Daha bir metro stansiyası açılacaq
"Bakı Metropoliteni" QSC-nin "Bənövşəyi" xətti üzrə Cəlil Məmmədquluzadə küçəsində yerləşən, şərti adı "B-04" olan stansiyanın inşasının ikinci mərhələsi yekunlaşmaq üzrədir.
BiG.AZ xəbər verir ki, bu barədə Modern.az-a "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
B.Məmmədov bildirilb ki, birinci mərhələ üzrə Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşən stansiyanın yerüstü sahədə örtük tavasının monolit dəmir-betonlama işləri tamamlanıb:
"Bu işlər çərçivəsində stansiya kompleksinin yerüstü qatında torpaq örtüyü hamarlanaraq, armatur-karkas elementləri yığılıb və betonlanıb. Ümumən uzunluğu 170 metr olan stansiyanın tikinti işləri üç zonaya bölünməklə aparılır. Hazırda birinci mərhələ çərçivəsində kassa zalı səviyyəsində torpaq qazma və döşəmə tavasının monolit dəmir-betonlama işləri tamamlanmaq üzrədir".
Qeyd edək ki, stansiya kompleksi 4 səviyyədən ibarət olacaq. Ərazinin relyefindən asılı olaraq işlər 29-32 metr dərinlikdə yerinə yetirilir.
Yuxarı qatda yerləşən kassa zalı və vestibüldən sonra ikinci səviyyə, keçid və yaxud texniki səviyyənin inşasına başlanılacaq. Üçüncü səviyyə platformaya keçid xarakterli mezonin qatıdır. Sonuncu, platforma səviyyəsi, başqa sözlə, qatarların hərəkət edəcəyi stansiya yolu və gözləmə zalından ibarət olacaq. Uzunluğu 144 metr olan platformanın altı texniki qurğular üçün nəzərdə tutulub.
"Memar Əcəmi" stansiyasından başlayaraq, Bənövşəyi xəttin stansiyaları "Qruntda divar" üsulu ilə tikilir. Ekoloji cəhətdən daha səmərəli olan üsul həm də məhdud məkanda tikintinin effektiv qaydada aparılmasına, qənaətə nail olunmasına şərait yaradır.
"Qruntda divar" üsulunun tələblərinə uyğun olaraq, inşaatın ilkin hazırlıq mərhələsində monolit dəmir-beton panelləri quraşdırılmışdı. Həmin dövrdə 1010 və 1021 metr uzunluqlarında olan iki tunel də inşa olunub. Bu isə o deməkdir ki, sonuncu, platforma səviyyəsində 7 vaqonlu qatarların dayanması üçün nəzərdə tutulmuş stansiya yolu da qazılıb.
Texnoloji tələblərin ardıcıllığına uyğun olaraq, stansiyanın keçidləri bütün işlərin sonunda yerinə yetiriləcək. Hazırda inşa olunan kassa zalı səviyyəsindən 4 giriş-çıxışın olması nəzərdə tutulub. Bu isə yerüstü avtomobil yolunun hər iki tərəfinə rahat və təhlükəsiz keçidi təmin edəcək.
Bu stansiyada da səviyyədən səviyyəyə keçid eskalatorlar və pilləkənlərlə təmin ediləcək. Xəttin digər stansiyalarındakı kimi əlil arabalarının stansiyaya endirilməsi üçün liftlər quraşdırılacaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1425 Tarix: 08 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi vaxt bilindi
Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix məlum olub. Bu barədə -ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, hazırda platformanın tikintisi yekunlaşmaq üzrədir
11:19 193 Laçında meteorit yağışı - Video
Laçında meteorit yağışı müşahidə olunub. "Qafqazinfo" xəbər verir ki, meteorit yağışı Laçın sakini tərəfindən bu gecə saat 00:38-də mobil telefonla kameraya çəkilib. Sözügedən görüntüləri təqdim edirik:
11:35 184 Zelenskidən Ermənistanla bağlı açıqlama: "Davamlı dialoqu davam etdirməliyik"
Ermənistanın Baş naziri Nikol Paşinyan Ukrayna Prezidenti Vladimir Zelenskini Kiyev Peçersk Lavrasının yaradılmasının ildönümü münasibətilə təbrik edib. xəbər verir ki, Ukrayna lideri bu barədə "Telegram" kanalında paylaşım edib. "Bu, regionumuzdakı xristianlar üçün vacib bir tarixdir
11:51 160 Tək qalmağı sevən və xırda söhbətlərdən qaçan insanların 8 əsas xüsusiyyəti
Bəzi insanlar boş vaxtlarını dostlarla keçirməkdənsə, tək qalmağa üstünlük verir, uzun-uzadı xırda söhbətlərə maraq göstərmir. Bu davranış ilk baxışda sosiallıqdan uzaq olmaq kimi görünsə də, psixoloqlar bunun həmişə mənfi xüsusiyyət olmadığını bildirirlər. Qaynarinfo yourtango-ya istinadən xəbər veri
12.08.2026 315 Şəhərin mərkəzində avtobus yandı - VİDEO
Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində avtobusda yanğın baş verib. BİG.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar. Yanğınsöndürənlə
12.08.2026 273 Ət məhsulları nə zaman təhlükəli olur? - Mütəxəssislər xəbərdarlıq edir
"Ət məhsulları düzgün saxlanılmadıqda, hazırlanmadıqda və bişirilmədikdə qida zəhərlənməsinin ciddi mənbəyinə çevrilə bilər. Xüsusilə isti havalarda temperatur rejiminin pozulması ətdə bakteriyaların sürətlə çoxalmasına şərait yaradır". Bunu BİG.AZ-a açıqlamasında qida eksperti Fərid Səfəro
16:28 78 Naxçıvana 17-ci səfər: yeni inkişaf mərhələsinin mühüm mesajları
Prezident İlham Əliyevin Naxçıvana 17-ci səfəri ilk növbədə dövlət başçısının muxtar respublikanın inkişafına göstərdiyi yüksək diqqətin növbəti nümayişidir. Səfər çərçivəsində yalnız ayrı-ayrı obyektlərin açılışı və təməlqoyma mərasimləri keçirilməyib, eyni zamanda Naxçıvanın gələcək inkişafının əsa
13:52 127 Yeni tədris ilinin məktəbli formalarının qiymətləri açıqlandı
Yeni tədris ilinin məktəbli formalarının qiymətləri açıqlanıb. Bu barədə İqtisadiyyat.az-a açıqlamasında Bakı Tikiş Evinin şöbə müdiri Etibar Əzimov deyib. Onun sözlərinə görə, bütün model məktəbli formaları hazırdır:. "Bütün mağazalarımız gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Satış mərkəzlərimizdə
10:56 267 5 PUA sərhədə yaxınlaşdı, Rumıniya F-16-ları havaya qaldırdı
Rumıniya Ukrayna sərhədi yaxınlığında bir qrup pilotsuz uçuş aparatının (PUA) aşkarlanması səbəbilə qırıcı təyyarələri havaya qaldırıb. xəbər verir ki, bu barədə Rumıniyanın Müdafiə Nazirliyi rəsmi saytında məlumat yayıb. Nazirliyin məlumatına görə, avqustun 13-nə keçən gecə müşahidə sistemləri Rumıniy
11:33 155