"Xəstəxanaya gətirilərkən yaşı gizlədilib"

"Xəstəxanaya gətirilərkən yaşı gizlədilib"Xəbər verdiyimiz kimi, bu gün Gəncə şəhərində 16 yaşlı qız ana olub.

Axşam.az xəbər verir ki, Gəncə şəhər Perinatal Mərkəzin Baş həkimi Sevda Hüseynova jurnalistlərə açıqlamasında bildirib ki, həmin qız aprelin 9-u saat 04:42-də Perinatal Mərkəzə ağır vəziyyətdə, 40 həftəlik hamiləlik və üçüncü dərəcə piylənmə diaqnozu ilə daxil olub.

Baş həkim qeyd edib ki, daxil olarkən üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün xəstə 2003-cü il təvəllüdü ilə qeydiyyatdan keçirilib:

"Xəstənin vəziyyəti ağır olduğundan (arterial təzyiq, qusma) təcili əməliyyata götürülüb. Əməliyyat olunub 4 kq çəkidə və 52 sm boyda qız uşağı doğulub. Hazırda ana və yeni doğulan körpənin vəziyyəti kafidir. Əməliyyatdan sonra xəstə kompüter vasitəsilə qeydiyyatda alınarkən onun 2006-cı il təvəllüdlü olduğu görünüb. Məlum olub ki, xəstənin 15 yaşı var. Özü bilərəkdən təvəllüdünü gizlədib. Daha sonra xəstə haqqında polisə məlumat verilib".

Sevda Hüseynovanın sözlərinə görə, o, Gəncə şəhər sakini olduğu halda doğuşu başa çatdırmaq üçün Samux Rayon Xəstəxanasına müraciət edib:

"Xəstə bizə Samuxdan həkim müşayiəti ilə Gəncəyə gətirilib. Yəqin ki, yaşını gizlətmək üçün Samuxa müraciət olunub. Xanımın çəkisi 110 kq olub. Yaşının az olmasına baxmayaraq, zahiri görkəmində 15 yaş olduğu bilinmir. Ona görə də xəstəxanaya daxil olarkən biz onun azyaşlı olduğunu bilməmişik".

Xatırladaq ki, ilkin məlumata görə, qız 2020-ci ildə 14 yaşı olan zamanı ailə həyatı qurub. Hazırda qeyd edilən məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalara başlanılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1179   Tarix: 11 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

09.11.2026 203
.

Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"

ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı

09.11.2026 203
.

Şəhid qardaşı Avrasiya çempionu oldu

İdmançımız Avrasiya çempionatında uğur qazanıb. xəbər verir ki, Elmir Rzalı INBA (Beynəlxalq Natural Bodibildinq Assosiasiyası) tərəfindən təşkil olunan Avrasiya çempionatında uğurla çıxış edib. Belə ki, o, "Men"s Physique" kateqoriyası üzrə mübarizədə birinci yeri tutaraq çempionatı

09.11.2026 195
.

Ukrayna Mesut Özili "qara siyahı"ya daxil etdi

Almaniya millisinin sabiq üzvü, dünya çempionu Mesut Özil Ukraynanın "Mirotvorets" (sülhməramlı) məlumat bazasına daxil edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Futbolçunun siyahıya salınmasına səbəb onun Rusiya futbol klublarının və milli komandalarının beynəlxalq turnirlərdə

09.11.2026 217
.

Tehrandan 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsinə reaksiya

"Prinsipcə, 14 İran vətəndaşının "persona non grata" (arzuolunmaz şəxs) adlandırılması məntiqli deyil, çünki bu insanlardan heç biri diplomat deyil və ya Azərbaycan Respublikasında olmayıb". -ın " nəşrinə istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüs

09.11.2026 225
.

Ərdoğan Azərbaycan xalqını təbrik etdi

"Azərbaycanla Türkiyə fitnə mənbələrinə baxmayaraq, əməkdaşlığı gücləndirib. Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı iki qardaş ölkədir". "Haber Global"a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsi zaman

09.11.2026 198
.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. xəbər verir ki, qəhvə içdikdən dərhal sonra qısa müddət yatmaq insanın daha tez gümrahlaşmasına kömə

09.11.2026 139
.

Antalyada 102 lider bir araya gələcək

Antalyada bu gün başlayan Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) 95 ölkənin dövlət və hökumət başçısı, eləcə də 7 beynəlxalq təşkilatın rəhbəri bir araya gələcəklər. "Report"a istinadən xəbər veri

09.11.2026 226
.

Azərbaycanda məktəb direktoru vəfat etdi

Yardımlıda vəzifəli şəxs vəfat edib. xəbər verir ki, rayonun Bilnə kənd natamam orta məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov dünyasını dəyişib. Bakı Dövlət Universitetinin məzunu olan Ə.Əsgərov uzun illər həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. Son illərdə isə təhsi

09.11.2026 243
.