ETİD: "Bu il Türkiyənin e-ticarətinin həcmi 38 milyard dollara çatacaq"

ETİD: "Bu il Türkiyənin e-ticarətinin həcmi 38 milyard dollara çatacaq"Ötən il Türkiyənin e-ticarətinin həcmi 381,5 milyard türk lirəsinə (26,275 milyard ABŞ dolları) çatıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bunu Elektron Ticarət Operatorları Assosiasiyasının (ETİD) İdarə Heyətinin sədri Emre Ekmekçi deyib.

O bildirib ki, Türkiyənin ötən il e-ticarət fəaliyyəti ilə məşğul olan 484 min 347 müəssisədən 26 min 442-si öz saytlarında, 472 min 604-ü isə bazarlarda satış həyata keçirib: "E-ticarətdəki artım ternpinin istehlakçı tələblərinə uyğun qoyulacaq investisiyalarla, bu il 560 milyard lirəni (37,977 milyard ABŞ dolları) keçəcəyini gözləyirik. Bu il eyni zamanda vergi güzəştləri, dövlət dəstəyi və qlobal platformaların investisiyaları ilə elektron ixracın böyük sürətlə artacağını düşünürük".

2021-ci ildə sifarişlərin sayı isə əvvəlki ilə nisbətən 46 % artaraq 3 milyard 347 milyon ədədə çatıb.

Elektron ticarətin inkişafı üzrə mühüm meyar olan elektron ticarətin ümumi ticarətə nisbəti 17,7 % təşkil edib. Bu nisbətin ən yüksək olduğu ay 20,4 % ilə e-ticarətdə kampaniya ayı olaraq bilinən noyabr ayı olub.

Müəssisələrin 74 %-i yalnız 1 və 12 %-i 2 bazarda satışa üstünlük verdiyi halda, 6 %-i 3 bazara, 3 %-i isə 4 bazara üstünlük verib.

"2020-ci illə müqayisədə e-ticarət qonaqlama sektorunda 175 %, qida və supermarket sənayesində 162 %, səyahət, daşıma və saxlama sənayesində 113 %, hava yolu sənayesində 98 %, qida sənayesində 78 %, geyim, ayaqqabı və aksesuar sənayesində 26 % artım qeydə alınıb. Onlayn alış-verişə üstünlük verən vilayətlər isə İstanbul, Ankara, İzmir, Kocaeli, Antalya və Bursa olub. Elektron ticarət xərclərinin 86 %-i nağd, 14 %-i isə hissə-hissə (taksit) ödənişlə həyata keçirilib", - E.Ekmekçi qeyd edib


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 671   Tarix: 09 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Laçında meteorit yağışı - Video

Laçında meteorit yağışı müşahidə olunub. "Qafqazinfo" xəbər verir ki, meteorit yağışı Laçın sakini tərəfindən bu gecə saat 00:38-də mobil telefonla kameraya çəkilib. Sözügedən görüntüləri təqdim edirik:

11:35 174
.

Zelenskidən Ermənistanla bağlı açıqlama: "Davamlı dialoqu davam etdirməliyik"

Ermənistanın Baş naziri Nikol Paşinyan Ukrayna Prezidenti Vladimir Zelenskini Kiyev Peçersk Lavrasının yaradılmasının ildönümü münasibətilə təbrik edib. xəbər verir ki, Ukrayna lideri bu barədə "Telegram" kanalında paylaşım edib. "Bu, regionumuzdakı xristianlar üçün vacib bir tarixdir

11:51 151
.

"Məsələyə hüquqi müstəvidə və qanun çərçivəsində münasibət bildiriləcək" - David Seliverstov

"Magen David Azerbaijan" insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri David Seliverstov son günlər mətbuatda onun haqqında dərc edilən xəbərlər münasibət bildirib. xəbər verir ki, David Seliverstov qeyd edib ki, hazırda baş vermiş hadisələrlə bağlı bütün sübutlar, materiallar

10:38 136
.

Şəhərin mərkəzində avtobus yandı - VİDEO

Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində avtobusda yanğın baş verib. BİG.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar. Yanğınsöndürənlə

12.08.2026 270
.

Uşaqların rəqəmsal təhlükəsizliyi: 16 yaş məhdudiyyəti yeni mərhələ açır

Müasir dünyada rəqəmsal texnologiyalar həyatımızın ayrılmaz hissəsinə çevrilib. İnternet və sosial şəbəkələr insanların informasiya əldə etməsi, ünsiyyət qurması, təhsil alması və dünyada baş verən hadisələri izləməsi üçün geniş imkanlar yaradır. Bununla yanaşı, uşaqların və yeniyetmələrin rəqəmsal mühitd

11:07 160
.

Bu payız 7 məşhur turizm məkanına getmək məsləhət görülmür: Səbəblər nədir?

Bir tərəfdən, həddindən artıq turizm həmin istiqamətlərə və onların sakinlərinə zərər vurur, adi həyat tərzini pozur və resursları tükəndirir. Digər tərəfdən, turistlərin özləri də izdihamlı məkanlardan və yüksək qiymətlərdən tam zövq ala bilmirlər. Qaynarinfo xəbər verir ki, bununla yanaşı, bəzi məkanları

12.08.2026 258
.

Yeni strateji üçbucaq: Qarabağ-Şərqi Zəngəzur-Naxçıvan

Prezident İlham Əliyevin Naxçıvana səfəri çərçivəsində Muxtar Respublikada tətbiq olunan yeni idarəetmə modelinin üstünlükləri ilə bağlı dediyi fikirlər böyük ictimai marağa səbəb olub. Əsas prinsipial məqam ondan ibarətdir ki, söhbət inzibati statusun dəyişdirilməsindən yox, həmin status daxilində idarəetməni

12.08.2026 238
.

Azyaşlı övladı ötən ilin bu vaxtlarında qəzada həlak olubmuş...

AzTV-nin əməkdaşı Məmmədli Məqsəd Əlisahib oğlunun faciəvi ölümündən əvvəl yaşanan son anlarla bağlı bəzi detallar məlum olub. "Qafqazinfo" Bakıvaxtı.az-a istinadən xəbər verir ki, Məqsəd Məmmədli hadisədən bir gün əvvəl dostları ilə görüşə gedib. Görüş zamanı o, dostlarına dənizə girib bi

12:19 233
.

Şəkidə leysan yağdı, istirahət mərkəzinə gedən yolda çətinlik yarandı (VİDEO)

Ötən gün axşam saatlarında Şəki rayonunda yağan güclü leysan yağışları ciddi fəsadlara səbəb olub. Güclü sel suları Kiş kəndindən istirahət mərkəzinə gedən avtomobil yoluna bol miqdarda palçıq və çınqıl qatı gətirib. Hadisə nəticəsində ərazidə nəqliyyatın hərəkəti kəskin məhdudlaşıb. Bir neçə avtomobi

14:06 126
.

TOP MP3