Gecə klubundakı partlayışın QURBANLARI: Xadimə, aşpaz, ofisiant... - FOTO

Gecə klubundakı partlayışın QURBANLARI: Xadimə, aşpaz, ofisiant... - FOTOAprelin 3-ü Bakının Tərlan Əliyarbəyov küçəsində yerləşən "Location" gecə klubunda dəhşətli partlayışda vəfat edənlər barədə yeni məlumatlar əldə olunub.

Modern.az gecə klubundakı partlayışın qurbanı olan şəxslərlə bağlı məlumatları təqdim edir:

Belə ki, partlayış zamanı ağır xəsarət alanlardan bəzilərinin durumu kritik olduğundan ölü sayının artacağı istisna edilmirdi. Dünənə olan məlumatlara görə, hadisə nəticəsində dünyasını dəyişənlərin sayı 4 nəfərə çatıb, hazırda bir nəfərin vəziyyəti kritik qiymətləndirilir. Həmin şəxs Seneqal vətəndaşıdır.

Gecə klubundakı partlayışın QURBANLARI: Xadimə, aşpaz, ofisiant... - FOTOGecə klubundakı partlayışın QURBANLARI: Xadimə, aşpaz, ofisiant... - FOTOMaya Axundova

O, 1979-cu ildə Bakıda dünyaya gəlib, Yasamal rayonunda yaşayıb. Mərhumun bir bacısı olub. 1990-cı illərdə Maya Axundovanın anası Sabunçu rayonu ərazisində öldürülüb. Anasının meyiti neft mədənlərinin yaxınlığında tapılıb. Sözügedən qətldən sonra atası onları tərk edib.

Mətbuatda yayılan xəbərlərdə deyilir ki, Mayanın 2001-ci ildə bir oğlu dünyaya gəlib, o uşağını tək böyüdüb.

M.Axundova partlayışın baş verən "Location" gecə klubunda xadimə işləyib.

Gecə klubundakı partlayışın QURBANLARI: Xadimə, aşpaz, ofisiant... - FOTOFərqanə Eynullayeva

O, 1999-cu il təvəllüdlüdür. Məlumata görə, Fərqanənin atası Fərhad Eynullayev Bakıda bizneslə məşğul olub. O, 2015-ci ildə vəfat edib. Fərqanə atasının ikinci nikahdan olan övladıdır. Onun 2002, 2006 və 2007-ci il doğumlu Nuray, Şəhanə və Eynulla adlı qardaş və bacıları var. Atasının birinci nikahdan Ayan adlı övladı yadigar qalıb.

F.Eynullayeva məlum partlayışdan sonra 60-62 faiz və III dərəcəli yanıq xəsarəti ilə reanimasiyaya yerləşdirilib. Onun vəziyyəti kritik qiymətləndirilirdi. Fərqanə Eynullayeva aprelin 6-sı dünyasını dəyişib. Gecə həyatı yaşadığı deyilən gənc qızın sosial şəbəkələrdə yayılan görüntüləri sərt tənqid olunub.

Gecə klubundakı partlayışın QURBANLARI: Xadimə, aşpaz, ofisiant... - FOTOGülbala Abdullayev

21 yaşlı Gülbaba "Location" gecə klubunda aşpaz işləyirmiş. Partlayış zamanı bədəninin 70 faizi yanıb. O, ağır vəziyyətdə özəl tibb müəssisələrindən birinə köçürülüb.

Gülbala Abdullayev müalicə aldığı xəstəxanada aprelin 9-u dünyasını dəyişib.

Gecə klubundakı partlayışın QURBANLARI: Xadimə, aşpaz, ofisiant... - FOTOAyxan Fətullazadə

2001-ci il təvəllüdlü Ayxan Azərbaycan Memarlıq və İnşaat Universitetinin 4-cü kurs tələbəsi olub. Praktika müddətində olan tələbə partlayış baş verən gecə klubunda ofisiant işləyirmiş.

A.Fətullazadə partlayış zamanı ağır xəsarət alaraq özəl tibb müəssisəsinə yerləşdirilib. Hadisədən 1 həftə keçdikdən sonra - aprelin 10-u gənc tələbə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Gecə klubunda qeydə alınan partlayış zamanı Aslan Quliyev, Cəfərov Rauf Rüfət oğlu, Əsədzadə Rufanə Mais qızı, Məhərrəmov Ramil Ayətşah oğlu (1987-ci il təvəllüdlü), Əliyeva Sültanə İlham qızı (1987-ci il təvəllüdlü), Əbdülrəhmanlı Tural Tariel oğlu (1990-cı il təvəllüdlü), Qurbanov Kamran Nəriman oğlu (1996-cı il təvəllüdlü), Bağırova Fəridə Faiq qızı (1989-cu il təvəllüdlü), Ələkbərova Ləman Nəcəf qızı (2001), Samira Mahmudlu (1989), Fidan Hüseynova, tanınmış bloqer Aysel Şükürova və digər şəxslər xəsarətlər alıblar.

Gecə klubundakı partlayışın QURBANLARI: Xadimə, aşpaz, ofisiant... - FOTOXatırladaq ki, Bakıda "Location" gecə klubunda baş vermiş partlayışla əlaqədar 3 nəfər həbs olunub. Belə ki, istintaq zamanı yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş "Merser food" MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, hadisəyə ilkin səbəb kimi qanunsuz olaraq istifadə edilən qaz balonunun partlaması göstərilib.

Gecə klubundakı partlayışın QURBANLARI: Xadimə, aşpaz, ofisiant... - FOTO(Fotodakı şəxs "Merser food" MMC-nin administratoru Rəsul Rəsulovdur)

Eyni zamanda istintaq zamanı, qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan - Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edildiyindən, sonuncu Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Adları çəkilən hər üç şəxs barəsində Binəqədi rayon məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib. Hazırda faktla əlaqədar istintaq davam edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3269   Tarix: 11 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

09.11.2026 203
.

Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"

ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı

09.11.2026 203
.

Şəhid qardaşı Avrasiya çempionu oldu

İdmançımız Avrasiya çempionatında uğur qazanıb. xəbər verir ki, Elmir Rzalı INBA (Beynəlxalq Natural Bodibildinq Assosiasiyası) tərəfindən təşkil olunan Avrasiya çempionatında uğurla çıxış edib. Belə ki, o, "Men"s Physique" kateqoriyası üzrə mübarizədə birinci yeri tutaraq çempionatı

09.11.2026 195
.

Ukrayna Mesut Özili "qara siyahı"ya daxil etdi

Almaniya millisinin sabiq üzvü, dünya çempionu Mesut Özil Ukraynanın "Mirotvorets" (sülhməramlı) məlumat bazasına daxil edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Futbolçunun siyahıya salınmasına səbəb onun Rusiya futbol klublarının və milli komandalarının beynəlxalq turnirlərdə

09.11.2026 217
.

Tehrandan 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsinə reaksiya

"Prinsipcə, 14 İran vətəndaşının "persona non grata" (arzuolunmaz şəxs) adlandırılması məntiqli deyil, çünki bu insanlardan heç biri diplomat deyil və ya Azərbaycan Respublikasında olmayıb". -ın " nəşrinə istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüs

09.11.2026 225
.

Ərdoğan Azərbaycan xalqını təbrik etdi

"Azərbaycanla Türkiyə fitnə mənbələrinə baxmayaraq, əməkdaşlığı gücləndirib. Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı iki qardaş ölkədir". "Haber Global"a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsi zaman

09.11.2026 198
.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. xəbər verir ki, qəhvə içdikdən dərhal sonra qısa müddət yatmaq insanın daha tez gümrahlaşmasına kömə

09.11.2026 139
.

Antalyada 102 lider bir araya gələcək

Antalyada bu gün başlayan Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) 95 ölkənin dövlət və hökumət başçısı, eləcə də 7 beynəlxalq təşkilatın rəhbəri bir araya gələcəklər. "Report"a istinadən xəbər veri

09.11.2026 226
.

Azərbaycanda məktəb direktoru vəfat etdi

Yardımlıda vəzifəli şəxs vəfat edib. xəbər verir ki, rayonun Bilnə kənd natamam orta məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov dünyasını dəyişib. Bakı Dövlət Universitetinin məzunu olan Ə.Əsgərov uzun illər həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. Son illərdə isə təhsi

09.11.2026 243
.