Azərbaycanın ən məşhur qayınanasının doğum günüdür
Bu gün Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Mükafatı laureatı, görkəmli yumor ustası Nəsibə Zeynalovanın anadan olmasından 106 il ötür.
Oxu.Az xəbər verir ki, Azərbaycan teatrsevərləri arasında "qayınana" kimi sevilən, Musiqili Komediya Teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan Nəsibə xanım 20 aprel 1916-cı ildə Bakıda doğulub.
Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrət qazanıb. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb.
Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci ildə yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb.
Aleksandr Tuqanov, Məhərrəm Haşımov, Ağasadıq Gəraybəylidən dərs alan tələbə Nəsibə Zeynalova texnikumda oxuyarkən Katarina ("Şıltaq qızın yumşalması", Uilyam Şekspir), Elvira ("Don Juan", Jan Batist Molyer), Yelizaveta ("Mariya Stüart", Fridrix Şiller) rollarını oynayıb.
Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağının müəyyən fasilələrlə truppa, Filarmoniyanın nəzdində dəstə-ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən ayrılmayıb. Aktrisa milli klassik operettalarımızın tamaşalarında Gülpəri, Cahan xala, Sənəm ("Ər və arvad", "Arşın mal alan" və "Məşədi İbad", Üzeyir bəy Hacıbəyov), Mələk xanım və Kələk xanım ("Əlli yaşında cavan", Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.
Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova, həmçinin "Azərbaycanfilm"in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə ("Ögey ana"), Telli ("Böyük dayaq"), Züleyxa ("Ulduz"), Cənnət xala ("Qayınana"), Gülsüm ("Molla Fətəlinin sərgüzəşti"), Əsli xala ("Bəyin oğurlanması") rolları daha şöhrətlidir.
Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1967-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. "Hicran" musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatıdır.
Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1255 Tarix: 20 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident İlham Əliyevin Naxçıvan televiziyasına müsahibəsi: inkişaf, təhlükəsizlik və gələcəyə baxış
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 11-də Naxçıvan televiziyasına verdiyi müsahibə Naxçıvanın bu günü və gələcək inkişaf perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır. Müsahibədə Naxçıvanın təhlükəsizliyi, sosial-iqtisadi inkişafı, enerji təminatı, nəqliyyat infrastrukturu
11:40 185 Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Fotolar
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının verilməsinə həsr olunmuş mərasimdə iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bu barəd
11.08.2026 299 II qrupda bu universitetlər təhsil haqlarını artırdı (TAM SİYAHI)
2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin II ixtisas qrupu üzrə qəbul planına əsasən, illik təhsil haqqı məbləğlərində dəyişikliklər müşahidə olunur. Bir sıra universitetlər ötən illə müqayisədə ödənişləri artırıb, bəzi ali məktəblərdə isə məbləğlər əvvəlki səviyyədə saxlanılıb. saytı Dövlə
10:22 210 Putin NATO ilə bağlı xəbərdarlıq etdi: "Təhdidlər artır"
NATO Asiya-Sakit Okean regionunda (ASR) iştirakını tədricən genişləndirir. Burada yeni silahların yerləşdirilməsi ilə bağlı planlar Rusiyanın təhlükəsizliyi üçün əlavə təhdidlər yaradır. xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin RİA Novosti-yə açıqlamasında bildirib. Rusiya lideri həmçini
11:49 162 ABŞ-da inflyasiya 3,4 faizə çata bilər
ABŞ-da inflyasiyanın iyul ayının sonuna 3,4 faizə çatacağı gözlənilir. xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb. Qəzet qeyd edib ki, ötən ilin əvvəlindən ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi tariflər idxal olunan malların qiymətlərinin artmasına səbəb olub. Nəticəd
11:12 152 Ermənistanın KTMT ilə bağlı mövqeyi: "Vəziyyəti izləyəcəyik"
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququnu itirmək ehtimalını nəzərə alacaq. xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"ın Telegram kanalına açıqlamasında Ermənistan parlamentinin deputatı Sarkis Xandanyan bildirib. "Vəziyyəti izləyəcəyik v
11:34 142 Bloqer canlı yayımda öldü
Koreyada K-pop icmasının tanınmış simalarından biri Mina Çan 26 yaşında vəfat edib. Hadisə sosial şəbəkədə canlı yayım zamanı baş verib. Yayımı izləyən çoxsaylı istifadəçi qız üçün təcili tibbi yardım çağırıb. xarici mediaya istinadla bildirir ki, Çanın meyiti səhər saat 05:33-də yaşadığı mənzildə aşkarlanıb
18:30 3 Naxçıvan üçün yeni iqtisadi mərhələ: Dövlət investisiyasından özəl kapitala
"Cənab Prezidentin Naxçıvana səfərini yalnız yeni sosial və infrastruktur layihələrinin təqdimatı kimi qiymətləndirmək düzgün olmaz. Səfərin iqtisadi baxımdan əsas mesajı Naxçıvanın istehsal, investisiya, logistika və ixrac mərkəzinə çevrilməsi istiqamətində yeni mərhələnin başlanmasıdır"
14:55 141 Elektrikli maşın sahiblərinin DİQQƏTİNƏ: Evdə şarj edənlər daha çox elektrik pulu ödəyə bilər
Elektromobillərin mühərrikləri yüksək səmərəliliyi ilə seçilsə də, avtomobilin enerji ilə doldurulması zamanı müəyyən elektrik itkisi yaranır. Araşdırmaya görə, bəzi modellərdə ev şəraitində enerji doldurma zamanı bu göstərici 25 faizə yaxınlaşa bilər. xarici KİV-ə istinadən xəbər verir ki, ekspertlə
18:15 1