12 yaşlı Əli KFC-dən sifarişini götürərkən ölüb... - TƏFƏRRÜAT
Ötən il dekabrın 31-də Xətai rayonu 8 Noyabr prospektində 12 yaşlı Əli Nuruşovun ölümü ilə nəticələnən yol qəzasının təfərrüatı məlum olub.
BiG.AZ-ın Qafqazinfo-ya istinadla məlumatına görə, 2010-cu il təvəllüdlü Əli Nuruşov 59 saylı məktəbin 6-cı sinif şagirdi olub. Dekabrın 30-da saat 23 radələrində anası yuxuya gedəndən sonra Əli və bacıları KFC-dən yemək sifariş etmək qərarına gəliblər. Onlar analarının mobil telefonunda proqrama daxil olaraq restoranlar şəbəkəsinin Həzi Aslanov filialından yemək sifariş ediblər və təyinat nöqtəsini qeyd edib sifarişi başa çatdırıblar. 31 dekabr 2021-ci il tarixdə saat 00:16 dəqiqədə kuryer zəng edərək onların sifariş etdiyi yeməyi yaşadıqları binanın qarşısındakı avtobus dayanacağına gətirdiyini bildirib. Bacıları Əlini yeməyi götürmək üçün binanın qarşısına göndəriblər. Əlinin qayıtmadığını görən bacıları daha sonra narahatlıq keçirərək evlərinin yaxınlığında olan "Günəş" marketə gediblər. Bir az sonra isə Əlinin 8 Noyabr prospektini keçərkən C.Salmanovun idarə etdiyi "Kia Rio" markalı avtomobillə vurulması və hadisə yerində vəfat etməsi məlum olub.
Məhkəmədə ifadə verən sürücü, 2000-ci il təvəllüdlü C.Salmanov gecə 8 Noyabr prospekti ilə hərəkətdə olarkən qarşısındakı avtomobilin önündən qaçan uşağın qəfil onun maşınının önünə çıxdığını və məsafə çox az olduğu üçün qəzadan yayına bilmədiyini bildirib.
Ekspertiza rəyinə əsasən məlum olub ki, hadisə vaxtı taksi fəaliyyəti ilə məşğul olan avtomobil saatda 70 kilometr sürətlə hərəkətdə olub. Sürücü dərhal maşını saxlayaraq təcili tibbi yardım çağırıb və Əliyə kömək etməyə çalışıb.
Məhkəmədə vəfat edən uşağın valideyni qəzanı törədən sürücünü bağışladıqlarını, ondan şikayətçi olmadıqlarını bildirib.
Xətai Rayon Məhkəməsi sürücünü Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – etiyatsızlıqdan ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilib. Onun 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrum edilməsinə və cəzasını məntəqə tipli müəssisədə çəkməsinə qərar verilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2380 Tarix: 06 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞəhid qardaşı Avrasiya çempionu oldu
İdmançımız Avrasiya çempionatında uğur qazanıb. xəbər verir ki, Elmir Rzalı INBA (Beynəlxalq Natural Bodibildinq Assosiasiyası) tərəfindən təşkil olunan Avrasiya çempionatında uğurla çıxış edib. Belə ki, o, "Men"s Physique" kateqoriyası üzrə mübarizədə birinci yeri tutaraq çempionatı
09.11.2026 280 Günəşdə partlayışların kütləvi spamı: Nə baş verir?
Günəşdə mülayim gücdə partlayışların kütləvi spamı davam edir: ötən həftəsonu ərzində Günəşdə 57 partlayış qeydə alınıb, daha 10-u isə 9 noyabrın ilk səkkiz saatında baş verib. -ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyas
09.11.2026 232 İnsandan böyük skumbriya tutuldu - Nadir HADİSƏ
Çinin Şandun əyalətində balıqçılar uzunluğu 2,46 metr, çəkisi isə 134 kiloqram olan nəhəng skumbriya balığı tutublar. xəbər verir ki, bu barədə "Global Times" nəşri məlumat yayıb. Təcrübəli balıqçıların sözlərinə görə, bu ölçüdə skumbriyaya rast gəlmək olduqca nadir hadisədir. Balıqçı Van Veytszyu
09.11.2026 290 Ərdoğan Azərbaycan xalqını təbrik etdi
"Azərbaycanla Türkiyə fitnə mənbələrinə baxmayaraq, əməkdaşlığı gücləndirib. Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı iki qardaş ölkədir". "Haber Global"a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsi zaman
09.11.2026 216 Maşın dərəyə aşdı - Ölən və yaralananlar var
Qubada ölümlə nəticələnən qəza olub. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Tüləkəran kəndi ərazisində qeydə alınıb. Belə ki, "Lada-Niva" markalı avtomobilin sürücüsü hətəkətdə olarkən idarəetməni itirib, nəticədə avtomobil yol kənarındakı dərəyə aşıb. Hadisə zamanı sürüc
10:00 0 Əməliyyatı illərlə cərrah yox, xadimə edib - Özəl xəstəxanada QALMAQAL
Türkiyənin Giresun şəhərində fəaliyyət göstərən özəl xəstəxana ilə bağlı qalmaqallı iddia ortaya çıxıb. yerli mediaya istinadən xəbər verir ki, xəstəxanada təmizlik işçisi kimi çalışan şəxsin tibbi təhsili olmadığı halda əməliyyatlarda iştirak etdiyi və həkim, eləcə də əməliyyat tibb bacısı kimi xəstələr
09.11.2026 344 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib. Videonu buradan izləyin!
09.11.2026 323 "Ukraynanın coğrafiyası artıq dəyişib"
Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın ərazi görünüşünün dəyişdiyini bildirərək cəbhədəki reallıqların bunu təsdiqlədiyini deyib. "Qafqazinfo" xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna ilə bağlı ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərini
09.11.2026 229 Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı
09.11.2026 217