Çörək sexində baş verən dəhşətli QƏTLİN TƏFƏRRÜATI və gözlənilməz MƏHKƏMƏ QƏRARI
Gəncədə çörək sexində iş yoldaşının ölümünə səbəb olan qadına hökm oxunub.
"Kriminalqafqaz"ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin yanvarında baş verib.
Belə ki, 66 yaşlı Xatirə Məlikova (soyad şərtidir) iş yoldaşı, 67 yaşlı Esma Cəlilova ilə dalaşıb və onun yaxasından tutaraq itələyib. Esma Cəlilova yaxınlıqdakı qaynar su qazanının üstünə yıxılıb. Xəmir yoğurmaq üçün nəzərdə tutulan və 100 dərəcə Selsi temperaturadək qızmış su onun üzərinə tökülüb. E.Cəlilova martın 11-də vəfat edib. Hadisəyə görə cinayət işi başlanılıb. İşə Nizami Rayon (Gəncə) Məhkəməsində baxılıb.
Xatirə Məlikova məhkəmədə deyib ki, Esma ilə münasibətləri əvvəllər yaxşı olsa da, sonradan aralarında mübahisə yaranıb:
"Türkiyə vətəndaşı ilə ailə qurmuşdum və orada yaşayırdım. 2020-ci ildə isə pasportumun müddəti bitdiyi üçün geri qayıtdım. Lakin qardaşım məni evdən qovdu, bir müddət Gəncədə sığınacaqda yaşadım. Sonra çörək sexinin yanında kirayə ev tutub yaşamağa başladım. Hadisədən bir həftə əvvəl çörək sexində işə düzəlmişdim. Günə dörd manat pul və iki çörək qazancım olurdu. İlk günlər Esma ilə aramız yaxşı idi. Sonra isə mənimlə yola getməməyə başladı. Esma məni təhqir edir, ünvanıma nalayiq sözlər işlədirdi. Bir dəfə aramızda mübahisə oldu. Bir-birimizi itələyən zaman o, qaynar su ilə dolu qazana dəyib yerə yıxıldı. Elə mən də yıxıldım. Qazandakı su onun üstünə dağıldı. Hadisə zamanı mən də xəsarət aldım. Bilərəkdən etməmişəm. Hadisəyə görə çox peşmanam".
Mərhumun qızı məhkəmədə verdiyi ifadədə bildirib ki, hadisədən anası xəstəxanaya aparılandan sonra xəbər tuta bilib:
"Anam kündəçi işləyirdi. Hadisə günü xəstəxanaya aparılandan sonra bizə məlumat verdilər. Vəziyyəti ağır olduğu üçün Bakıya apardıq. Həmin gündən martın 9-na qədər müalicə aldı. Daha sonra evə gətirdik və martın 11-də vəfat etdi. Başım yas məclisinə qarışdığı üçün anamın ölümü barədə polisə məlumat verə bilmədim. Artıq Xatirə xanımla barışmışıq. Ondan şikayətim yoxdur. Ona yüngül cəzanın verilməsini xahiş edirəm".
Məhkəmənin hökmü ilə Xatirə Məlikovanın aylıq qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla ona iki il müddətində islah işləri cəzası verilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1941 Tarix: 14 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre
18.09.2021 672 Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678