Ermənistan Ukraynada istifadə üçün Rusiyaya döyüş təyyarəsi göndərir - VİDEO
İllərdir Cənubi Qafqazda işğal siyasəti yürüdən Ermənistan indi də Ukraynada Rusiya işğalına dəstək verir. O, döyüş təyinatlı hərbi təyyarələrini və pilotlarını Rusiya ordusuna təslim edib.
"Haber Global"ın əldə etdiyi məxfi məlumata görə, dörd "SU-30" tipli döyüş təyyarəsi martın 25-dən Ermənistan aeroportundan havaya qalxaraq, "Ukraynada istifadə üçün" Rusiyaya gedib.
Bundan əlavə, Rusiya istehsalı olan döyüş təyinatlı təyyarələr xüsusi təlim almış erməni pilotlar tərəfindən idarə edilir.
Ermənistan bu hərəkəti ilə Ukraynada işğala ortaq, müharibəyə tərəfdaş olub. O, bir daha bölgədə sülh yerinə müharibəyə xidmət edir...
Ermənistan "F-14" və "F-15" qırıcılarına rəqib kimi istehsal edilən "SU-30" döyüş təyinatlı təyyarələrindən dörd ədəd alıb.
Təkmilləşmiş çox məqsədli təyyarələr 2020-ci ilin may ayında təhvil verilib.
Azərbaycanın torpaqlarını işğaldan azad etmək üçün apardığı haqlı mübarizədə, İkinci Qarabağ müharibəsində Ermənistan ordusu Rusiya qırıcılarından istifadə edə bilmədi. Çünki, raket sifarişində gecikmişdi. Yəni, Ermənistan ən kritik silah alışını belə tam həyata keçirməyi bacarmadı.
Azərbaycan Qarabağda müvəffəqiyyətli qələbə qazandığı zaman, istifadə edilə bilməyən Rusiya təyyarələri reaksiyaya səbəb oldu... Ermənistan baş naziri Nikol Paşinyan bu qalmaqalı etiraf edərək günahı əvvəlki rəhbərliyin boynuna qoydu. Məhz bu mübahisə mövzusu olan təyyarələr indi yenidən Ermənistanın çirkli əməllərinə alət oldu- erməni pilotlarla birlikdə Rusiyanın istifadəsinə təqdim edildi.
İrəvana digər ölkələrdən gələcək reaksiya diqqət çəkən mövzuya çevrilib. Rusiya Ukraynanı işğal etdiyi üçün indiyə qədər görünməmiş iqtisadi sanksiyalara məruz qalıb. Qərb ölkələri tərəfindən təcrid edilib. Çinə Rusiya ordusuna sursat göndərildiyi təqdirdə "nəticələri ilə razılaşacaqları" barədə xəbərdarlıq olunub.
Hazırda Rusiyaya dəstək verən Ermənistana da sanksiya tətbiq edilib-edilməyəcəyi və ya xəbərdarlıq olunub-olunmayacağı maraq doğurur.
Ukraynada həm canlı, həm də texniki qüvvədə ağır itki verən Rusiya eyni zamanda hərbi qüvvəsini gücləndirməyə tələsir.
Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən sülhməramlıların bir qismi Ukraynaya aparılıb. Ortaya çıxan görüntülərdən məlum olur ki, Rusiya ordusuna məxsus yanacaq maşınları, zirehli texnika və hərbçilər Laçın dəhlizi ilə Ermənistana doğru çəkilib. Oradan da hərbi daşıyıcı təyyarə ilə Rusiyaya gedib...
Ermənistan eyni zamanda, suriyalı döyüşçülərin Ukraynaya göndərilməsində də öndə gedir.
Muzdlu döyüşçülər Ermənistandakı Erebuni hava bazasında toplaşaraq oradan Rusiya Federasiyasının Şimali Osetiya Respublikasındakı Mozdok şəhərinə yola düşür. Oradan da Rusiya əsgərləri ilə birlikdə Ukraynaya göndərilir.
İlk olaraq "Haber Global"ın yaydığı bu həqiqətlərin ortaya çıxmasından iki həftə sonra Rusiya Ukraynaya Orta Şərqdən hərbçi yollayacağını rəsmən bəyan etdi. Bu daşınma davam edir.
Martın 25-də iki ədəd "İL-76" tipli hərbi daşınma təyyarəsi də Suriyadan havaya qalxaraq İran və Xəzərdəki neytral ərazi üzərindən Rusiyaya yola düşüb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 955 Tarix: 28 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı
09.11.2026 281 Eniş anında iki paraşüt toqquşdu - Ölənlər var - Fotolar
ABŞ-nin Kaliforniya ştatında yerləşən "Skydive Elsinore" mərkəzində dəhşətli aviasiya hadisəsi baş verib. Eniş zonasına yaxınlaşarkən havada toqquşan iki təcrübəli paraşütçü ağır xəsarətlər alaraq həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, 56 yaşlı Corciya Cin və 29 yaşlı Lev
10:30 137 Mərdəkan şossesində qəza sıxlıq yaratdı
Xəzər rayonu, Mərdəkan şossesində baş verən yol-nəqliyyat hadisəsi olub. Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Qafqazinfo"ya məlumat verilib. Bidlirilib ki, hadisə səbəbindən mərkəz istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. Hazırda polis sıxlığı
09.11.2026 333 Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq
"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri
09.11.2026 289 Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq
Türkiyənin Qars şəhərində yerləşən tarixi Qars qalasında 9 Noyabr-Bayraq Günü münasibətilə Azərbaycan bayrağı dalğalanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov sosial şəbəkə hesabında paylaşım edib. Baş konsul üçrəngli bayrağımızın tarixi Qar
09.11.2026 232 Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı
09.11.2026 221 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib. Videonu buradan izləyin!
09.11.2026 349 Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü
Konqo Demokratik Respublikasının (KDR) şərqində davam edən böyük vəba epidemiyası nəticəsində cari ilin əvvəlindən bəri yoluxanların sayı 60 mini ötüb. -ın xəbərinə görə, bu barədə RFI radiostansiyası məlumat verib. Bildirilib ki, xəstəliyin yayılması ilə əlaqədar KDR və qonşu Konqo Respublikasının hakimiyyə
09.11.2026 227 Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı
Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri
09.11.2026 306