü əsas səbəb isə boşanmalardan sonra da davam edən məişət davaları, aliment məsələləri, uşaqlarla bağlı yaranan narazılıqlardır.

Psixoloq Vüsalə Əmiraslanovanın fikrincə, bəzi kişilər düşünür ki, həyat yoldaşı ondan ayrıldıqdan sonra onun namusuna ləkə gələcək. Ancaq namusun əslində ona yox, qadının özünə aid olduğunu düşünmürlər:

"Son dövrlərdə baş verən qətl hadisələri göstərir ki, qarşı tərəf manyakcasına plan qurur. Düşünür ki, bu qadın həyatda olmamalıdır. Çünki o, evliliyin ayrılıqla bitməsini qəbul edə bilmir. Kişilər düşünür ki, mən həyat yoldaşımdan ayrılmışamsa, biz artıq ata-ana rolunda deyilik. Kağız üzərində olmasa belə öz qadınını qorumağa çalışır. Burada da artıq bu düşüncələr yaranır ki, o heç kəslə danışa bilməz, mənim övladıma başqası atalıq eləməsin və qadın da işləməsin. Yəni mən deyənlər olmalıdır, ancaq heç bir maddi yardım göstərməyəcəm".

Psixoloqun fikrincə, kənar müdaxilələr də narazılığın cinayətə qədər getməsində böyük rol oynayır. Sosial Tədqiqatlar Mərkəzinin idarə heyətinin üzvü, professor Tahirə Allahyarovanın sözlərinə görə, bu sahədə vəziyyət tək Azərbaycanda gərgin deyil. Dünya üzrə partnyoru və ya ailə üzvü tərəfindən il ərzində təxminən 50 min qadın öldürülür və çox təəssüf ki, bu tendensiya artan dinamika üzrə davam edir:

"Ailədaxili münasibətlərdə, gənclər siyasətində, aidiyyətli dövlət strukturlarının, bütövlükdə isə cəmiyyətin bu məsələni təxirəsalınmaz sosial problem kimi hərtərəfli diqqət mərkəzində saxlaması ilə müəyyən dönüş əldə etmək mümkündür. Ölkəmizin bu statistik mənzərədə ön sırada olmasının aradan qaldırılması üçün cəmiyyət olaraq ictimai rəyi səfərbər etməliyik. Və media olduqca böyük statusa malikdir".

Sosioloq Sahib Altay isə düşünür ki, bu gün hüquq qadın qətllərinin qarşısının alınmasını yox, mövcud cinayəti dəyərləndirir:

"İnsanın həm bioloji, həm də sosial tərəfi təbiidir. Bu gün dünyada böyük maarifləndirmə işləri aparılır bununla bağlı. Maarifçilik proqramları həyata keçirilir. Ancaq hələ də bunun qarşısını ala bilməmişik. Çox adam hüququ misal gətirir, ancaq hüquq baş verən cinayətlərin qarşısını almağa qadir deyil, hüquq mövcud cinayəti dəyərləndirir.

Bir çox dünya ölkələrində məişət zorakılığı törədən şəxslərə məhkəmə yolu ilə uzaqlaşdırma cəzası tətbiq edilir. Bu təcrübəyə əsasən, zorakılıq edən şəxs qarşı tərəfin olduğu, yaşadığı əraziyə yaxın gələ bilməz. Hazırda texnologiyanın inkişafı sayəsində bu qadağa daha praktik hal alıb. İndi zorakılıq tətbiq edən şəxsin qoluna olduğu ərazini siqnal formasında polis bölməsinə ötürən cihaz taxılır. Həmin şəxs zorakılığa məruz qalanın yaşadığı ünvana yaxınlaşdığı zaman polis xəbər tutur və müdaxilə edir. Ancaq təəssüf ki, ölkəmizdə bu cür hüquqi təcrübə yoxdur".

Mənbə: APA TV


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1654   Tarix: 25 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı

Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil

09.11.2026 179
.

Kişi xəyanət edən arvadını stula bağlayıb yandırdı

Hindistanda kişi qısqanclıq zəminində həyat yoldaşını stula bağlayaraq yandırıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Caqatpur kəndində qeydə alınıb. Polisin məlumatına görə, Suxbir Sinqh 11 il əvvəl Sonam adlı qadınla ailə qurub. Cütlüyün iki övladı olub. Lakin sonradan qadın başqa kişi il

09.11.2026 194
.

"Ukraynanın coğrafiyası artıq dəyişib"

Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın ərazi görünüşünün dəyişdiyini bildirərək cəbhədəki reallıqların bunu təsdiqlədiyini deyib. "Qafqazinfo" xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna ilə bağlı ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərini

09.11.2026 210
.

"Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi

"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"

09.11.2026 168
.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. xəbər verir ki, qəhvə içdikdən dərhal sonra qısa müddət yatmaq insanın daha tez gümrahlaşmasına kömə

09.11.2026 139
.

Gəncədə "Chevrolet" qəfil alışıb yandı

Gəncədə "Chevrolet" markalı avtomobil yanıb. -ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. Belə ki, vətəndaşa məxsus "Chevrolet" markalı avtomobil anidən alışıb. Nəticədə avtomobilin salonu və mühərrik hissəs

09.11.2026 196
.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

09.11.2026 203
.

Aİ-nin 30 milyardlıq planı alınmadı: 16 ölkə qanunu pozdu

Bir sıra Avropa ölkələri 2025-ci ilin sonunadək süni intellektə nəzarət üzrə qurumlar yaratmağa müvəffəq olmayıb. Nəticədə, müvafiq qanunvericiliyin icrası ilə bağlı problemlər yaranıb. xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Məlumata görə, Avropa İttifaqının (Aİ) 27 üzv dövlətində

09.11.2026 177
.

Şoular, kuboklar və ya qalmaqallar: ulduz futbolçuların milli komandalardakı vida oyunları necə olub?

Ronaldo Jorje Jesuşla mübahisəsindən sonra Portuqaliya milli komandasından getdi. Kriştiano Ronaldo rəsmi olaraq Portuqaliya milli komandasında kryerasını başa vurduğunu elan edib. 41 yaşlı futbolçu milli komandada rekord sayda - 234 oyun keçirib, 146 qol vurub, Avropa çempionatını və iki Millətlər Liqasın

09.11.2026 123
.