Arvadını və özünü öldürən şəxsin mesajı: "Bu işin axırına çıxdım"

Arvadını və özünü öldürən şəxsin mesajı: "Bu işin axırına çıxdım"Zaqatalada 37 yaşlı kişinin arvadını və özünü öldürmə hadisəsinin təfərrüatı üzə çıxıb.

BiG.AZ Qafqazinfo-ya istinadla xəbər verir ki, Yuxarı Çardaxlar kəndində həyat yoldaşı, 37 yaşlı Xavər Həsənovanın boğazını kəsərək öldürən, daha sonra intihar edən Qılman Həsənov hadisədən əvvəl xalası oğluna mesaj yazıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, hadisə qısqanclıq zəminində baş verib. 1 həftə əvvəl Dağıstanın Mahaçqala şəhərindən Zaqatalaya qayıdan Qılman həyat yoldaşını qətlə yetirmək qərarına gəlib. O, övladlarını atasıgilə göndərdikdən sonra – aprelin 17-nə keçən gecə həyat yoldaşı ilə evdə tək qalıb və əvvəlcədən planlaşdırdığı kimi X.Həsənovanı qətlə yetirib. Q. Həsənov Xavəri öldürdükdən sonra Mahaçqalada olan və birlikdə işlədiyi xalası oğluna mesaj yazıb.

"Hər şeyi sübut elədim, bu işin axırına çıxdım" formasında mesaj göndərən şəxs daha sonra "Övladlarımı, onların gələcəyini qardaşıma həvalə edirəm" kimi cümlələr yazıb. Bundan sonra Qılmanla əlaqə saxlamaq mümkün olmayıb.

Mahaçqalada olan Qılmanın qardaşı və xalası oğlu onun mesajlara və zənglərə cavab vermədiyini görərək narahatlıq keçiriblər və qohumlarına bildiriblər. Dünən səhər tezdən yaxınları Qılmanın evinə gəliblər, lakin qapı-pəncərələrin bağlı olduğunu görüb hadisə yerinə polisi dəvət ediblər. Bundan sonra qapıların açılması ilə Qılmanla Xavərin evdə qalmış meyitlərini aşkar ediblər.

O da məlum olub ki, Qılmanla Xavər orta məktəbdə bir sinifdə oxuyublar və sevərək ailə qurublar. Xavər Həsənova kənd məktəbində müəllim kimi çalışıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1498   Tarix: 18 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Trampın Çin səfəri: ABŞ-Çin rəqabəti yeni mərhələdə

ABŞ Prezidenti Donald Trampın Çinə səfəri Vaşinqton-Pekin münasibətlərində mühüm hadisə kimi qiymətləndirilir. 15 maya qədər davam edəcək səfərin əsas məqsədi ticarət, iqtisadi əməkdaşlıq və qlobal məsələlər, xüsusilə İranla bağlı mümkün gərginlik ətrafında mövqeləri uzlaşdırmaqdır. Səfərin ilk gününd

14.05.2026 204
.

Robert Köçəryan həbsxanada oturmalıdır - Nikol Paşinyan

"1 mart" işi açılıb, 100 faiz açılıb, bütün detalları ilə açılıb, başqa məsələdir ki, bizim hüquq-mühafizə sistemimiz Robert Koçaryanı hüquqi məsuliyyətə cəlb etməlidir. Bir sözlə, Robert Koçaryan (indi "Ermənistan" blokunun deputatlığa namizədlərinin proporsional siyahısına başçılı

14.05.2026 260
.

Ceki Çan Azərbaycana gəlir? - Foto

Dünyaca məşhur aktyor Ceki Çan Azərbaycana gələ bilər. Axşam.az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb. Bildirilib ki, aktyorun iştirakı ilə "Tanrının yaraqları 4: Ultimatum" filminin çəkilişlərinin bir hissəsi Azərbaycanda baş tutacaq. Ekran işinin rejissoru Rober

14.05.2026 407
.

İntizamı necə inkişaf etdirmək olar? - Uğur qazanmaq üçün əsas vərdişlər

İntizam insan davranışının ən geniş yayılmış xüsusiyyətlərindən biridir və məqsədlərə çatmaq üçün zəruridir. Çox vaxt insanlar düşünür ki, bu, məhdudiyyətlərin və ya həddindən artıq tələblərin qoyulması deməkdir. Qaynarinfo xəbər verir ki, bu barədə "Mediafax" yazır. Eyni zamanda, psixoloqla

14.05.2026 211
.

WUF13: 9 şəhərdə keçirilən festivallarında 115 mindən çox insan iştirak edib

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) ərəfəsində ölkə ictimaiyyətinin məlumatlandırılması məqsədilə Azərbaycanın müxtəlif şəhərlərində WUF13 Festivalı təşkil olunub. Bu barədə -a WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib. Qeyd edilib ki, festival Quba, Lənkəran, Qəbələ

14.05.2026 222
.

Yaxın Şərqdə Gərginlik Artır: WSJ və Reuters Yeni Hadisələri Açıqlayır - POLİTOLOQDAN AÇIQLAMA

Son günlər beynəlxalq mediada Yaxın Şərqdə gərginliyin daha da artması ilə bağlı xəbərlər yayılıb. "The Wall Street Journal" və "Reuters"in məlumatlarına görə, Səudiyyə Ərəbistanı İran ərazisinə, Birləşmiş Ərəb Əmirlikləri isə İranla bağlı hədəflərə qarşı gizli hərbi əməliyyatla

14.05.2026 277
.

Mehmet Ali Erbil şantaj edilir: "Süni intellektlə video hazırlanıb"

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil sosial media hesabında etdiyi paylaşımda son günlər şantaj edildiyini açıqlayıb. xəbər verir ki, Erbilin bildirdiyinə görə, naməlum şəxslər süni intellekt vasitəsilə hazırlanmış saxta görüntülərdən istifadə edərək ondan pul tələb ediblər. Mehmet Ali Erbil qey

14.05.2026 259
.

"Gənclik"dəki tuneldə ağır qəza - Yaralılar var - Video

Bu gün paytaxtın Nərimanov rayonunda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, metronun "Gənclik" stansiyasının yaxınlığındakı avtomobil tunelində "Hyundai" və "Lexus" markalı minik avtomobilləri toqquşub. Nəticədə, avtomobillərə ciddi ziyan dəyib

14.05.2026 496
.

Elm və Təhsil Nazirliyindən yeni qərar

"BMT tərəfindən keçirilən beynəlxalq tədbirlə əlaqədar Elm və Təhsil Nazirliyi məktəbəqədər hazırlıq qrupları və ibtidai siniflərdə yaz tətilinin tarixində dəyişiklik edib. Yeni qərara əsasən, tətil 17-22 may tarixlərinə keçirilib". Bunu BİG.AZ-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib

14.05.2026 2058
.

TOP MP3