Nərminin məhkəməsində ŞOK FAKTLAR AÇILDI: Gecə 1-də... - QALMAQALLI İFADƏ

Nərminin məhkəməsində ŞOK FAKTLAR AÇILDI: Gecə 1-də... - QALMAQALLI İFADƏTovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

BiG.AZ Teleqraf.com-a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyilə baş tutan prosesdə iki məktəbli – Şəmsiyyə Abdiyeva və Sevinc Abdullayeva ifadə verib. Onlar Nərmin Quliyeva itkin düşdüyü gün onu əmisigilin evinin yaxınlığında görüblər.

Nərmin Quliyevanın qohumları ifadələrində onun 2019-cu il noyabrın 21-də saat 14.00-14.30 radələrində əmisigilə gəlib gödəkçəni verdiyini, oradan çıxıb üzbəüz yaşayan digər əmisigildən də başqa bir gödəkçəni götürüb dərhal getdiyini iddia edib.

İttihamda da iddia olunur ki, İlkin Süleymanov uşağı saat 15.00-da oğurlayıb.

Lakin məhkəmədə dindirilən məktəblilər Nərmini axşamüstü saat 16.00-17.00 arası əmisigilin evinin yanında gördüyünü deyir. Uşaqlar bu dediklərini konkret sübutla əsaslandırıblar: "Biz hazırlıqdan çıxıb gəlirdik. Hazırlığımız saat 4-də bitir. Müəllim bizi ondan sonra buraxır. Biz müəllimin evindən çıxıb bir xeyli gəlmişdik. Nərmini gördük. Onun yanından keçəndən sonra kənddəki çoban "Malış"la rastlaşdıq".

Hazırda yol qəzasına görə həbsdə olan şahid Zakir Vəliyev də məhkəmədə şahid qismində dindirilib.

O bildirib ki, uşaq itkin olduğu və Süleymanovlara məxsus evdə saxlandığı iddia olunan 47 gün ərzində dəfələrlə İlkinlə görüşüb. Onun sözlərinə görə, o müddətdə İlkin dəfələrlə toy, yas məclislərində olub: "Dekabrın 16-da İlkinlə birlikdə ciyəraxşamında olmuşam, ertəsi gün də toy idi. Toy günorta saat 2-də başlayırdı. Siyahı yazmaq İlkinə tapşırılmışdı. Ona görə tez getdik. Biz axşam saat 10-da qayıtdıq, İlkin isə pul siyahısı yazdığına görə gecə saat 1-ə qədər qalmışdı. Onu sonradan gecə saat 1-də toy sahibi Kamran özü evlərinə aparmışdı".

Cinayət işinin materiallarında İlkin Süleymanovun 2020-ci il yanvarın 10-da saxlandığı göstərilsə də, indiyədək məhkəmədə dindirilən bütün şahidlər onun yanvarın 6-da – yanmış meyit tapılandan dərhal sonra polisə aparıldığını və ondan sonra buraxılmadığını bildiriblər. Zakir Vəliyev də bunu təsdiqləyib. O bildirib ki, onun özünü də yanvarın 7-də Tovuz rayon Polis Şöbəsinə aparıb hədələyiblər. Həmin vaxt İlkin Süleymanov da orada olub: "Rəis müavini Şahlar Cəfərov deyirdi ki, sən öldürmüsən, sən yandırmısan? Dedim ki, mən uşağı niyə öldürüm axı... İlkinin də üstünə qışqırırdılar".

Proses bu gün günün ikinci yarısında davam edəcək.

İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2575   Tarix: 15 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

4 rayonda yanğına səbəb olanlar məsuliyyətə cəlb olundu

Ötən gün Cəlilabad rayonunun Maşlıq kəndi, Goranboy rayonunun Düzqışlaq kəndi, Oğuz rayonunun Yaqublu kəndi və İsmayıllı rayonunun Qəzli kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a bildirilib ki, araşdırmala

14:54 173
.

Yeni strateji üçbucaq: Qarabağ-Şərqi Zəngəzur-Naxçıvan

Prezident İlham Əliyevin Naxçıvana səfəri çərçivəsində Muxtar Respublikada tətbiq olunan yeni idarəetmə modelinin üstünlükləri ilə bağlı dediyi fikirlər böyük ictimai marağa səbəb olub. Əsas prinsipial məqam ondan ibarətdir ki, söhbət inzibati statusun dəyişdirilməsindən yox, həmin status daxilində idarəetməni

21:30 1
.

Cövdət aktrisa xanımı ilə - Foto

Aktyor Cövdət Şükürov xanımı ilə fotosunu paylaşıb. Axşam.az xəbər verir ki, sənətçi aktrisa həyat yoldaşı Gülçin Qasımova ilə yeni fotosunu İnstaqram hesabında yayımlayıb. Qeyd edək ki, Cövdət və Gülçinin bir müddət əvvəl qızı dünyaya gəlib

16:52 245
.

118 il əvvəl batan Britaniya hərbi gəmisinin qalıqları tapıldı

118 il əvvəl batan Britaniya hərbi gəmisi HMS "Tiger"in qalıqları İngilis kanalında aşkarlanıb. xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Məlumata görə, gəmi 1908-ci ilin aprelində HMS "Berwick" kreyseri ilə toqquşaraq batıb. Toqquşma o qədər güclü olub ki, HM

12:22 182
.

Prezident İlham Əliyevin Naxçıvan televiziyasına müsahibəsi: inkişaf, təhlükəsizlik və gələcəyə baxış

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 11-də Naxçıvan televiziyasına verdiyi müsahibə Naxçıvanın bu günü və gələcək inkişaf perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır. Müsahibədə Naxçıvanın təhlükəsizliyi, sosial-iqtisadi inkişafı, enerji təminatı, nəqliyyat infrastrukturu

11:40 192
.

Putin NATO ilə bağlı xəbərdarlıq etdi: "Təhdidlər artır"

NATO Asiya-Sakit Okean regionunda (ASR) iştirakını tədricən genişləndirir. Burada yeni silahların yerləşdirilməsi ilə bağlı planlar Rusiyanın təhlükəsizliyi üçün əlavə təhdidlər yaradır. xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin RİA Novosti-yə açıqlamasında bildirib. Rusiya lideri həmçini

11:49 172
.

Dörd rayonda yanğın törədənlər saxlanıldı

Ötən gün Cəlilabad rayonunun Maşlıq kəndi, Goranboy rayonunun Düzqışlaq kəndi, Oğuz rayonunun Yaqublu kəndi və İsmayıllı rayonunun Qəzli kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. DİN-in mətbuat xidmətindən -a bildirilib ki, araşdırmalar nəticəsind

20:15 76
.

Azərbaycanda qiymətlər niyə hər il artır? - Bahalaşmanın əsas səbəbləri

"Azərbaycanda qiymətlərin hər il müəyyən qədər artmasının əsas səbəblərindən biri iqtisadiyyatda gedən inflyasiya prosesidir. Qiymətlərin davamlı yüksəlməsi təkcə bir məhsulun və ya sahənin problemi deyil. Ərzaqdan xidmətlərə, tikintidən nəqliyyata qədər müxtəlif istiqamətlərdə qiymət artımını

12:34 199
.

Milyardlıq kreditlər, şəxsi təyyarə, İspaniyada milyonluq şirkət - İş adamı barədə İNANILMAZ İDDİALAR

Rusiyanın iri ət istehsalçılarından olan "Sibagro" şirkətinin sahibi Andrey Tyutyuşev maliyyə vəziyyəti, aldığı dövlət dəstəyi və Avropadakı biznes əlaqələri ilə gündəmə gəlib. yerli mediaya istinadən xəbər verir ki, "Sibagro" 2026-cı ildə əmlakını və səhmlərini girov qoyaraq bi

19:30 118
.

TOP MP3