Yenidən məhkəməyə verilən Canana: "Bu Mətanət İsgəndərli məndən nə istəyir?"
Əməkdar artist Mətanət İsgəndərli keçmiş gəlini Canananı yenidən məhkəməyə verib.
BAKU.WS xəbər verir ki, bu ilin əvvəlində sənətçinin oğlu Kərimlə Canana arasında baş tutan məhkəmədə hakim Canananın lehinə qərar qəbul edərək uşaqların qəyyumluğunu ona həvalə edib. Canana övladlarına qovuşmaq üçün 2 ay gözləməli olub. Bu müddət bitdikdən sonra isə onu bu dəfə Ali məhkəməyə veriblər.
Bu haqda BAKU.WS-ə danışan Canana övladlarına yenə də qovuşa bilmədiyini, buna görə də kədərləndiyini deyib. O, keçmiş əri Kərimin evlənib ayrı yaşadığını iddia edib. Canana övladlarının tez zamanda ona qaytarılmasını istəyib:
"Hazırda çox üzgünəm. Mən məhkəməni udanda bilmirdim ki, onlar sonradan məni Ali məhkəməyə şikayət edəcəklər. Çünki həyatımda ilk dəfədir ki, məhkəmə məsələsi ilə qarşılaşıram. O qədər sevinmişdim ki, övladlarım mənə veriləcək deyə... Elə bildim gedib uşaqlarımı götürə biləcəm. Amma elə deyilmiş. Vəkil dedi, iki aya qətnamə təsdiqlənməlidir. Onlar da uzatdılar, ən axırıncı günə saxladılar. Bu onların taktikası idi. Mən övladlarıma həsrət qalmışam. Səbrlə gözləyirdim ki, onları alacam.
Heç kim mənim dərdimi bilmir. Qucağımda yatan balamdan ayrı qalmışam. Uşağım stress keçirir. 12 yaşlı oğlum Tuncay özünə qapanıb. Anada hissiyyat olur. Hiss etdim ki, nəsə olub. Getdim gördüm ki, iki gündür ayaq barmağı çıxıb. Məndən gizlin sınıqçı çağırıb saldırıblar. Yenə də səbrlə gözləyirdim. İndi də mənə xəbər gəlib ki, iş Ali məhkəməyə verilib. Gərək 3 ay da belə gözləyim.
İş deyirsiniz məndə, biznes deyirsiniz məndə... Hər şeyə əl at atıram ki, balalarımı qaytarım. Başqa neyləməliyəm ki? Bu Mətanət İsgəndərli məndən nə istəyir? Oğlu evlənib, arvadı ilə ayrı qalır. Mən övladlarımı istəyirəm, başqa heç nə!"
Qeyd edək ki, Canana əri Kərimdən ötən il boşanıb. Cütlüyün üç uşağı atada qalıb. Daha sonra Canana apellyasiya məhkəməsinə müraciət edib. Hakimin qərarı ilə övladları ananın qəyyumluğuna verilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2381 Tarix: 06 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞəhid qardaşı Avrasiya çempionu oldu
İdmançımız Avrasiya çempionatında uğur qazanıb. xəbər verir ki, Elmir Rzalı INBA (Beynəlxalq Natural Bodibildinq Assosiasiyası) tərəfindən təşkil olunan Avrasiya çempionatında uğurla çıxış edib. Belə ki, o, "Men"s Physique" kateqoriyası üzrə mübarizədə birinci yeri tutaraq çempionatı
09.11.2026 280 Günəşdə partlayışların kütləvi spamı: Nə baş verir?
Günəşdə mülayim gücdə partlayışların kütləvi spamı davam edir: ötən həftəsonu ərzində Günəşdə 57 partlayış qeydə alınıb, daha 10-u isə 9 noyabrın ilk səkkiz saatında baş verib. -ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyas
09.11.2026 232 İnsandan böyük skumbriya tutuldu - Nadir HADİSƏ
Çinin Şandun əyalətində balıqçılar uzunluğu 2,46 metr, çəkisi isə 134 kiloqram olan nəhəng skumbriya balığı tutublar. xəbər verir ki, bu barədə "Global Times" nəşri məlumat yayıb. Təcrübəli balıqçıların sözlərinə görə, bu ölçüdə skumbriyaya rast gəlmək olduqca nadir hadisədir. Balıqçı Van Veytszyu
09.11.2026 290 Ərdoğan Azərbaycan xalqını təbrik etdi
"Azərbaycanla Türkiyə fitnə mənbələrinə baxmayaraq, əməkdaşlığı gücləndirib. Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı iki qardaş ölkədir". "Haber Global"a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsi zaman
09.11.2026 216 Maşın dərəyə aşdı - Ölən və yaralananlar var
Qubada ölümlə nəticələnən qəza olub. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Tüləkəran kəndi ərazisində qeydə alınıb. Belə ki, "Lada-Niva" markalı avtomobilin sürücüsü hətəkətdə olarkən idarəetməni itirib, nəticədə avtomobil yol kənarındakı dərəyə aşıb. Hadisə zamanı sürüc
10:00 0 Əməliyyatı illərlə cərrah yox, xadimə edib - Özəl xəstəxanada QALMAQAL
Türkiyənin Giresun şəhərində fəaliyyət göstərən özəl xəstəxana ilə bağlı qalmaqallı iddia ortaya çıxıb. yerli mediaya istinadən xəbər verir ki, xəstəxanada təmizlik işçisi kimi çalışan şəxsin tibbi təhsili olmadığı halda əməliyyatlarda iştirak etdiyi və həkim, eləcə də əməliyyat tibb bacısı kimi xəstələr
09.11.2026 344 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib. Videonu buradan izləyin!
09.11.2026 323 "Ukraynanın coğrafiyası artıq dəyişib"
Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın ərazi görünüşünün dəyişdiyini bildirərək cəbhədəki reallıqların bunu təsdiqlədiyini deyib. "Qafqazinfo" xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna ilə bağlı ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərini
09.11.2026 229 Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı
09.11.2026 217