Bakıda "Zapı"lardan ibarət maraqlı kolleksiya - FOTOLAR
Avtomobil ustası olan Azər Əhmədov bir neçə ildir ki, "Zapı", "Zaporoji" kimi tanınan "Zaporojets" (ZAZ) markalı avtomobilləri toplamaqla məşğuldur. Hazırda qarajında 50-dən çox bu markadan olan avtomobil var. Onlardan ən köhnəsi isə 1962-ci il istehsalıdır.
Burada ZAZ markasının bütün modellərinə rast gəlmək mümkündür, əksəriyyəti də işlək vəziyyətdədir. Özünün dediyinə görə, indiyə qədər 100-dən çox "Zaporoji" əldə edib. Təmir etdikdən sonra isə onların bir hissəsini satıb.
Kolleksiyada ən bahalı avtomobil 1962-ci il istehsalı olan göy rəngli ZAZ-dır.
Bu avtomobilin hər iki qapısı geriyə doğru açılır. Digər özəlliyi isə odur ki, yanacaq çəni avtomobilin ön hissəsindədir.
Hazırkı qiyməti nə az, nə çox, 20 min manatdan artıqdır.
Azər ustanın bu avtomobillərə həvəsi hələ uşaq ikən yaranıb. İndi də harada baxımsız vəziyyətdə qalan "Zaporoji" görsə, alıb emalatxanasına gətirir.
Kolleksiyaçı bildirir ki, bu avtomobillər iki cür olur, 30-luq və 40-lıq.
"Babamda həm 30-luq, həm də 40-lıq model var idi. Uşaqlıqdan "Zaporoji"yə olan sevgim məni "Zapı" ustası etdi", - deyə Azər qeyd edib.
Azərin sözlərinə görə, retro maşınları bölgələrdən və şəhərin özündən tapır.
"Görürsən maşın çürüyür, sahibi deyir ki, "satım, heyif olmasın". Onun təmiri 3-4 ay vaxt aparır. Çünki, köhnə model olduğundan ehtiyat hissələri tapılmır", - deyə Azər Əhmədov bildirib.
Ustanın fikrincə, bu avtomobillərdən gəzinti üçün istifadə etmək daha məqsədəuyğundur. Çünki, "Zaporoji"lərin bəzi xüsusiyyətləri onunla uzun yol qət etməyə imkan vermir.
Digər avtomobillərdən fərqli olaraq, bunların mühərriki arxa hissədə yerləşir. Bunlar adətən küləklə soyuyur. Su sistemi yoxdur. Avtomobilin mühərrikinin "qızması" riski çoxdur.
Digər bir özəlliyi isə ondan ibarətdir ki, bu avtomobillərlə balıq tutmaq mümkündür. Bunlarda balıq tutmaq üçün yer olur. Salonda yeri var. Bu avtomobil ona görə istehsal edilib ki, ondan zövq alasan.
Azərin ən çox sevdiyi model "ZAZ-966"dır. Həmin avtomobilə dəfələrlə iri məbləğdə pul təklif edilsə də, satmayıb.
Ustanın emalatxanasında ötən əsrin 50-ci illərində istehsal olunan "Moskviç" və digər retro avtomobillər də var. (Sputnik.az)










BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2134 Tarix: 22 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGecələr ürəyimiz niyə zərərli qidalar istəyir?
Şam yeməyindən sonra mətbəxə tərəf addımlamaq bir çox insan üçün adi hallardan biridir. Araşdırmalar göstərir ki, insanların təxminən üçdə biri, 18-24 yaş arası gənclərin isə 80 faizi axşam yeməyindən sonra qəlyanaltı edir. Lakin dietoloq Dr. Kristina Bolyo yatmazdan iki saat əvvəl yemək yeməyin kökəlm
06.11.2026 414 Tozsoran niyə zəif çəkir? - 3 əsas səbəb
Tozsoran əvvəlki kimi tozları yaxşı təmizləmirsə, bu, cihazın sıradan çıxması demək deyil. Əksər hallarda problem çirklənmiş filtrlər, tıxanmış boru və ya dolmuş toz qabı ilə bağlı olur. xəbər verir ki, mütəxəssislərin fikrincə, bir neçə sadə yoxlama ilə problemin səbəbini müəyyənləşdirmək və əlavə xər
01.11.2026 500 Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi
07.11.2026 257 Unitaza buz kubları atmağa başladılar - səbəb
Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə
08.11.2026 214 İtin ölümünün yaxınlaşdığını göstərən 8 əlamət
İtlər ağrılarını və səhhətlərində yaranan problemləri sahiblərinə sözlə ifadə edə bilmirlər. Buna görə də onların davranışlarında baş verən dəyişikliklərə xüsusi diqqət yetirmək lazımdır. Heyvan yaşlandıqda və ya ağır xəstələndikdə iştahasını itirə, daha çox yata, insanlardan uzaqlaşa və ya əksinə, sahibini
01.11.2026 596 Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan quruluşunu uzun müddət qorumağa kömək edir. xəbər verir ki, duzlu xiyarlar bank
08.11.2026 232 Velosipedi yenidən kəşf etmək də olurmuş... - Fotolar
Nigeriyanın Kebbi əyalətində yaşayan 19 yaşlı Bello Məhəmməd müstəqil şəkildə dizayn edib hazırladığı fövqəladə nəqliyyat vasitəsi ilə dünya rekorduna imza atıb. "Qafqazinfo" xəbər verir ki, peşəkar kömək almadan 2.9 metr hündürlüyündə velosiped quraşdıran gənc "Ginnesin Rekordlar Kitabı"n
06.11.2026 365 Payızda yatmazdan əvvəl bunları edin - Səhərə gümrah oyanmağın yolları
Payız aylarında havaların soyuması, günlərin qısalması və temperaturun dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Bu dövrdə yuxu rejiminə diqqət yetirmək, səhərlər yorğun oyanmamaq və sağlamlığı qorumaq üçün yatmazdan əvvəl bəzi sadə qaydalara əməl etmək tövsiyə olunur. xəbər verir ki, yuxudan əvvə
07.11.2026 248 Plastik pəncərələr də evə soyuq buraxır - Bu cür həll edin
Soyuq havalarda pəncərələrin kifayət qədər izolyasiya olunmaması evin sürətlə soyumasına və istilik xərclərinin artmasına səbəb ola bilər. Lakin pəncərələri dəyişdirmədən də evdə istiliyi qorumağın bir neçə sadə və effektiv üsulu var. xarici mediaya istinadla xəbər verir ki, pəncərələr evdəki istili
01.11.2026 488