Qadınla cinsi əlaqədə oldu, hər şeyi ərinə danışdı, intim fotoları isə... - Bakıda ŞOK OLAY

Qadınla cinsi əlaqədə oldu, hər şeyi ərinə danışdı, intim fotoları isə... - Bakıda ŞOK OLAYBakıda 1993-cü il təvəllüdlü Səməd tanışı Leylaya (adlar şərti verilib - red.) qarşı quldurluq edib.

BiG.AZ Teleqraf.com-a istinadən bildirir ki, hadisə Nəsimi rayonu, 20 Yanvar küçəsində baş verib. Səməd taksinin arxa oturacağında əyləşmiş tanışı Leylanın boğaz nahiyəsinə bıçaq dirəyib, onun əlində saxladığı telefonunu zorla alıb.

İstintaq orqanı Səmədin barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddəsi ilə ittiham elan edib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səməd elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Leyla ilə hadisə baş verməzdən bir neçə ay əvvəl tanış olub və onların arasında sevgi münasibəti yaranıb: "Biz birlikdə evlərin təmir işləri işi ilə məşğul olduq. Hadisə günü saat 21.00-da Leyla ilə birlikdə təmir etdiyim evə getdim. Leyla çay dəməldi, çay içərək, söhbət etdik. Cinsi əlaqədən sonra ondan mənə zöhrəvi xəstəlik keçdiyini bildirdim. Bu vaxt Leyla üstümə qışqırdı. Bu hərəkətə əsəbiləşdim. Onun üzündən və başından şillə ilə vurdum".

Təqsirləndirilən şəxsin sözlərinə görə, Leyla ağlamağa başlayıb: "Ona yazığım gəldiyi üçün evdən çıxdım və ona şirniyyat almağa getdim. Şirniyyat və özümə pivə aldıqdan sonra evə qayıtdım. Leyla yeni ev sahibinin məni işdən çıxardığını bildirdi. Ev sahibinə zəng etmək üçün Leylanın mobil telefonunu götürdüm. Lakin telefonda kontur olmadığından zəng edə bilmədim.

Telefonu da götürüb kontur yükləmək üçün mağazaya getdim. Evə qalxmaq istəyəndə Leylanın telefonuna onun əri zəng vurdu. Telefonu açdıqda bir kişi niyə arvadının telefonuna cavab verdiyimi soruşdu. Leyla evdə üstümə qışqırdığından və kobudluq etdiyindən ərinə sevgi münasibətimizin olduğunu və onun mənə xəstəlik keçdiyini bildirdim. Lakin Leylanın əri mənə inanmadı. İntim şəkillərimizi ərinə göndərəcəyimi bildirdim".

Səməd qeyd edib ki, evə qalxıb və Leyladan 10 manat istəyib: "Ancaq o mənə 10 manat vermədi. Mən yenə Leylanı döydüm, sonra aşağı düşdüm, yenidən Leylanın əri ilə telefonda danışdım. Leyla da arxamca həyətə düşdü. Telefonu məndən alaraq Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurdu. Mane olmaq üçün cəld telefonu ondan aldım.

Leylanın 102 xidmətinə zəng etməsi məni daha da əsəbiləşdirdi. Həyətdə yenə onu döydüm. Bu vaxt həyətdə bir yaşlı kişi bizə yaxınlaşdı və Leyla ilə məni ayırdı".

Təqsirləndirilən şəxs deyib ki, bundan sonra evə qalxıb: "Lakin həmin yaşlı kişi məni evdən çıxardı, evin açarlarını, eləcə də Leylanın mobil telefonunu məndən alaraq ona verdi. Yaşlı kişi ilə birlikdə evdən çıxdıq. Leyla isə evdə qaldı. Həyətdə Leylanı gözləməyə başladım. Bir qədər sonra o, həyətə düşərək taksiyə mindi.

Mən də həmin taksiyə mindim və Leylanın telefonunda olan öz şəkillərimi götürmək üçün ondan telefonunu istədim. Leyla telefonunu mənə vermədi. Mən mobil telefonu Leyladan aldım və cəld şəkildə taksidən düşdüm. Leylaya telefonu istəyirsə, mənimlə gəlməsini dedim. Gözləsəm də, o, taksidən düşmədi, daha sonra taksi ilə getdi".

Səməd bildirib ki, növbəti gün Leylanın mobil telefonunu "28 May" metrosu yaxınlığında fəaliyyət göstərən mağazaların birinə apararaq 200 manata satıb: "Həmin pulun 80 manatına dərman aldım, pulun qalan hissəsini isə öz şəxsi istifadəm üçün xərclədim. Taksidə Leylanı vursam da, onu bıçaqlamamışam. Üstümdə həmin vaxt bıçaq olmayıb".

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Leylanın sözlərinə görə, həm rəngsaz ustası kimi fəaliyyət göstərir, eləcə də müxtəlif evlərə gedərək təmizlik işləri ilə məşğul olur, ailəsini dolandırır: "Mən ailəliyəm, 4 övladım var. Səmədi hadisədən 4 ay əvvəl tanımışam. O, zəng etdi, məndən xoşu gəldiyini bildirdi. Görüşdük, onun yaxşı adam olduğunu gördüm. Harada yaşadığını soruşanda Mirəli Qaşqay küçəsində Əli adlı yaşlı kişi ilə qaldığını bildirdi. Səmədlə həmin ünvana getdik. Orada yaşayan Əlinin Səmədi düzgün yola çəkmədiyini gördüm. Bu səbəbdən Əlidən Səmədi düz yola çəkməsini istədim".

Zərərçəkmiş qeyd edib ki, Səmədə yazığı gəlib, onu yanına aparıb, yanında fəhlə kimi işlətməyə başlayıb: "Bir neçə dəfə birlikdə evlərin təmiri işlərinə getdik. Sonuncu dəfə Nəsimi rayonu, 20 Yanvar küçəsində mənzil təmir etmək üçün təklif gəldi. Ev sahibi ilə görüşdük. Lakin ev sahibi məndən Səmədi yanımda işlətməməsini istədi. Mən də ev sahibi ilə razılaşdım. Bu barədə Səmədə də bildirdim".

Leyla deyib ki, bundan sonra saat 21.00-da Səməd həmin ünvana gəlib: "Səməd "səni ərindən ayıracam, mən səni sevirəm, sən mənim olacaqsan" dedi. Ondan gic-gic hərəkətlər etməməsini xahiş etdim. Aramızda mübahisə başladı. Səməd məndən ərimdən ayrılmağımı tələb etdi. Əsəbiləşərək məni döyməyə başladı. Bədənimin hansı nahiyələrinə vurmasını dəqiq xatırlamıram.

Bir qədər keçdikdən sonra Səməd sakitləşdi və mobil telefonumu götürdü, su almaq üçün evdən çıxdı. Evdə xeyli gözləsəm də,gəlmədi. Pəncərədən baxdım. Səmədin telefonumla kiminləsə danışdığını gördüm. Diqqətlə qulaq asdıqda Səmədin ərimlə danışdığını və haqqımda nalayiq sözlər işlətdiyini eşitdim".

Leylanın ifadəsinə görə, cəld həyətə düşüb və telefonunu Səmədin əlindən alıb: "Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdim. 102 xidmətinə məlumat vermək istədikdə Səməd telefonu əlimdən aldı, zəngi söndürdü, məni döyməyə başladı. Məhəllədə olan yaşlı bir kişi bizə yaxınlaşdı və bizi ayırdı. Səməd evə qalxdı. Yaşlı kişi mənə kömək edərək birlikdə evə qalxdıq. Səməddən mobil telefonumu alaraq mənə qaytardı. Sonra həmin yaşlı kişi Səmədi evdən çıxardı. Mən qapını bağlayaraq ərimə zəng etdim. Ərim mənə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etməyimi dedi. Mən isə 102 xidmətinə zəng etmədim".

Leyla qeyd edib ki, evin sahibinə zəng vurub və hadisə barədə məlumat verib: "Sonra taksi sifariş etdim. Taksiyə minəndə Səməd qəflətən gələrək taksinin sol tərəfindəki qapını açdı, əlində bıçaqla avtomobilə oturdu və qolunu boğazıma tərəf apararaq əlindəki bıçağı boğazıma dayadı. Əlimdəki "Redmi Note 8" markalı mobil telefonu aldı. Bbıçağı boğazımdan uzaqlaşdırmaq istədim. Bunu etmək istədikdə, bıçaq əlimi kəsdi.

Səməd telefonu anidən götürərək oradan qaçdı. Ev sahibinə zəng vurdum və bu barədə ona danışdım. Ev sahibi məni şikayət etməkdən daşındırdı, əvəzində sahə inspektorunun nömrəsini verdi və sahə inspektorunun bu məsələni həll edəcəyini bildirdi".

Zərərçəkmiş şəxsin sözlərinə görə, səhər saatlarında sahə inspektoruna məlumat verib: "Daxili İşlər Nazirliyinin 102 xidmətinə də zəng vurdum, hadisə barədə məlumat verdim".

Leyla mobil telefonunun ibtidai istintaq dövründə qaytarıldığını, təqsirləndirilən şəxslə barışdığını, ona şikayəti olmadığını bildirib.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Səməd 8 il müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2671   Tarix: 18 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"

ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı

09.11.2026 203
.

Səslərini itirib səhnədən uzaqlaşan azərbaycanlı sənətçilər - Onların acı taleyi

Səsləri ilə milyonların qəlbini fəth edən, ifaları ilə Azərbaycan musiqi tarixində silinməz iz qoyan bəzi sənətçilərin yaradıcılıq yolu gözlənilmədən yarımçıq qalıb. Kimisi ağır xəstəlik, kimisi səs tellərində yaranan problemlər, kimisi isə həyatında üzləşdiyi çətinliklər səbəbindən əvvəlki kimi oxuma

09.11.2026 144
.

İnsandan böyük skumbriya tutuldu - Nadir HADİSƏ

Çinin Şandun əyalətində balıqçılar uzunluğu 2,46 metr, çəkisi isə 134 kiloqram olan nəhəng skumbriya balığı tutublar. xəbər verir ki, bu barədə "Global Times" nəşri məlumat yayıb. Təcrübəli balıqçıların sözlərinə görə, bu ölçüdə skumbriyaya rast gəlmək olduqca nadir hadisədir. Balıqçı Van Veytszyu

09.11.2026 181
.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

09.11.2026 203
.

Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb

Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərinə güclü qar yağıb. APA-nın Şimal bürosunun məlumatına görə, qar örtüyünün hündürlüyü Quba rayonunun Qrız kəndində 27 santimetr, Xınalıq kəndində 25 santimetr, Qusar rayonunun Laza kəndində isə 20 santimetrə çatıb. Qeyd edək ki, güclü qar yağması səbəbində

09.11.2026 217
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını

09.11.2026 243
.

Almaniya prezidenti postunda qadın görmək istəyir

Almaniya kansleri Fridrix Merts ölkənin ilk qadın prezidenti postuna İlze Aygnerin namizədliyini dəstəkləyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, Merts partiyadaxili görüş zamanı İ.Aygnerə dəstəyini ifadə edib

09.11.2026 195
.

Azərbaycanda məktəb direktoru vəfat etdi

Yardımlıda vəzifəli şəxs vəfat edib. xəbər verir ki, rayonun Bilnə kənd natamam orta məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov dünyasını dəyişib. Bakı Dövlət Universitetinin məzunu olan Ə.Əsgərov uzun illər həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. Son illərdə isə təhsi

09.11.2026 243
.

Lavrov: Əbu-Dabi danışıqlarının əsas mövzusu regionun təhlükəsizliyi olacaq

Əbu-Dabidə keçiriləcək danışıqların əsas mövzusu Rusiya, Ukrayna və bütövlükdə regionun təhlükəsizliyi olacaq. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Əbu-Dabidə keçiriləcək danışıqların gündəliyinin ilk mövzusu Rusiya, Ukrayn

09.11.2026 203
.