Uşaqlar arasında geniş yayılan Rotavirus nədir? - ARAŞDIRMA - ÖZƏL

Uşaqlar arasında geniş yayılan Rotavirus nədir? - ARAŞDIRMA - ÖZƏLSon günlər uşaqlar arasında geniş yayılan Rotavirus adlı infeksiya böyük narahatlıq yaratmağa başlayıb. Amma təəssüf ki, bir çox valideynlər virusun varlığından xəbərsizdirlər və uşaqları yoluxduqda nə baş verdiyini bilmirlər.

BiG.AZ Rotavirusla bağlı araşdırmanı təqdim edir:

Rotavirus bağırsaq iltihabına səbəb olan, daha çox 6-24 ay uşaqların sıx yoluxduğu virus növüdür. 6-24 ay uşaqlarda çox görülsə də, 5-6 yaşına kimi olan uşaqlarda da, hətta böyüklərdə də yoluxma halına rast gəlinə bilir. Ümumiyyətlə, uşaqlarda ən sıx görülən ishal Rotavirus ishalıdır.

ROTAVİRUSUN ƏLAMƏTLƏRİ

Uşaqlarda ani temperatur və qusma ilə başlayan virus kəskin qoxulu, sayı 10-u ötən ishal ilə davam edir.

1. Temperatur

2. Qusma

3. İshal

Rotavirus əsasən 3-9 gün müddətində davam edir, lakin daha uzun çəkə də bilər. Bu, uşaqların immun sisteminə görə dəyişir.

ROTAVİRUSUN MÜALİCƏSİ

Müalicə yalnız simptomlara görə aparılır.

1-ci simpton temperaturdur. İlk növbədə temperatura nəzarət edilməlidir. Lazım gələrsə, qızdırma salan dərman vermək olar.

2-ci və 3-cü simptonlar isə qusma və ishaldır. Yəni uşaq bu zaman çox maye itirir və həmin səbəbdən bol maye qəbul etməlidir. Südəmər uşaqlar sıx-sıx içməlidirlər.

Amma bəzi uşaqlar xəstəliyi çox ağır keçirir. Xəstəlik zamanı maye qəbul edə bilmir və ya qəbul etdiyi mayeni belə, qusur. Bu zaman uşaq mütləq xəstəxanaya yatırılmalı və damar yolu ilə maye qəbulu dəstəklənməlidir.

Xatırladaq ki, dünyada 3-cü ən çox uşaq ölümü səbəbi ishaldır. Yəni maye itkisi, susuzluq.

Uşağa maye qəbul etdirə bilmiriksə, xəstəxanada dəstək almaq lazımdır.

UŞAQLARDA SUSUZLUQ ƏLAMƏTLƏRİ

1. Göz yaşının olmaması və ya azalması;

2. Gözlərin çökməsi;

3. Dil-dodağın quruması;

4. Anormal, sürətli nəfəs alıb-vermə;

5. Əmgəyin batması;

6. Dərinin elastikliyinin azalması;

7. Az sidiyə getməsi.

Xəstəxanaya yatırıldıqda belə, edilməli olan maye qəbulunun təmin olunmasıdır - Rotavirusa yoluxan uşaqların əsas ehtiyacı təkcə maye qəbuludur.

Nəinki Rotavirus, ümumiyyətlə, heç bir virus antibiotiklə müalicə olunmur. Ona görə boşuna körpə uşaqlara antibiotik verməyin.

Rotavirus təəssüf ki, təkrar-təkrar yoluxula bilən virusdur. Bir dəfə yoluxduqda ömürlük immunitet qazandıran viruslardan deyil.

Qeyd edək ki, Rotavirusun 2 dozlu və 3 dozlu peyvəndi var. Peyvənd ağız yolu ilə verilir və ilk 6 ay içində verilib tamamlanması məsləhət görülür. Peyvənd uşaqları virusdan qorumur, amma yüngül simptonlarla keçirməklərinə kömək olur. Yəni peyvənd olunan uşaqlar da Rotavirusa yoluxa bilirlər.

BƏS ROTAVİRUSA NECƏ YOLUXULUR?

Nəfəs damcı və təmas yolu ilə, yəni, xəstə ilə təmasda olmaq və ya xəstələrin toxunduğu əşyalara toxunmaqla yoluxulur. Daha çox bağçada yoluxma halı yaşanır. Bağçaya gedən uşaqlar orada bir-birini asanlıqla yoluxdura bilirlər.

Diaqnozun dəqiqləşdirilməsi üçün nəcisdən test götürülür.

Peyvənd isə bizdə dövlət xəstəxanalarında edilmir. Yalnız özəllərdə var və təəssüf ki, qiyməti bahadır. Amma əsas məsələ budur ki, əksər analar belə bir peyvəndin (dolayısı ilə belə bir virusun) varlığından xəbərsizdirlər.

Bu peyvənd dövlet tərəfindən vurulmasa belə, sahə həkimləri valideynləri məlumatlandırmalıdırlar. Edib-etməmək artıq valideynin öz qərarıdır, amma məlumat verməkləri mütləqdir.

Uşaqlar arasında geniş yayılan Rotavirus nədir? - ARAŞDIRMA - ÖZƏLAysel SƏFƏRZADƏ


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2362   Tarix: 06 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Şəhid qardaşı Avrasiya çempionu oldu

İdmançımız Avrasiya çempionatında uğur qazanıb. xəbər verir ki, Elmir Rzalı INBA (Beynəlxalq Natural Bodibildinq Assosiasiyası) tərəfindən təşkil olunan Avrasiya çempionatında uğurla çıxış edib. Belə ki, o, "Men"s Physique" kateqoriyası üzrə mübarizədə birinci yeri tutaraq çempionatı

09.11.2026 280
.

Günəşdə partlayışların kütləvi spamı: Nə baş verir?

Günəşdə mülayim gücdə partlayışların kütləvi spamı davam edir: ötən həftəsonu ərzində Günəşdə 57 partlayış qeydə alınıb, daha 10-u isə 9 noyabrın ilk səkkiz saatında baş verib. -ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyas

09.11.2026 232
.

İnsandan böyük skumbriya tutuldu - Nadir HADİSƏ

Çinin Şandun əyalətində balıqçılar uzunluğu 2,46 metr, çəkisi isə 134 kiloqram olan nəhəng skumbriya balığı tutublar. xəbər verir ki, bu barədə "Global Times" nəşri məlumat yayıb. Təcrübəli balıqçıların sözlərinə görə, bu ölçüdə skumbriyaya rast gəlmək olduqca nadir hadisədir. Balıqçı Van Veytszyu

09.11.2026 290
.

Ərdoğan Azərbaycan xalqını təbrik etdi

"Azərbaycanla Türkiyə fitnə mənbələrinə baxmayaraq, əməkdaşlığı gücləndirib. Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı iki qardaş ölkədir". "Haber Global"a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsi zaman

09.11.2026 216
.

Maşın dərəyə aşdı - Ölən və yaralananlar var

Qubada ölümlə nəticələnən qəza olub. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Tüləkəran kəndi ərazisində qeydə alınıb. Belə ki, "Lada-Niva" markalı avtomobilin sürücüsü hətəkətdə olarkən idarəetməni itirib, nəticədə avtomobil yol kənarındakı dərəyə aşıb. Hadisə zamanı sürüc

10:00 0
.

Əməliyyatı illərlə cərrah yox, xadimə edib - Özəl xəstəxanada QALMAQAL

Türkiyənin Giresun şəhərində fəaliyyət göstərən özəl xəstəxana ilə bağlı qalmaqallı iddia ortaya çıxıb. yerli mediaya istinadən xəbər verir ki, xəstəxanada təmizlik işçisi kimi çalışan şəxsin tibbi təhsili olmadığı halda əməliyyatlarda iştirak etdiyi və həkim, eləcə də əməliyyat tibb bacısı kimi xəstələr

09.11.2026 344
.

"Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib. Videonu buradan izləyin!

09.11.2026 323
.

"Ukraynanın coğrafiyası artıq dəyişib"

Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın ərazi görünüşünün dəyişdiyini bildirərək cəbhədəki reallıqların bunu təsdiqlədiyini deyib. "Qafqazinfo" xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna ilə bağlı ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərini

09.11.2026 229
.

Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"

ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı

09.11.2026 217
.