DİN-dən vətəndaşlara tibbi maska ilə bağlı ÇAĞIRIŞ
Son günlər bəzi sosial şəbəkə istifadəçiləri artıq iki ildən çox davam edən pandemiya ilə mübarizə tədbirləri çərçivəsində polis əməkdaşlarının tibbi maskadan istifadə etməyən şəxslər barəsində inzibati protokollar tərtib etmələrinin əsassız olmasını müzakirə edir, postlar paylaşırlar.
Bununla əlaqədar Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov ictimaiyyət və media nümayəndələrindən daxil olan suallara cavab verib:
"Bir daha vurğulamaq istərdim ki, bütün dünyada olduğu kimi Azərbaycanda da koronavirus pandemiyası hələ də aktivdir və ona görə də bu qorxunc xəstəliklə mübarizə bu gün də davam edir. O da danılmaz faktdır ki, hazırda COVID-19 virusuna yoluxanların və bu virusdan vəfat edənlərin sayında müşahidə olunan kəskin azalma elə məhz həkimlərin və polis əməkdaşlarının fasiləsiz, əzmkar fəaliyyətlərinin nəticəsində olub.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah bu sahədəki vəziyyətlə bağlı mütəmadi məlumatlar yayır və aradan qaldırılan, eləcə də qüvvədə olan qadağaları elan edir. Qərara əsasən, vətəndaşların qapalı məkanlarda, ictimai nəqliyyatda tibbi maskalardan istifadə etmələri hələ ki, mütləqdir. Operativ Qərargahın qəbul etdiyi bu qərarların icrası, nəzarəti isə polis əməkdaşları tərəfindən təmin edilir. Polis əməkdaşları tərəfindən Operativ Qərargahın pandemiya ilə bağlı qəbul etdiyi qərarların icrası həmişə olduğu kimi bundan sonra da davam ediləcək.
İki ildən artıq müddətdə nəzarət və profilaktik tədbirləri həyata keçirən polis əməkdaşları heç vaxt əhalinin cərimələnməsində maraqlı olmayıb və hazırda da maraqlı deyillər. Onlar daha çox xəbərdarlıqlara və profilaktikaya üstünlük verirlər. Danılmaz həqiqətdir ki, gün ərzində maskadan istifadə etməyən yüzlərlə insanın çox az qisminə qarşı protokol tərtib edilirsə, qalan böyük əksəriyyətinə şifahi xəbərdarlıq edilir.
Ona görə də ictimai asayişin, təhlükəsizliyin təmini ilə paralel insanların sağlamlıqlarının qeydinə qalan, onları koronavirus kimi bir bəladan qoruyan polis əməkdaşlarının qınanılmasını ən azından qeyri obyektiv bir yanaşma tərzi hesab edirəm. Mən bir daha vətəndaşlarımızı Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə bağlı qəbul etdiyi qərarları anlayışla qarşılamağa, onlara riayət etməyə dəvət edirəm.
O qərarlardan irəli gələn tələb və qadağalar bizim hər birimizin sağlamlığı naminə qəbul edilib. Öz sağlamlıqlarını riskə qoyaraq vətəndaşlarımızı bu qorxunc xəstəlikdən qoruyan polis əməkdaşlarını əsassız olaraq qınamaqdansa, gəlin qaydalara hamılıqla riayət edək.
Yeri gəlmişkən COVID-19 ilə əlaqədar tətbiq edilən bütün qayda və qadağaları anlayışla qarşılayıb onlara riayət edən hər bir vətəndaşımıza təşəkkürümüzü bildiririk".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1289 Tarix: 18 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı
09.11.2026 203 Səslərini itirib səhnədən uzaqlaşan azərbaycanlı sənətçilər - Onların acı taleyi
Səsləri ilə milyonların qəlbini fəth edən, ifaları ilə Azərbaycan musiqi tarixində silinməz iz qoyan bəzi sənətçilərin yaradıcılıq yolu gözlənilmədən yarımçıq qalıb. Kimisi ağır xəstəlik, kimisi səs tellərində yaranan problemlər, kimisi isə həyatında üzləşdiyi çətinliklər səbəbindən əvvəlki kimi oxuma
09.11.2026 144 İnsandan böyük skumbriya tutuldu - Nadir HADİSƏ
Çinin Şandun əyalətində balıqçılar uzunluğu 2,46 metr, çəkisi isə 134 kiloqram olan nəhəng skumbriya balığı tutublar. xəbər verir ki, bu barədə "Global Times" nəşri məlumat yayıb. Təcrübəli balıqçıların sözlərinə görə, bu ölçüdə skumbriyaya rast gəlmək olduqca nadir hadisədir. Balıqçı Van Veytszyu
09.11.2026 181 Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq
"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri
09.11.2026 203 Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb
Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərinə güclü qar yağıb. APA-nın Şimal bürosunun məlumatına görə, qar örtüyünün hündürlüyü Quba rayonunun Qrız kəndində 27 santimetr, Xınalıq kəndində 25 santimetr, Qusar rayonunun Laza kəndində isə 20 santimetrə çatıb. Qeyd edək ki, güclü qar yağması səbəbində
09.11.2026 217 "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu
"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını
09.11.2026 243 Almaniya prezidenti postunda qadın görmək istəyir
Almaniya kansleri Fridrix Merts ölkənin ilk qadın prezidenti postuna İlze Aygnerin namizədliyini dəstəkləyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, Merts partiyadaxili görüş zamanı İ.Aygnerə dəstəyini ifadə edib
09.11.2026 195 Azərbaycanda məktəb direktoru vəfat etdi
Yardımlıda vəzifəli şəxs vəfat edib. xəbər verir ki, rayonun Bilnə kənd natamam orta məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov dünyasını dəyişib. Bakı Dövlət Universitetinin məzunu olan Ə.Əsgərov uzun illər həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. Son illərdə isə təhsi
09.11.2026 243 Lavrov: Əbu-Dabi danışıqlarının əsas mövzusu regionun təhlükəsizliyi olacaq
Əbu-Dabidə keçiriləcək danışıqların əsas mövzusu Rusiya, Ukrayna və bütövlükdə regionun təhlükəsizliyi olacaq. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Əbu-Dabidə keçiriləcək danışıqların gündəliyinin ilk mövzusu Rusiya, Ukrayn
09.11.2026 203