Prezidentdən Pasxa ilə bağlı təbrik
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib.
BiG.AZ xəbər verir ki, dövlət başçısının təbrikində deyilir:
"Hörmətli həmvətənlər!
Müqəddəs Pasxa bayramı münasibətilə sizi və Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik arzularımı yetirirəm.
Azərbaycan, tarixən olduğu kimi, bu gün də dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, burada yaşayan hər kəs üçün doğma vətəndir. Yüksək birgəyaşayış mədəniyyətinin hökm sürdüyü ölkəmizdə ayrı-ayrı xalqlar və dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq və qardaşlıq münasibətləri formalaşmışdır. Cəmiyyətimizdə etnomədəni rəngarəngliyin, zəngin multikultural dəyərlərin, çoxəsrlik tolerantlıq ənənələrinin qorunub saxlanılması və təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Müxtəlif xalqların mədəni irsinə hərtərəfli diqqət və qayğının təmin edildiyi Azərbaycan nümunəvi dövlət – din münasibətlərinin mövcud olduğu nadir ölkələrdəndir. Belə bir milli-mənəvi həmrəylik şəraitində xristian həmvətənlərimiz öz adət-ənənələrini, dini inanclarını, dil və mədəniyyətini yaşadır, vətəndaşlıq borcunu layiqincə yerinə yetirərək, ictimai-siyasi, sosial-mədəni həyatımızın bütün sahələrində yaxından iştirak edirlər.
Əziz dostlar!
Hər il Azərbaycanda təntənə ilə bayram etdiyiniz Pasxa yeniliyin, dirçəlişin, mərhəmət və şəfqət duyğularının təcəssümüdür. Bu əziz gündə hamınıza bir daha xoş bayram ovqatı, ailələrinizə sevinc və rifah arzulayıram.
Bayramınız mübarək olsun!"
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 928 Tarix: 22 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİranda yeni güc balansı: Radikallar Trampa təzyiqi davam etdirəcək
Radikal qüvvələr İranda təsir imkanlarını artırıb, ABŞ Prezidenti Donald Trampa təzyiq göstərməyi effektiv vasitə hesab edir və bu kursu davam etdirmək niyyətindədirlər. xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Məlumata görə, İranda liderlik səviyyəsində baş verən dəyişikliklə
10:45 137 Çimərliklərdə gözlənilən hava şəraiti AÇIQLANDI
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran
15:10 134 Ermənistan ərazisində enerji dəhlizinin yaradılması TRIPP və bütün bölgə üçün müsbət nəticə verəcək
Bu gün Azərbaycanın yaratdığı tarixi reallıqların məntiqi nəticəsi olaraq ölkəmiz yeni mərhələni yaşayır. Azərbaycanın öz suverenliyinin bərpası, Qarabağın azad olunması, eləcə də Qarabağdan separatizmin təmizlənməsi yeni imkanlar yaratmış oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliy
11:36 202 İlham Əliyev Naxçıvana 258 milyon manat ayırdı - SƏRƏNCAM
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. BİG.AZ bununla bağlı -a istinadən xəbər verir. Sərəncam Naxçıvan Muxtar Respublikasında 2026-2027-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrində
10:29 168 Sabah 37 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında avqustun 13-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26 isti, gündü
14:43 147 Uşağı neçə yaşında evdə tək qoymaq olar? - Psixoloqların məsləhətləri
Gec-tez bir çox valideyn uşağı hansı yaşdan etibarən evdə təhlükəsiz şəkildə tək qoymağın mümkün olduğu barədə düşünür. Psixoloqlar bildirirlər ki, bu məsələdə əsas meyar uşağın yaşı deyil, onun xarakterinin xüsusiyyətləri və yetkinliyidir. Qaynarinfo nlc.hu saytına istinadən xəbər verir ki, nəşrin yazdığın
11.08.2026 397 Moskvada biznes tələsi - Elşad Mirbəşirli və vəkil aldadıldı
Milli Məclisin bundan əvvəlki çağırış deputatı Elşad Mirbəşirli Rusiyada iş qurmaq istəyərkən işə düşüb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, siyasətçi Moskvada məşhur "Food city" bazarında buzlu kola satışı biznesi qurmaq istəyərkən aldadılıb. Hazırda şikayətçi olduğu şəx
16:29 122 Bu məscid və ziyarətgahlara işçi axtarılır
İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib. "Qafqazinfo" Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, vakansiyalar imam, imam köməkçisi və dini ayinlərin icraçısı - müəzzin vəzifələri üzrədir. İmam vəzifəs
12:51 190 Yeni nəqliyyat dəhlizlərinin, xüsusilə Zəngəzur dəhlizinin yaradılması məsələsi mühüm əhəmiyyət kəsb edir
Avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfərə gələn Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib. Müsahibəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvanda son illərdəki uğurları qeyd edərək iqtisadi, sosial sahələrdə görülən işlərə, bölgənin gələcə
11:33 143