Mehriban Əliyeva tapşırıq verdi: Nazirlikdə müşavirə keçirildi - FOTO/VİDEO

Mehriban Əliyeva tapşırıq verdi: Nazirlikdə müşavirə keçirildi - FOTO/VİDEOBu gün Fövqəladə Hallar Nazirliyinin inzibati binasında ölkənin kommunal təsərrüfatında, o cümlədən qaz təsərrüfatında mövcud vəziyyət, bununla əlaqədar yarana biləcək fövqəladə hallarla bağlı məsələlərin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, müşavirədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, FHN-in aidiyyəti strukturlarının rəhbərləri, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, energetika nazirinin müavini Kamal Abbasov, "Azərişıq" ASC-nin sədr müavini Qədir İsmayılov və "Azərsu" ASC-nin sədr müavini Köçərli Həsənov iştirak edib.

Tədbirdə çıxış edən nazir Kəmaləddin Heydərov müşavirənin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə keçirildiyini qeyd edib. O, hazırda ölkədə kommunal təsərrüfat, o cümlədən qaz təsərrüfatındakı mövcud vəziyyət barədə geniş məlumat verib. Nazir bu ilin aprel ayının 3-də Bakı şəhərində yerləşən "Location" gecə klubunda baş vermiş partlayış barədə danışaraq, ictimai-iaşə obyektlərinin, o cümlədən binaların zirzəmi və birinci mərtəbələrində yerləşən obyektlərin xüsusilə qaz təsərrüfatlarında aşkar edilən yanğın təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulması hallarının acı faciələrə yol aça bildiyini, hər an potensial təhlükə mənbəyi olduğunu vurğulayıb. Nazir qeyd edib ki, FHN-in nəzarət qurumlarının sahibkarlıq subyektlərində yoxlama keçirməsi üçün hazırda mövcud olan prosedurdan sui-istifadə edən işbazlar bir sıra hallarda təhlükəsizlik qaydalarına laqeyd yanaşırlar.

Belə ki, obyektdə nəzarət tədbiri həyata keçirən Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin inspektoru aşkar etdiyi çatışmazlıqlar, o cümlədən maye qaz balonu və ya qaz xəttinə qeyri-qanuni qoşulma hallarını yerində aradan qaldırıb müvafiq sənədləşmə işlərini bitirərək obyekti tərk etdikdən sonra obyekt sahibi yenidən həmin qaz balonu və ya qaz xəttinə qeyri-qanuni qoşulmanı bərpa edir ki, bu da sonda ağır faciələrə gətirib çıxarır.

O da vurğulanıb ki, xüsusilə qaz balonlarının istismarı, onların obyekt daxilində nəzarət tədbirləri zamanı kənarlaşdırılması və utilizasiyası ilə bağlı konkret mexanizm olmadığından bir sıra hallarda inspektor tərəfindən zəruri tədbirlərin görülməsi qeyri-mümkün olur. Odur ki, maye qaz balonlarının doldurulması, istismarı, balonların texniki təhlükəsizlik qaydalarının tələblərinə nəzarət aidiyyəti qurumlar tərəfindən təmin olunmalıdır. Həmçinin, ictimai-iaşə obyektlərində qeyri-qanuni olaraq qazdan istifadə halları ilə də ciddi mübarizə aparılmalıdır. K.Heydərov istehlakçıların qaz qurğularının, qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin müayinə edilərək yoxlanılması funksiyasının bilavasitə "Azəriqaz" İB-nə aid olduğunu nəzərə alaraq, bu sahədə zəruri tədbirlərin görülməsinin vacibliyini qeyd edib.

Nazir vurğulayıb ki, bütün qeyd olunanlar nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ictimai-iaşə sektorunda fövqəladə hadisələrə səbəb ola biləcək hallarla, ilk növbədə yanğın və partlayış təhlükəsi və bu çərçivədə maye qaz balonları və qazdan qeyri-qanuni istifadə halları ilə kəskin mübarizə aparılması barədə ciddi tapşırıqlar verilib.

Tədbirdə Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərləri, o cümlədən Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov, Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi general-mayor Adil Abdullayev, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayev, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov, Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Vüqar Hüseynov çıxış edərək aidiyyəti sahələrdə fövqəladə hadisələrə səbəb ola biləcək hallar, onları doğuran səbəblər barədə ətraflı məlumat veriblər.

Sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, energetika nazirinin müavini Kamal Abbasov, "Azərişıq" ASC-nin sədr müavini Qədir İsmayılov və "Azərsu" ASC-nin sədr müavini Köçərli Həsənov çıxış edərək səsləndirilən məsələlərlə əlaqədar aidiyyəti üzrə ciddi tədbirlərin görüləcəyini qeyd ediblər.

Müşavirənin yekunu olaraq aidiyyəti qurumların mütəxəssislərindən ibarət birgə komissiyalar tərəfindən paytaxt Bakı şəhərindən başlamaqla ictimai-iaşə obyektlərində gücləndirilmiş yoxlama-nəzarət tədbirlərinin keçirilməsi və aşkar edilmiş pozuntularla bağlı dərhal qanunamüvafiq tədbirlərin görülməsi qərara alınıb.

Mehriban Əliyeva tapşırıq verdi: Nazirlikdə müşavirə keçirildi - FOTO/VİDEOMehriban Əliyeva tapşırıq verdi: Nazirlikdə müşavirə keçirildi - FOTO/VİDEOMehriban Əliyeva tapşırıq verdi: Nazirlikdə müşavirə keçirildi - FOTO/VİDEO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1286   Tarix: 11 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

09.11.2026 203
.

Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"

ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı

09.11.2026 203
.

Şəhid qardaşı Avrasiya çempionu oldu

İdmançımız Avrasiya çempionatında uğur qazanıb. xəbər verir ki, Elmir Rzalı INBA (Beynəlxalq Natural Bodibildinq Assosiasiyası) tərəfindən təşkil olunan Avrasiya çempionatında uğurla çıxış edib. Belə ki, o, "Men"s Physique" kateqoriyası üzrə mübarizədə birinci yeri tutaraq çempionatı

09.11.2026 195
.

Ukrayna Mesut Özili "qara siyahı"ya daxil etdi

Almaniya millisinin sabiq üzvü, dünya çempionu Mesut Özil Ukraynanın "Mirotvorets" (sülhməramlı) məlumat bazasına daxil edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Futbolçunun siyahıya salınmasına səbəb onun Rusiya futbol klublarının və milli komandalarının beynəlxalq turnirlərdə

09.11.2026 217
.

Tehrandan 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsinə reaksiya

"Prinsipcə, 14 İran vətəndaşının "persona non grata" (arzuolunmaz şəxs) adlandırılması məntiqli deyil, çünki bu insanlardan heç biri diplomat deyil və ya Azərbaycan Respublikasında olmayıb". -ın " nəşrinə istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüs

09.11.2026 225
.

Ərdoğan Azərbaycan xalqını təbrik etdi

"Azərbaycanla Türkiyə fitnə mənbələrinə baxmayaraq, əməkdaşlığı gücləndirib. Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı iki qardaş ölkədir". "Haber Global"a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsi zaman

09.11.2026 198
.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. xəbər verir ki, qəhvə içdikdən dərhal sonra qısa müddət yatmaq insanın daha tez gümrahlaşmasına kömə

09.11.2026 139
.

Antalyada 102 lider bir araya gələcək

Antalyada bu gün başlayan Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) 95 ölkənin dövlət və hökumət başçısı, eləcə də 7 beynəlxalq təşkilatın rəhbəri bir araya gələcəklər. "Report"a istinadən xəbər veri

09.11.2026 226
.

Azərbaycanda məktəb direktoru vəfat etdi

Yardımlıda vəzifəli şəxs vəfat edib. xəbər verir ki, rayonun Bilnə kənd natamam orta məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov dünyasını dəyişib. Bakı Dövlət Universitetinin məzunu olan Ə.Əsgərov uzun illər həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. Son illərdə isə təhsi

09.11.2026 243
.