"Poz-qazan" bumunun sirri (ARAŞDIRMA)

"Poz-qazan" bumunun sirri (ARAŞDIRMA)Azərbaycanda lotereya oyunlarına maraq yenidən artıb. Vətəndaşlar xüsusilə "poz-qazan" lotereya biletlərinə maraq göstərir.

Hər gün Bakı, Sumqayıt və ölkənin digər iri şəhər və rayonlarında insanların "poz-qazan" oynadığının şahidi oluruq.

Satışda hansı lotereya biletləri var?

"Poz-qazan" bumunun sirri (ARAŞDIRMA)Lotereya oyunlarına kütləvi marağın olmasına rəğmən, bununla bağlı müxtəlif iddialar da səsləndirilir.

Qaynarinfo mövzunun aktuallığını nəzərə alaraq "poz-qazan" lotereyaları ilə bağlı araşdırma aparıb.

"Poz-qazan" lotereyaları "Azərlotereya" ASC-nin məhsuludur. Hazırda satışda olan "poz-qazan" lotereya biletləri aşağıdakılardır:

"40.000.000 Pul Yağışı"
"Brilliant 3"
"5X"
"Şans Ulduzu 4"
"Qızıl 5"

Bu kartların qiyməti uduş fonduna görə dəyişir. "40 000 000 Pul Yağışı" biletinin qiyməti 10, "Brilliant 3" və "5X" biletinin qiyməti 5, "Şans Ulduzu 4" biletinin qiyməti 2, "Qızıl 5" biletinin qiyməti isə 1 manatdır.

Lotereya biletlərinin uduş fondu nə qədərdir?

Vətəndaşları bu lotereya oyunlarının keçirilməsi ilə bağlı bir çox suallar maraqlandırır ki, yazıda həmin suallara cavab tapmağa çalışacağıq.

"Lotereyalar haqqında" Qanunun 3-cü maddəsinə uyğun olaraq, lotereyaların təşkili və keçirilməsi dövlət nəzarəti altında həyata keçirilən fəaliyyət növüdür. Bu sahə müxtəlif illərdə müxtəlif dövlət orqanları tərəfindən tənzimlənib. 1 yanvar 2022-ci il tarixindən etibarən lotereyaların təşkili və keçirilməsinə nəzarəti İqtisadiyyat Nazirliyi həyata keçirir.

"Lotereyalar haqqında" Qanunun 6.5-ci maddəsinə görə tirajlı və ani lotereyaların uduş fondunun həcmi buraxılmış lotereya biletlərinin ümumi məbləğinin 50 faizindən az olmamalıdır. Bəs satışa çıxarılan lotereya kartlarının sayı və uduş fondu nə qədərdir?

"Azərlotereya" ASC-nin rəsmi veb-səhifəsində yerləşdirilmiş məlumatlardan aydın olur ki, satışa buraxılan lotereya biletlərində uduş fondu 50 faizdən artıqdır. Həmin məlumatları təqdim edirik:

"40 000 000 Pul Yağışı" kartı 6 000 000 ədəd buraxılıb. Uduşlu biletlərin sayı 1 642 227 ədəd, uduş fondunun məbləği 40 797 000 manatdır (68 %).

"Brilliant 3" lotereya biletlərinin ümumi sayı isə 10 000 000 ədəddir. Uduşlu biletlərin sayı 2 611 525 ədəd, uduş fondunun məbləği 33 500 000 manatdır (67,0%).

"5X" lotereya biletlərinin biletlərinin ümumi sayı 10 000 000 ədəddir. Uduşlu biletlərin sayı 2 602 704 ədəd, uduş fondunun məbləği – 33 500 000 manatdır (67,0%).

"Şans Ulduzu 4" lotereya biletləri 26 000 000 ədəd buraxılıb. Uduşlu biletlərin sayı 6 450 520 ədəd, uduş fondunun məbləği 32 322 400 manatdır (66,0%).

"Qızıl 5" lotereya biletlərinin ümumi sayı 60 480 000 ədəddir. Uduşlu biletlərin sayı 13 674 988 ədəd, uduş fondunun məbləği 38 244 160 manatdır (63,23%).

Bu məlumatlar lotereya biletlərinin arxa hissəsində də əks olunub. Yəni, hər bir oyunçu lotereya biletlərinin ümumi sayı, uduşlu biletlərin sayı və uduş fondu barədə məlumatlarla yerində tanış ola bilər.

Lotereya oyunlarına nəzarətin vacib formalarından biri hesabatlardır. "Azərlotereya" ASC -dən bununla bağlı sorğumuza cavab olaraq bildirilib ki, "Lotereyaların təşkili və keçirilməsi Qaydası"na uyğun olaraq, İqtisadiyyat Nazirliyinə keçirilmiş ani lotereyaya dair üç növ hesabat təqdim edilir. Nazirlik isə qanunauyğun olaraq bu oyunların tənzimlənməsini sakini isə məlumatları təhlil edərək lotereyaların qanuna uyğun keçirilməsinə nəzarət edir.

Hüquqşünas rəyi

"Poz-qazan" bumunun sirri (ARAŞDIRMA)Hüquqşünas Rəşad Əliyev deyir ki, lotereya oyunlarının keçirilməsi qanunsuz deyil: "Lotereya - lotereya təşkilatçısı tərəfindən lotereya biletlərinin yayılması, lotereya iştirakçıları arasında uduş fondunun (virtual lotereya istisna olmaqla) oynanılması və uduşlu lotereya biletlərinin sahiblərinə uduşların verilməsi (ödənilməsi) yolu ilə keçirilən kütləvi oyundur.

Azərbaycanda lotereyaların təşkili və keçirilməsinin qaydalarını, lotereyaların təşkilatçılarının və iştirakçılarının hüquq və vəzifələrini "Lotereyalar haqqında" qanun müəyyən edir.

Bu qanuna görə, lotereya əhalinin sosial-maddi rifahının yüksəldilməsi və dövlət əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, dövlət büdcəsinə daxilolmaların artırılması, malların (işlərin, xidmətlərin) satışını stimullaşdırmaq məqsədilə keçirilir.

Qanunda lotereya təşkilatçısının vəzifələri və lotereya iştirakçılarının hüquqları nəzərdə tutulub.

Bu Qanunun tələblərinin pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar".

Vətəndaşlar nə deyir?

Vətəndaşlar arasında apardığımız sorğudan məlum olur ki, "poz-qazan" lotereyalarında udanlar çoxdur. Oyunlara marağın artmasının əsas səbəblərindən biri də budur.

Bakı sakini Fərid Hüseynov deyir ki, tanıdığı xeyli sayda şəxsin bu oyunlardan uduşlu çıxmasından sonra "poz-qazan"a marağı artıb. "Müxtəlif məbləğlərdə udan adamlar tanıyıraş Şəxsən tanıdığım bir nəfər isə 25 000 manat udub. Yəni, udanlar var. Ona görə də mən də qərara aldım ki, bəxtimi sınayım", - Bakı sakini deyib.

Sumqayıt sakini Afət Əliyeva isə bildirir ki, o lotereya oyunlarına əyləncə kimi yanaşır: "Açığı mən böyük pullar udmaq haqqında düşünmürəm. Bu mənim üçün sadəcə əyləncədir. Müşahidələrim göstərir ki, bu oyunu oynayanlardan tanıdıqlarımın çoxu da buna əyləncə kimi yanaşır. Şəxsən mən bir neçəsinin tanıyıram. Deyirlər ki, guya udanda pulları vermirlər. Amma mənim tanıdıqlarım udublar gedib pullarını da alıblar".
"Poz-qazan"a marağı olmayan vətəndaşlar da var. Məsələn, Elnur Əliyev deyir ki, lotereya oyunlarına kütləvi maraq olmasına baxmayaraq o, indiyə qədər bircə bilet də almayıb: "Heç 1 manatlığını da almamışam. Bilirsiniz, bu nisyə söhbətdir. Nağd pulumu verim ki, bəlkə uddum, mənə lazım deyil, pulum cibimdə qalsa yaxşıdır".

Firuz Əhmədov adlı vətəndaş isə "poz-qazan" oynamadığını şanssızlığı ilə izah edib: "Bir-iki dəfə sınamışam görmüşəm ki, şanssızam. Ona görə də oynamıram. Bu şans məsələsidir. Kimin bəxtinə düşdü-düşdü. Mənə düşmür".

Yeri gəlmişkən, rəyini soruşduğumuz vətəndaşlar iri məbləğli uduşlar barədə məlumatlı deyillər. Yəni, onlar kiminsə 100 000, yaxud 200 000 manat udmasının şahidi olmadıqlarını deyiblər.

"Poz-qazan" bumunun sirri (ARAŞDIRMA)İri məbləğ qazananların adı niyə açıqlanmır?

"Azərlotereya" ASC-nin sosial media səhifələrində uduşlar barədə mütəmadi məlumat verilir. Lakin bu məlumatlar ümumi xarakter daşıyır. Yəni, udan şəxsin kimliyi barədə heç bir məlumat verilmir.

"Azərlotereya"ASC iri məbləğ qazanan vətəndaşlarının adlarının açıqlanmamasını belə izah edir: "Vətəndaşlar özləri adlarının açıqlanmasını istəmirlər. Əgər vətəndaş bunu istəmirsə, biz onun kimlyini açıqlaya bilmərik.

Qanun da buna imkan verimir. "Lotereyalar haqqında" qanunun 8-1.2-ci maddəsinə uyğun olaraq, lotereyada udan şəxsin yazılı razılığı olmadan onun adı açıqlana bilməz. Biz həm qanuna uyğun fəaliyyət göstərir, həm də qaliblərin istəyinə hörmətlə yanaşırıq, buna görə də, özlərinin razılığı olmadan qaliblərin adı açıqlanmır".

Amma adlarının açıqlanmasını istəyən vətəndaşlar da var. Məsələn, bu günlərdə Ağcabədi rayon sakini Cahandar Süleymanov 200 000 manat udub və adının açıqlanmasına etiraz etməyib. Bundan sonra Cahandar Süleymanovun fotosu "Azərlotereya" ASC-nin sosial-media hesabında yerləşdirilib.

"Poz-qazan" bumunun sirri (ARAŞDIRMA)Həmçinin ASC-dən bildirilir ki, iri məbləğli uduşlar əsasən "Brilliant 3", "5X" və "40 0000 000 Pul Yağışı" biletlərindədir. "Brilliant 3" və "5X"də ən böyük uduş 100 000, "40 000 000 Pul Yağışı" lotereya biletində isə 200 000 manatdır. ASC bu məbləğlərin dəfələrlə qazanıldığını bildirir.

Bəs böyük uduşlar əsasən hansı şəhər və rayonlarda qazanılıb? ASC-nin sosial media hesablarında böyük uduşların xəritəsi yerləşdirilib. Xəritədən aydın olur ki, böyük uduşlar demək olar ki, ölkənin əksər şəhər və rayonlarını əhatə edir.

"Poz-qazan" bumunun sirri (ARAŞDIRMA)Bəs lotereya oyunlarının dövlətə hər hansı xeyri varmı? Bu barədə növbəti yazımızda bəhs edəcəyik.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 6944   Tarix: 22 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

118 il əvvəl batan Britaniya hərbi gəmisinin qalıqları tapıldı

118 il əvvəl batan Britaniya hərbi gəmisi HMS "Tiger"in qalıqları İngilis kanalında aşkarlanıb. xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Məlumata görə, gəmi 1908-ci ilin aprelində HMS "Berwick" kreyseri ilə toqquşaraq batıb. Toqquşma o qədər güclü olub ki, HM

12:22 163
.

13 il əvvəl klinik ölüm yaşayan aktyor gördüklərini danışdı

13 il əvvəl klinik ölüm keçirən məşhur britaniyalı teatr aktyoru Şiv Qrual ölümə yaxın təcrübəsi barədə danışıb. xəbər verir ki, bu barədə "News18" məlumat yayıb. Məlumata görə, Qrual 2013-cü ilin fevralında ürək tutması keçirib. Həkimlər onu yalnız yeddi dəqiqədən sonra həyata qaytara biliblər

12:17 196
.

Prezident İlham Əliyevin Naxçıvan televiziyasına müsahibəsi: gələcəyə hesablanmış strateji perspektivlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvanda Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvanın gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm siyasi və ictimai əhəmiyyət daşıyır. Müsahibənin Naxçıvanda aparılan genişmiqyaslı quruculu

14:06 151
.

Vakansiya az, rəqabət çox, imtahan isə pullu - Müəllim namizədlərini nə gözləyir?

"Vakansiyaların azlığı və rəqabətin yüksək olması fonunda imtahanın ödənişli edilməsi namizədlər üçün əlavə maddi və mənəvi yük yaradır. Bu qərarın mümkün səbəblərini və yarada biləcəyi nəticələri bir neçə istiqamətdə izah etmək olar". Bunu BİG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoc

15:42 120
.

İlham Əliyev Naxçıvana 258 milyon manat ayırdı - SƏRƏNCAM

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. BİG.AZ bununla bağlı -a istinadən xəbər verir. Sərəncam Naxçıvan Muxtar Respublikasında 2026-2027-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrində

10:29 168
.

4 rayonda yanğına səbəb olanlar məsuliyyətə cəlb olundu

Ötən gün Cəlilabad rayonunun Maşlıq kəndi, Goranboy rayonunun Düzqışlaq kəndi, Oğuz rayonunun Yaqublu kəndi və İsmayıllı rayonunun Qəzli kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a bildirilib ki, araşdırmala

14:54 144
.

Sabah 37 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında avqustun 13-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26 isti, gündü

14:43 147
.

Rusiya Ermənistana bir ay vaxt verib: Paşinyan seçim qarşısında

Rusiya Ermənistanın Baş naziri Nikol Paşinyana Avropa İttifaqı (Aİ) ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim etmək üçün bir ay vaxt verib. xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Rusiyanın tələblərinin yerin

12:00 174
.

Naxçıvanın yeni inkişaf mərhələsi: Prezident İlham Əliyevin müsahibəsində mühüm mesajlar

Naxçıvanın təhlükəsizliyi, iqtisadi inkişafı, enerji potensialı, nəqliyyat imkanları və regionun gələcək perspektivləri dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 11-də Naxçıvan televiziyasına verdiyi müsahibə muxtar respublikanın qarşıdak

11:39 168
.

TOP MP3