Vəzifədə olan zaman vəfat edən nazirlər və nazir müavinləri - SİYAHI

Vəzifədə olan zaman vəfat edən nazirlər və nazir müavinləri - SİYAHIXəbər verdiyimiz kimi, Maliyyə naziri Samir Şərifovun birinci müavini İlqar Fəti-zadə vəfat edib. O, uzun sürən xəstəlikdən sonra 66 yaşında dünyasını dəyişib.

Qaynarinfo-nun məlumatına görə, 2017-ci ildən bu günədək vəzifədə olduğu zaman üç nazir və iki nazir müavini dünyasını dəyişib.

Energetika naziri Natiq Əliyev, Müdafiə Sənayesi naziri Yavər Camalov, Gənclər və İdman naziri Azad Rəhimov vəzifədə olduğu zaman vəfat edib. İlqar Fəti-zadədən əvvəl isə Səhiyyə nazirinin sabiq müavini Abbas Vəlibəyov vəzifə başında dünyasını dəyişib.

Natiq Ağa Əmi oğlu Əliyev - 1993-cü ildən 2005-ci ilə qədər Dövlət Neft Şirkətinin prezidenti, 2005-2013-cü illərdə Sənaye və Energetika naziri, 22 oktyabr 2013-cü ildən 9 iyun 2017-ci ilədək Energetika naziri olub. 9 iyun 2017-ci ildə 70 yaşında İstanbulda müalicə aldığı "Florence Nightingale" xəstəxanasında ürək tutmasından dünyasını dəyişib. İkinci Fəxri Xiyabanda dəfn olunub.

Vəzifədə olan zaman vəfat edən nazirlər və nazir müavinləri - SİYAHIYavər Talıb oğlu Camalov - 18 mart 2006-cı ildən 23 iyun 2018-ci ilədək Müdafiə Sənayesi naziri olub. 23 iyun 2018-ci ildə İsraildə xəstəliyi ilə bağlı müalicə aldığı xəstəxanada xərçəngdən dünyasını dəyişib. 69 yaşlı Yavər Camalov iyunun 24-də son mənzilə yola salınıb. Şüvəlan qəsəbəsindəki qəbiristanlıqda eyni xəstəlikdən vəfat edən oğlunun yanında dəfn olunub.

Vəzifədə olan zaman vəfat edən nazirlər və nazir müavinləri - SİYAHIAzad Arif oğlu Rəhimov - 7 fevral 2006-cı ildən 30 aprel 2021-ci ilədək Gənclər və İdman naziri olub. 30 aprel 2021-ci il tarixində ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. 2 may 2021-ci ildə İkinci Fəxri Xiyabanda dəfn olunub.

Vəzifədə olan zaman vəfat edən nazirlər və nazir müavinləri - SİYAHIAbbas Soltan oğlu Vəlibəyov - 1999-cu ildən 2018-ci ilin aprel ayınadək Səhiyyə nazirinin müavini olub. 2018-ci ilin 8 aprelində müalicə aldığı xəstəxanada 71 yaşında dünyasını dəyişib.

Vəzifədə olan zaman vəfat edən nazirlər və nazir müavinləri - SİYAHIİlqar Fəti oğlu Fəti-zadə - 1992-ci ilin aprel ayından Maliyyə nazirinin müavini, 1999-cu ildən vəfat edənədək nazirin birinci müavini vəzifəsində çalışıb. Uzun sürən xəstəlikdən sonra ötən gün müalicə aldığlı xəstəxanada dünyasını dəyişib.

Vəzifədə olan zaman vəfat edən nazirlər və nazir müavinləri - SİYAHI


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1483   Tarix: 15 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.