İftar süfrəsi üçün dadlı reseptlər
Bu gün Ramazan ayının on yeddinci günüdür.
Axşam.az iftar süfrəsi üçün menyu təqdim edir:
"Hanım ağa" şorbası
Ərzaqlar:
1 ədəd soğan
3-4 diş sarımsaq
4-5 yemek qaşığı zeytun yağı
1 stəkan bişmiş yaşıl mərci
2 stəkan bişmiş noxud
1 armudu stəkan tük kimi makaron
1 armudu stəkan ərişdə
1 stəkan ət suyu
1 yemək qaşığı tomat pastası
Duz, qara istiot, nanə qurusu,
1,5 litr su
Hazırlanması:
Soğanı xırda doğrayıb, zeytun yağında qovurun. Daha sonra tomat pastasını əlavə edib qarışdırın. Duz, istiot vurub, üzərinə su və ət suyunu töküb, noxudla əriştəni əlavə edib qaynamağa qoyun. Ərişdə bişəndə makaronu və mərcini əlavə edin. 10 dəqiqə bişirib, üzərinə nanə qurusu səpin.
Püreli küftə
Ərzaqlar:
6-7 ədəd suda bişmiş kartof
1 yemək qaşığı kərə yağı
1 armudu stəkanda süd
1 çay qaşığı duz
1 çay qaşığı qara bibər
Küftə üçün:
400 qr. qıyma
1 ədət yumurta
Yarım armudu stəkan suxarı unu
1 ədəd soğan
Duz, qara bibər
Sous üçün:
2 ədəd sürtkəcdən keçirilən pomidor
1 yemək qaşığı tomat pastası
1 armudu stəkan su
Duz
Üzəri üçün:
Holand pendiri rəndəsi, cəfəri
Hazırlanması:
Bir qaba kartofu, duz, istiot və kərə yağını töküb, əzin və qarışdırın. Püreni sobaya qoyacağınız qaba töküb yayın. Qiymə, rəndələnmiş soğan, yumurta, suxarı unu, duz, istiotu bir yerdə qarışdırın. Balaca küftələr düzəldib, azca yağda qızardın. Pürenin üstünə küftələri yığın. Küftəni qızartdığınız yağa tomat pastası, rəndələnmiş pomidor, su, duz atıb 2 dəqiqə qaynadın. Onu da küftələrin üstünə töküb, holand pendirini səpib sobaya qoyun. 190 dərəcədə üzəri qızarana qədər bişirin. Sonda doğranmış cəfəri səpin.
Meyvəli piroq
Ərzaq:
Xəmir üçün:
Süd - 1 stəkan
Yumurta - 2 ədəd
Duru yağ - 50 ml.
Kərə yağı - 50 qr.
Şəkər tozu - 1 stəkan
Maya - 40 qr.
Un - 4-5 stəkan
İç üçün:
Meyvə qurusu - 100 qr.
Şəkər tozu - ¼ stəkan
Vanil - 1 paket
Şəkərli meyvə qabığı - 30 qr.
Darçın - 1 ç/q.
Qlazur:
Şəkər tozu - 2 x/q.
Portağal şirəsi - 2 x/q.
Hazırlanması:
Süd, yumurta, şəkər tozu və unu qatıb, mayalı xəmir hazırlayın. Xəmiri gəlməyə qoyun. Quru üzümü və meyvələri xırda doğrayın. Xəmirdən bir az götürüb, 0,5 sm. qalınlığında yayın. Üstünə kərə yağı çəkib, meyvə qurularını, şəkər tozunu, vanili və darçını töküb, rulet formasında bükün. Sonra ruletin hər iki tərəfini birləşdirib, oval formaya salın. Üstünə yumurta çəkib, ruletin kənarlarını bıçaqla çərtin. 20 dəqiqə isti yerdə saxladıqdan sonra bişirin. Portağal şirəsinə şəkər tozu əlavə edib, vam odda bişirin, rulet hazır olduqdan sonra alınan qlazuru üstünə tökün.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1897 Tarix: 18 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş14-cü mərtəbədən yıxılan kişi sağ qaldı
Rusiyanın paytaxtı Moskvada yaşayış binasının 14-cü mərtəbəsindən yıxılan kişi möcüzə nəticəsində sağ qalıb. yerli mediaya istinadla xəbər verir ki, hadisə bu gün səhər saat 8 radələrində Marşal Rokossovski bulvarında baş verib. Məlumata görə, kişi binanın 14-cü mərtəbəsindən yıxılaraq avtomobilin damın
01.11.2026 490 Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
08.11.2026 220 Xidmetler.az - Bütün Xidmətlər bir saytda
XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın
07.11.2026 446 111 mindən çox hörümçəyin yaşadığı nəhəng tor aşkarlandı
Yunanıstan və Albaniya sərhədində yerləşən kükürdlü mağarada 106 kvadratmetr sahəni əhatə edən nəhəng hörümçək toru aşkar edilib. xəbər verir ki, araşdırmaya görə, burada iki fərqli növə aid 11 mindən çox hörümçək yaşayır. Bu növlər adətən tək yaşasalar da, mağarada birlikdə böyük koloniya yaradıblar
08.11.2026 232 Gündüz yuxunuz gəlirsə - Bu xəbəri mütləq oxuyun!
ABŞ-də aparılan yeni elmi araşdırma 65 yaş və yuxarı şəxslərdə tez-tez, qeyri-iradi və qısamüddətli gündüz yuxularının demans və yaddaş problemləri riski ilə əlaqəli olduğunu üzə çıxarıb. "Qafqazinfo" xəbər verir ki, "The Journals of Gerontology: Series A" jurnalında dərc olunan tədqiqa
05.11.2026 484 Kişilər və qadınlar üçün ən təhlükəli yaş dövrləri
Alimlər kişilərin və qadınların hansı yaş dövrlərində ciddi xəstəliklərə daha çox həssas ola biləcəyini araşdırıblar. Bildirilir ki, ürək-damar xəstəliklərinin yaranma riski yaşla birlikdə artır və bu proses kişilərlə qadınlarda fərqli xüsusiyyətlər göstərə bilər. xarici mediaya istinadla xəbər veri
01.11.2026 748 Ofis mebeli seçərkən nələrə diqqət yetirilməlidir ?
Müasir dövrdə ən çox tələb olunan mebellər sırasında ofis mebelləri də var. Ofis mebelləri dedikdə bura müxtəlif mebellər daxildir. ofis kreslosu, ofis divanı, ofis masaları, qeydiyyat şöbəsi üçün masa, müdir kresloları, salon kreslosu, kompüter masası, sənəd dolabı və ofis stol-stulu aiddir. Ofis mebellər
05.11.2026 625 Evdə eşitdiyiniz bu 5 səs təhlükə xəbərdarlığı ola bilər
Evdə eşidilən bəzi qeyri-adi səslər ciddi texniki nasazlıqların xəbərçisi ola bilər. Su borularından gələn döyüntü, elektrik rozetkalarından eşidilən xışıltı və ya kondisionerin qeyri-adi səs çıxarması bəzən yanğın, su basması və bahalı təmir işləri ilə nəticələnə biləcək problemlərə işarə edir. xaric
01.11.2026 706 Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi
07.11.2026 257