Şöbədə arvadını güllələyən polisə HÖKM OXUNDU

Şöbədə arvadını güllələyən polisə HÖKM OXUNDUBakının Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində arvadını öldürməkdə təqsirləndirilən sabiq polis əməkdaşı İsmayıl Məmmədova hökm oxunub və o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

"Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, zərərçəmişin hüquqi varisinin qaldırdığı 205 min manatlıq mülki iddiadan yalnız 8 min manatı təmin olunub.

16.26

Bakının Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində arvadını öldürməkdə təqsirləndirilən sabiq polis əməkdaşı İsmayıl Məmmədova hökm oxunur.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son söz deyib.

O, məhkəmədən ədalətli hökm çıxarılmasını tələb edib.

Daha sonra məhkəmə kollegiyası müşavirəyə yollanıb.

Xatırladaq ki, prokuror İ.Məmmədovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə 2021-ci il sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində qeydə alınıb.

Belə ki, Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İ.Məmmədov həyat yoldaşı Xanım Məmmədovanı qətlə yetirib.

İstintaqla müəyyən edilib ki, İ.Məmmədov xidmətdə olarkən həmin vaxt 24-cü Polis Şöbəsinin inzibati binasında arvadı Xanım Məmmədovanı onun tərəfindən döyülməsi ilə əlaqədar müraciəti əsasında aparılan araşdırma gedişində izahatı alınarkən azyaşlı övladlarının gözü qarşısında üzərində gəzdirdiyi xidməti silahla 15 dəfə atəş açaraq qəsdən öldürüb.

İstintaq dövründə İ.Məmmədov barəsində Cinayət Məcəlləsinin 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham irəli sürülüb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3213   Tarix: 12 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İranla gərginlik fonunda ABŞ-dan yeni açıqlama

İranla münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün Hörmüz boğazının açılması vacibdir. xəbər verir ki, bunu Marco Rubio NBC-yə müsahibəsində bildirib. "Düzünü desək, bu vəziyyət istehlakçılarımıza zərər verib. Buna şübhə yoxdur. Biz qlobal bazardan neft aldığımız üçün dünya neft qiymətlərini

11:34 140
.

Vatsapda bu yeniliklər olacaq

Vatsap tətbiqində yeni dizayn dəyişiklikləri sınaqdan keçirilir. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, yenilənmə həm Android, həm də iPhone istifadəçiləri üçün hazırlanır. Belə ki, yeni dizaynda mesajlar daha yumru görünəcək və tətbiqin görünüşü daha müasir olacaq. Bundan başqa

14.05.2026 335
.

Polkovnik-leytenant vəfat etdi

Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı vəfat edib. -a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər. Bildirilib ki, Hərbi Hava Qüvvələrində xidmət edən polkovnik-leytenant Seymur Ağayev xəstəlik səbəbindən dünyasını dəyişib

10:52 204
.

8 milyard işıq ili uzaqlıqdan gələn siqnal: Yer yoxkən o yola çıxmışdı

Kosmosun dərinliklərində baş verən nəhəng toqquşmalar bəzən insan təsəvvürünün sərhədlərini aşan enerji partlayışları yaradır. Astronomlar Yer kürəsi hələ mövcud olmadığı dövrlərdə yola çıxmış və 8 milyard il boyunca kosmosda hərəkət etmiş nəhəng enerji şüasını aşkar ediblər. Qaynarinfo xəbər verir ki

14.05.2026 272
.

Çay süfrəsi arxasında bir araya gəldilər - Fotolar

Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən liderlər çay süfrəsi arxasında bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Fotolardan görüşdə Azərbaycan, Türkiyə

15:49 1
.

Ermənistandan Rusiya ilə bağlı mühüm qərar

Ermənistan Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək. xəbər verir ki, bu barədə Nikol Paşinyan jurnalistlərin suallarını cavablandırarkən bildirib. Siyasətçi qeyd edib ki, Ermənistan sanksiya rejiminə qoşulmayacaq. O, eyni zamanda ölkəsinin həmin məhdudiyyətlərdən yayınmaq üçün də addımlar atmayacağın

10:48 158
.

İlham Əliyev Qazaxıstandadır -Video

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün mayın 15-də bu ölkəyə işgüzar səfərə gedib. "Qafqazinfo" xəbər verir ki, Türküstan şəhərinin Hazret Sulta

13:00 114
.

Hindistanda FACİƏ: 89 nəfər öldü

Hindistanın Uttar Pradesh ştatında baş verən güclü fırtına, leysan yağış, dolu və ildırım nəticəsində 89 nəfər həyatını itirib. xəbər verir ki, fırtına ağacları və reklam lövhələrini aşıraraq avtomobillərin üzərinə salıb, bir çox bölgədə mobil şəbəkələri sıradan çıxarıb. Rəsmilərin məlumatına görə, ölənləri

14.05.2026 272
.

Tramp Çin prezidenti ilə İranın nüvə silahına sahib ola bilməyəcəyi barədə razılığa gəldiyini bildirib

ABŞ prezidenti Donald Tramp İrana qarşı səbrinin tükəndiyini və Çin prezidenti Si Cinpinlə danışıqlarda İslam Respublikasının nüvə silahına sahib olmasına icazə verilməməsi və Hörmüz boğazını yenidən açması barədə razılığa gəldiyini bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Tramp cümə gün

11:07 174
.

TOP MP3