Azərbaycan xalqı davamlı inkişafa və siyasi sabitliyə səs verib

Azərbaycan xalqı davamlı inkişafa və siyasi sabitliyə səs verib11 aprel 2018-ci il tarixində ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərində cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 %-nin səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Bununla da xalqımız növbəti dəfə Heydər Əliyevin siyasi kursunu dəstək nümayiş etdirdi.
İlk dəfə 2003-cü ildə Prezident seçildikdən sonra keçən 15 ilə yaxın müddətdə çətin, asan olmasından asılı olmayaraq bütün məsuliyyəti çiyinlərində daşıyaraq güclü Azərbaycan naminə nəzərdə tutulan vəzifələri yam şəkildə yerinə yetirən Prezident İlham Əliyev 11 aprel 2018-ci ildə keçirilən seçkilərdəki qələbəsini milyonların ona etimadı kimi yüksək dəyərləndirdi. "Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm, bu dəstəyə arxalanmışam. Mənim fəaliyyətimdə Azərbaycan xalqının dəstəyi əsas rol oynayır. Həmişə çalışmışam ki, xalqa sədaqətlə, ləyaqətlə xidmət edim" söyləyən Prezident İlham Əliyev onu da əlavə etdi ki, dünyada sabitlik adası kim tanınan Azərbaycanın vətəndaşları sülh, əmin-amanlıq şəraitində yaşayır, bütün demokratik azadlıqlar təmin olunur.
İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanda bütün sahələrdə möhtəşən uğurlar qazanılıb. Müstəqil daxili və xarici siyasətə malik olduğunu, təhlükələrdən və risklərdən xalq-iqtidar birliyi ilə qorunduğunu, beynəlxalq təşkilatlarda layiqincə təmisl olunmaqla bildirən Azərbaycan geosiyasi əhəmiyyəti ilə fərqlənən, dünya siyasətinə təsir imkanları artan ölkə olduğunu sübut etdi. Etnik, dini, mədəni müxtəlifliyə ehtiram və hörmət Azərbaycan xalqının ən böyük sərvətlərindəndir. Xalqımızın kimlik pasportu sayılan terrora separatizmə, millətlər və dinlərarası münaqişələrə, ksenefobiyaya qarşı mübarizəsi ilə çoxlarına nümunə olan Azərbaycan tarixən birgəyaşayış qaydalarına hörmətlə yanaşmağı, qarşılıqlı əməkdaşlığı milli-mənəvi dəyərlərinin tərkib hissəsi kimi qoruyub saxlamış, bəşəri ideyalara sadiqlik göstərmişdir.
2003-2018-ci illərdə ölkəmizdə çox böyük iqtisadi yüksəlişə nail olunub. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə, strateji valyuta ehtiyatları 26.6 dəfə artıb. Xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi altı dəfə artıb. Əhalinin nominal gəlirləri 8.6 dəfə, minimum əməkhaqqı 12.9 dəfə artıb. 1 958 400 yeni iş yeri açılıb, 326.6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enib, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunub. Həmin illərdə maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb, 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb.
44 günlük Vətən müharibəsi zamanı müdrik sərkərdə İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin, Azərbaycan xalqının və Milli Ordumuzun bir yumruq kimi birləşib göstərdiyi şücaət, qəhrəmanlıq nəticəsində 30 ilə yaxın işğal altında qalan ərazilərimiz azad edildi. Cəmi 44 gün ərzində dünyanı heyrətə gətirən döyüş taktikası və texnikasının əsasında güclü və dayanıqlı iqtisadiyyatın nəticəsində əldə olunmuş yüksək texnoloji və intellektual hərbi potensiala malik vətənpərvər nizami milli ordunun yaradılması üçün xalqın sevgi, inam və birmənalı dəstəyini qazanmış lider amili çox vacib şərtlərdəndir. Ali Baş Komandan Prezident İlham Əliyev siyasi fəaliyyətində və karyerasında dürüst, xalqa açıq siyasət yürütdüyü üçün təkcə Azərbaycan xalqı arasında, cəmiyyətdə deyil beynəlxalq ictimai rəydə də nüfuz qazanmış, öz dəsti-xəttini yazmışdır.
42 yaşında, hələ sabitliyin, inkişafın aşağı səviyyədə, risk faizinin çox yüksək olduğu Azərbaycana rəhbərliyə seçilməsi ilə Prezident İlham Əliyev
bütün məsuliyyəti öz üzərinə götürdü ki, bu da təkcə talenin nəsibi deyil, həm də şəxsiyyətin xarakter göstəricisidir. İlham Əliyev rasional düşüncəli praqmatik baxışlı, optimist və realist siyasətçidir. Prinsipial, səbirli və qətiyyətlidir. Onun həyat yolu və tarixi missiyası daim Azərbaycan xalqı ilə sıx bağlı olub və hələ Azərbaycan tarixinə qızıl hərflərlə uğurlar, nailiyyətlər və zəfərlər yazdırmaq imkanını Uca Tanrı artıq müdrik dövlət xadimi İlham Əliyevə nəsib edib.

Həcər Verdiyeva - AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, Tarix elmləri doktoru, professor


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 830   Tarix: 04 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.