Günay Maqsudova ilə nitqimizdəki qüsurları aradan qaldıraq

Günay Maqsudova ilə nitqimizdəki qüsurları aradan qaldıraq"Söz vardır kəsdirər başı, söz vardır kəsər savaşı" demişdir Şah İsmayıl Xətai. Əsrlər əvvəl deyilmiş bu söz hələ də öz aktuallığını qoruyur. Danışıq tərzimiz, danışarkən seçdiyimiz sözlər, işlətdiyimiz ifadələr bizi olduğumuz yerdə qürurlandıra da bilər, utandıra da. Lakin bu problemin də günümüzdə çarəsi mövcuddur. Hər sahədə olduğu kimi bununla da məşğul olan mütəxəssislər var ki, onların köməyi ilə nitqinizdəki qüsurları aradan qaldıra bilərsiniz. Filologiya üzrə fəlsəfə doktoru Günay Maqsudova isə sizə bildiyiniz bütün köhnə üsulları, bütün mütəxəssisləri unutduracaq. Thetahealing üzrə təlim alaraq 3 mərhələni də uğurla tamamlamış Günay xanım nitqinizi mükəmməlləşdirmək üçün thetahealing sahəsinin metodlarından istifadə edərək birbaşa şüuraltıya təsir edir və sizin böyük problem hesab etdiyiniz həmin kiçik qüsurları aradan qaldırır. Müəllim olaraq "Azərbaycan dilində işgüzar və akademik kommunikasiya" fənnini tədris edən Günay xanım həmçinin thetahealing mərkəzində danışıq və səsin düzgün qoyulması, ifadə edilməsi mövzusunda seanslar, praktikalar keçir. Nitq sahəsindəki bir çox mütəxəssisin fəaliyyəti elmi araşdırmalardan ibarətdir. Günay xanım isə nitqlə bağlı bütün məsələləri birbaşa psixologiya ilə əlaqələndirərək insanlara avtomatlaşdırılmış nitqdən uzaq səmimi lakin bir o qədər də düzgün nitq formalaşdırmaqda yardımçı olur, bunu isə, əlbəttə ki, thetahealing sahəsinin köməyi ilə edir. Günay xanım nitq mövzusuna xüsusi həssaslıqla yanaşaraq geniş araşdırmalar edir və bunların nəhayətində çıxardığı nəticələrlə yola çıxaraq hərəkət edir. Onu narahat edən başlıca problemlərdən biri də insanların dinləmə bacarıqlarının olmaması və ya zəif olmasıdır. Danışmaq qədər dinləmək də önəmlidir. Bu iki bacarıq insanda formalaşdıqda ortaya çıxan nitq düzgün nitq olur. Günay xanımın da dediyi kimi əsl natiq o şəxsdir ki, dinləyicilərinə qarşı xoşniyyətli olsun və nə danışdığından daha çox necə danışdığına, məlumatı dinləyicilərinə hansı yolla çatdıracağına önəm versin. Əgər siz də öz nitqinizdən utanır və düzəltməli olduğunuz qüsurlarınızın olduğunu düşünürsünüzsə, Günay Maqsudovaya müraciət edin, heç yerdə olmayan müasir metodların faydasını görün, thetahealing sahəsinin və nitq mədəniyyəti elminin vəhdətində istədiyiniz qüsursuz nitqə sahib olun.

Günay Maqsudova ilə nitqimizdəki qüsurları aradan qaldıraqGünay Maqsudova ilə nitqimizdəki qüsurları aradan qaldıraq


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1785   Tarix: 18 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"

ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı

09.11.2026 203
.

Səslərini itirib səhnədən uzaqlaşan azərbaycanlı sənətçilər - Onların acı taleyi

Səsləri ilə milyonların qəlbini fəth edən, ifaları ilə Azərbaycan musiqi tarixində silinməz iz qoyan bəzi sənətçilərin yaradıcılıq yolu gözlənilmədən yarımçıq qalıb. Kimisi ağır xəstəlik, kimisi səs tellərində yaranan problemlər, kimisi isə həyatında üzləşdiyi çətinliklər səbəbindən əvvəlki kimi oxuma

09.11.2026 144
.

İnsandan böyük skumbriya tutuldu - Nadir HADİSƏ

Çinin Şandun əyalətində balıqçılar uzunluğu 2,46 metr, çəkisi isə 134 kiloqram olan nəhəng skumbriya balığı tutublar. xəbər verir ki, bu barədə "Global Times" nəşri məlumat yayıb. Təcrübəli balıqçıların sözlərinə görə, bu ölçüdə skumbriyaya rast gəlmək olduqca nadir hadisədir. Balıqçı Van Veytszyu

09.11.2026 181
.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

09.11.2026 203
.

Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb

Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərinə güclü qar yağıb. APA-nın Şimal bürosunun məlumatına görə, qar örtüyünün hündürlüyü Quba rayonunun Qrız kəndində 27 santimetr, Xınalıq kəndində 25 santimetr, Qusar rayonunun Laza kəndində isə 20 santimetrə çatıb. Qeyd edək ki, güclü qar yağması səbəbində

09.11.2026 217
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını

09.11.2026 243
.

Almaniya prezidenti postunda qadın görmək istəyir

Almaniya kansleri Fridrix Merts ölkənin ilk qadın prezidenti postuna İlze Aygnerin namizədliyini dəstəkləyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, Merts partiyadaxili görüş zamanı İ.Aygnerə dəstəyini ifadə edib

09.11.2026 195
.

Azərbaycanda məktəb direktoru vəfat etdi

Yardımlıda vəzifəli şəxs vəfat edib. xəbər verir ki, rayonun Bilnə kənd natamam orta məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov dünyasını dəyişib. Bakı Dövlət Universitetinin məzunu olan Ə.Əsgərov uzun illər həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. Son illərdə isə təhsi

09.11.2026 243
.

Lavrov: Əbu-Dabi danışıqlarının əsas mövzusu regionun təhlükəsizliyi olacaq

Əbu-Dabidə keçiriləcək danışıqların əsas mövzusu Rusiya, Ukrayna və bütövlükdə regionun təhlükəsizliyi olacaq. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Əbu-Dabidə keçiriləcək danışıqların gündəliyinin ilk mövzusu Rusiya, Ukrayn

09.11.2026 203
.