Jurnalist Flora Kərimovanı yalan məlumatlar yaymaqda ittiham etdi - YENİLƏNİB

Jurnalist Flora Kərimovanı yalan məlumatlar yaymaqda ittiham etdi - YENİLƏNİBXəbər verdiyimiz kimi Binəqədi Rayon Məhkəməsində Xalq artisti Flora Kərimovanın jurnalist Ülviyyə Muradovadan (Ülviyyə Alovlu) xüsusi ittiham qaydasında şikayətinə əsasən məhkəmə iclası baş tutub. İddia olunduğu kimi, prosesdə iştirak etməyən Ülviyə Alovlunun məhkəməyə məcburi gətirilməsi, Yasamal Rayon Polis İdarəsinə təkrar tapşırıq verilməsi barədə təkrarən qərar çıxarılıb.

Bu barədə Oxu.Az-a danışan jurnalist Ülviyyə Alovlu heç bir prosesdən yayınmadığını, Xalq artisti Flora Kərimovanın məqsədyönlü şəkildə gündəmə gəlmək üçün yanlış məlumat yaydığını bildirib:

"Pandemiyaya görə məhkəmə prosesi bir az uzandı. Sonuncu bildiriş mənə dünən aprel ayının 20-si üçün gəlib. Heç bir yayınmadan söhbət belə gedə bilməz. Sanki ağır cinayət törətmişəm, məni məhkəməyə zorla gətirəcəklər. Hərçənd ki, mənə bildiriş dünən gəlib. Yayılan məlumatla bağlı mən hakimlə əlaqə saxladım. Mənə bildirildi ki, mətbuatda yayılan məlumatlara görə onlar məsuliyyət daşımırlar. Mənim heç bir gizli, qorxulu işim yoxdur. Çağırılan yerə də böyük məmnuniyyətlə getməyə hazıram, heç bir prosesdən də yayınmamışam. Onun yaşıdları Ajda Pekkan, Bülənt Ərsoy sənəti ilə, konsertləri, yeni ifaları ilə gündəmə gəlir, Flora da, şou-biznesi məhkəməyə verməklə, söz atmaqla, qalmaqalla gündəmə gəlir. Biz də nəsə deyəndə gedib bizi də məhkəməyə verir. İnşallah 20-si keçiriləcək prosesdə də iştirak edəcəyəm".

Jurnalist, həmçinin, F.Kərimovanın hamı üçün problem yaratmaq istəyindən söhbət açdı:

"Əslində bu uzun müddət olmuş, köhnəlmiş bir hadisədir. Orada heç bir təhqirdən söhbət belə gedə bilməz. Bu sadəcə polemika xarakteri daşıyan bir yazı idi. Hamıya mənəviyyat və əxlaq dərsi keçdiyi üçün onunla bir polemika etmişdim. Sadəcə Flora hamıdan xoş sözlər və tərif eşitdiyi üçün bu cür polemikanı həzm edə bilmədi və məhkəməyə müraciət etdi. Artıq onun bu kimi xasiyyətinə görə bütün ətrafı, şou-biznes nümayəndələri ona nifrət edirlər. Hərəyə bir daş atır".

11:04

Binəqədi Rayon Məhkəməsində aprelin 4-də hakim Abbas Rzayevin sədrliyi ilə Xalq artisti Flora Kərimovanın jurnalist Ülviyyə Muradovadan (Ülviyyə Alovlu) xüsusi ittiham qaydasında şikayətinə əsasən məhkəmə iclası baş tutub.

"Qafqazinfo" xəbər verir ki, Ü.Alovlu məhkəmə iclasında iştirak etməyib.

Bu səbəbdən də Ülviyə Alovlunun məhkəməyə məcburi gətirilməsi, Yasamal Rayon Polis İdarəsinə təkrar tapşırıq verilməsi barədə təkrarən qərar çıxarılıb.

Qeyd edək ki, F.Kərimovanın təhqir və böhtanlardan şikayətinə əsasən, Ü.Alovluya qarşı xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147 və 148 maddələri ilə cinayət işi başlanılıb.

Tərəflər arasında qalmaqala F.Kərimovanın videosu yayılan üç qız barədə "Sabah bizim, millət olaraq, namusdan söz düşəndə oğullarımızın üzünə sillə kimi bu videonu çırpacaqlar ki, sənin "qadının" budur, sənin "kişin" budur, sənin "qeyrətin-namusun" budur?!" fikirlərinə Ü.Alovlunun sərt reaksiyası və aşağıda işlətdiyi bu sözlər səbəb olub:

"Ey hörmətli Xalq artisti, milyonluq Azərbaycan televiziyasının efirində jurnalistin "Evli kişilərin ailəsini dağıtmısınız, özünüzə ər etmisiniz" kimi bitməmiş sualına "Yaxşı arvadın əri ailədən getməzdi" deyərək, özünə bəraət qazandıran, "efirdə ilk dəfə dekolteli libası mən geyinmişəm" deyə, fəxrlə döşünə döyən, bu ahıl yaşında çılpaq halda hamam vannasına uzanaraq kameralara poz verən də siz deyildinizmi?..".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1236   Tarix: 06 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şəhid qardaşı Avrasiya çempionu oldu

İdmançımız Avrasiya çempionatında uğur qazanıb. xəbər verir ki, Elmir Rzalı INBA (Beynəlxalq Natural Bodibildinq Assosiasiyası) tərəfindən təşkil olunan Avrasiya çempionatında uğurla çıxış edib. Belə ki, o, "Men"s Physique" kateqoriyası üzrə mübarizədə birinci yeri tutaraq çempionatı

09.11.2026 280
.

Günəşdə partlayışların kütləvi spamı: Nə baş verir?

Günəşdə mülayim gücdə partlayışların kütləvi spamı davam edir: ötən həftəsonu ərzində Günəşdə 57 partlayış qeydə alınıb, daha 10-u isə 9 noyabrın ilk səkkiz saatında baş verib. -ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyas

09.11.2026 232
.

İnsandan böyük skumbriya tutuldu - Nadir HADİSƏ

Çinin Şandun əyalətində balıqçılar uzunluğu 2,46 metr, çəkisi isə 134 kiloqram olan nəhəng skumbriya balığı tutublar. xəbər verir ki, bu barədə "Global Times" nəşri məlumat yayıb. Təcrübəli balıqçıların sözlərinə görə, bu ölçüdə skumbriyaya rast gəlmək olduqca nadir hadisədir. Balıqçı Van Veytszyu

09.11.2026 290
.

Ərdoğan Azərbaycan xalqını təbrik etdi

"Azərbaycanla Türkiyə fitnə mənbələrinə baxmayaraq, əməkdaşlığı gücləndirib. Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı iki qardaş ölkədir". "Haber Global"a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsi zaman

09.11.2026 216
.

Maşın dərəyə aşdı - Ölən və yaralananlar var

Qubada ölümlə nəticələnən qəza olub. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Tüləkəran kəndi ərazisində qeydə alınıb. Belə ki, "Lada-Niva" markalı avtomobilin sürücüsü hətəkətdə olarkən idarəetməni itirib, nəticədə avtomobil yol kənarındakı dərəyə aşıb. Hadisə zamanı sürüc

10:00 0
.

Əməliyyatı illərlə cərrah yox, xadimə edib - Özəl xəstəxanada QALMAQAL

Türkiyənin Giresun şəhərində fəaliyyət göstərən özəl xəstəxana ilə bağlı qalmaqallı iddia ortaya çıxıb. yerli mediaya istinadən xəbər verir ki, xəstəxanada təmizlik işçisi kimi çalışan şəxsin tibbi təhsili olmadığı halda əməliyyatlarda iştirak etdiyi və həkim, eləcə də əməliyyat tibb bacısı kimi xəstələr

09.11.2026 344
.

"Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib. Videonu buradan izləyin!

09.11.2026 323
.

"Ukraynanın coğrafiyası artıq dəyişib"

Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın ərazi görünüşünün dəyişdiyini bildirərək cəbhədəki reallıqların bunu təsdiqlədiyini deyib. "Qafqazinfo" xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna ilə bağlı ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərini

09.11.2026 229
.

Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"

ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı

09.11.2026 217
.