Valideynlərin ayrılması uşağa necə təsir edir?

Valideynlərin ayrılması uşağa necə təsir edir?Valideynlərin ayrılması uşağa necə təsir edir?

BiG.AZ Milli.az-a istinadən xəbər verir ki, türkiyəli pedaqoq və psixoterapevt Serap Melek Kılınc boşanmanın uşaqlara təsirlərdən danışıb.

Uşağın fiziki ehtiyaclarının qarşılanması ilə yanaşı, onun aid olma, sevilmə, güvən və anlayış kimi ehtiyaclarının da qarşılandığı əsas yer ailədir. Bu kiçik qurum uşaqların həyatında, inkişafında və şəxsiyyətinin formalaşmasında əhəmiyyətli rol oynayar. Ailə anlayışının tərkibi ana, ata və uşaqlardan ibarətdir. Ailə cəmiyyətini meydana gətirən bu təməl sistemlərdən birində problem yaşandıqda, digər sistemlər də zərər görməyə başlayır. Ana-atanın uşaqlarla olan əlaqəsi qədər, uşaqların da bir-birləriylə olan əlaqələri də onlara müsbət və ya mənfi istiqamətdə təsir edər.

Valideynlərin anlaşılmazlığı uşaqlara boşanma qədər mənfi təsir edir

Bəzi valideynlər aralarındakı sevgi və hörmət bağı qopduğu halda da uşağın xoşbəxtliyi və gələcək qayğıları üçün əlaqələrini davam etdirə bilərlər. Lakin bununla belə, evdə tez-tez mübahisələr, dava-dalaşlar düşə bilər. Boşanma prosesi uşaq üçün nə qədər üzücü vəziyyətdirsə, bu cür qeyri-sağlam ailə mühiti də uşağa eyni cür mənfi psixoloji təsir edir. Psixoloq bildirir ki, valideynlər arasındakı anlaşılmazlıqlar və mübahisələr uşağın inkişafına mənfi təsir edir: "Uşaq ana və atasını birlikdə görmək istəyir və ana-ata birlikdə olduqda xoşbəxt olur. Ancaq uşağın sağlam inkişafı üçün valideynlərin eyni evdə birlikdə yaşamalarından çox, onların münasibətlərinin xüsusiyyəti əhəmiyyətlidir. Bu səbəbdən də bəzi müstəsna hallar istisna olmaqla, hər nə qədər arzuedilməyən bir hal olsa da, ana-atanın boşanması, başqa sözlə desək, ayrılmaları və ayrı-ayrılıqda ana-ata rollarını davam etmələri uşaq üçün daha yaxşı nəticələr göstərə bilər. Əgər boşanan valideynlər uşağın ehtiyaclarını qarşılayır, məsuliyyətlərini yerinə yetirir, uşağa sevgi və güvən verməyə davam edirlərsə, uşağın boşanmadan təsirlənmsi də az olar".

Boşanma müddətinə diqqət etmək lazımdır

Valideynlərin boşanma prosesində və boşanmadan sonrakı müddətdə diqqət etmələri lazım olan bəzi əhəmiyyətli məqamlar var. S. Melek Kılıc onları bu cür sıralayır:

1. Uşağa boşanma prosesi açıq və aydın bir dillə şərh edilməlidır.

2. Birlikdəykən xoşbəxt olmadığınızı, yola gedə bilmədiyinizi, bəzi anlaşılmazlıqlar olduğunu, düzəltməyə çalışmaq istədiyinizi, lakin yoluna qoya bilmədiyinizi etiraf etməlisiniz.

3. Ən çox qarşılaşılan problemlərdən biri də uşağın bu cür hallarda özünü günahlandıra bilməsidir. Ona bunun onun günahı olmadığını demək lazımdır.

4. Boşanmayla bağlı söhbətlərdə və çıxışlarda həyat yoldaşınızı günahlandırmaqdan qaçın. Bu, uşağın anası, ya da atasına kin bəsləməsinə, əlaqələrinin pozulmasına səbəb ola bilər. Bundan başqa, eks həyat yoldaşları qisas almaq üçün bir-birinə uşaqla görüşmə qadağası qoymamalıdırlar. Uşağı şantaj olaraq istifadə ediləcək bir vasitəyə çevirmək qəti olmaz.

5. Boşanma qərarınızı uşağa həyat yoldaşınızla birlikdə söyləyin.

6. Boşanmadan sonra həyatında baş verəcək dəyişiklikləri uşağa izah edin. Mümkündürsə, başqa şəhərə, başqa evə köçmək və ya başqa biri ilə ailə qurmaq haqqında danışmayın və bunları tezliklə etməyə tələsməyin. Uşaq valideynlərin boşanma travmasından ayılmamış, bir də bunların stressini yaşamamalıdır.

7. Ayrıldıqdan sonra ana-atanın əlaqələrini davam etdirmələri uşaq üçün ən sağlam yoldur. Uşaqla bağlı qərarları valideynlər birlikdə verməlidirlər. Ana-atanın və uşağın birlikdə vaxt keçirmələri üçün mühit yaradılmalıdır. Ad günləri, bayramlar kimi əhəmiyyətli günlərdə bir yerdə olmaq uşağa yaxşı təsir edəcək.

8. Boşanmadan sonra uşağın nizamlı və davamlı olaraq hər iki valideyni görməsinə diqqət göstərilməlidir. Hər iki valideyn uşağı öz yanlarına çəkmək məqsədilə həddindən artıq sevgi nümayiş etdirməməlidir. Uşağın hər iki valideyninin evində qala bilməsinə imkan yaradılmalı və onlarla vaxt keçirməsi təmin edilməlidir. Uşağa iki evin də onun evi olduğunu hiss etdirin.

9. Razılaşmadığınız mövzularda uşağı tərəf tutmaq məcburiyyətində qoymayın.

10. Uşağı boşanma mövzularının danışıldığı mühitdən uzaq tutun, mübahisələrinizi onun yanında etməyin. Uşağınızı həyat yoldaşınızla barışmaq üçün bir vasitə olaraq istifadə etməyin. Digər ailələr və qohumlara uşağa qarşı həssas davranmaları mövzusunda xəbərdarlıq edin. Digər insanların uşağın anası və ya atasını pisləmələrinə icazə verməyin.

11. Valideynlərin hər ikisinin də uşaqla maraqlanması, həyatındakı inkişaflardan xəbərdar olması, məktəb və digər fəaliyyətlərindən xəbərdar olması vacibdir. Valideynlərdən birinin çox maraqlanması digərinin əskikliyi ört-basdır etməməlidir.

12. Uşağın suallarına açıq və düzgün cavab verməyə çalışın. Uşağınızı anası və ya atası arasında seçim etmək məcburiyyətində qoymayın. Valideynləri boşanan uşaqda yaranan problemlər Boşanma müddətində uşaqda bəzi fizioloji, psixoloji və davranış problemləri ortaya çıxa bilər. Bu reaksiyalara vaxtında müdaxilə edilməlidir və lazım olan tədbirlər görülsə, uşaq boşanma prosesinin öhdəsindən daha asanlıqla gələ bilər. Psixoloq bu cür problemlərə nümunələr də gətirib:

1. Barmaq əmmə, dırnaq yemə, yalan danışma, alt islatma kimi davranış pozğunluqları

2. Psixoloji mənşəli kəkələmələr

3. Tək qalma qorxuları və gecə qorxuları

4. Uyğunlaşmazlıq və narahatlıq

5. Yuxu pozğunluqları və yemək yemə problemləri

6. Ətraf mühitlə əlaqələrində problemlər

7. Məktəbdə və dərslərində uğursuzluq, məktəb qorxusu

8. Əsəb, hirs, kin və təcavüzkarlıq 9. Özünə qapanma halları

10. Diqqət toplamaqda çətinlik çəkmək

11. Tez-tez ağlama, baş və qarın ağrısı, mədə bulanması kimi narahatlıqlar Ailədaxili ünsiyyət, sevgi və diqqət bu və buna bənzər problemlərin aradan qaldırılmasına mane ola bilər. Lakin uşağın boşanmadan daha az təsirlənməsi üçün bütün tədbirlər görülməlidir. Belə bir vəziyyətdə professionaldan kömək alınması həm ana, həm ata, həm də uşaq üçün faydalı olacaq.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1179   Tarix: 23 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.