Avtovağzalda bayram təlaşı: Sərnişin sıxlığı var VİDEO
Bayramı bölgələrdə keçirmək istəyən vətəndaşların bir qismi rayonlara getmək üçün avtovağzala üz tutublar. Axın o qədər çox olub ki, Bakı avtovağzalında sıxlıq yaşanıb. Biletini əvvəlcədən onlayn qaydada alanlar da yola düşməkdə müəyyən çətinliklərlə üzləşiblər. Avtovağzaldan məsələyə aydınlıq gətirilib.
9 günlük bayram tətilini fürsət bilən paytaxt sakinləri bölgələrə üz tuturlar. Bu isə Bakı avtovağzalında sıxlığın yaşanmasına səbəb olur.
Bölgələrə sərnişin axınının artacağını proqnozlaşdıran avtovağzal rəhbərliyi gücləndirilmiş iş rejiminə keçsə də, istər avtobusların, istərsə də kassaların qarşısında sıxlıq müşahidə olunur. Sərnişinlərin bir qismi rahat şəkildə bilet tapdıqlarını desələr də, bir qismi bilet ala bilməməkdən şikayətçidirlər.
Biletlərini onlayn şəkildə alan sərnişinlər isə kassalarda yaranmış növbə sıxlığından şikayətlənirlər.
Avtovağzal nümayəndələri deyirlər ki, avtobusların qarşısındakı sıxlıq biletsiz yola çıxmaq istəyənlərin ucbatından baş verir. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi Günay Əliyevanın sözlərinə görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksi bayramla əlaqədar martın 15-dən 27-dək gücləndirilmiş iş rejiminə keçib. O, bu il onlayn bilet alanların sayında artım müşahidə olunduğunu bildirib.
Bəzi bölgələrə biletlərin tapılmaması iddiası ilə bağlı isə qurumdan bildirildi ki, paytaxtdan yola düşmüş hər bir avtobusun geri qayıtması müəyyən vaxt alır və biletlər yalnız həmin avtobus Bakı avtovağzalına daxil olduqdan sonra satılmağa başlanır. Bu proses də avtobusların sayı artırıldığı üçün 1-2 saatdan çox çəkmir. (xəzərxəbər)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 744 Tarix: 20 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQızıl və gümüş ucuzlaşıb
Əmtəə bazarlarında qızılın fyuçers qiymətləri geriləyib. "AzPolitika" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX birjasında qızılın bir troya unsiyası (təxminən 31,1 qram) üzrə 2026-cı ilin iyun fyuçerslərinin qiyməti təxminən 1,5-1,9% civarında azalaraq 4600-4700 ABŞ dollar
15.05.2026 386 İsrail Qəzzada HƏMAS terror təşkilatının yüksək rütbəli hərbi liderlərinin əksəriyyətinə qarşı hava hücumu həyata keçirib
Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Katzın birgə bəyanatına görə, ABŞ-ın vasitəçiliyi ilə Qəzzada kövrək atəşkəsə baxmayaraq, İsrail HƏMAS terror təşkilatının ən yüksək rütbəli hərbi lideri İzzəddin əl-Həddadı hədəf alan Qəzza şəhərinə hücumlar həyata keçirib. BİG.AZ CNN-ə istinadə
09:44 152 Tramp İŞİD-in ikinci komandiri Əbu-Bilal əl-Minukinin ABŞ və Nigeriya qüvvələri tərəfindən öldürüldüyünü bildirib
ABŞ Prezidenti Donald Tramp cümə günü bildirib ki, İŞİD-in qlobal miqyasda ikinci komandiri olan Əbu-Bilal əl-Minuki ABŞ və Nigeriya qüvvələri tərəfindən keçirilən əməliyyatda öldürülüb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Tramp Truth Social-da bildirib: "Bu gecə mənim göstərişimlə cəsu
10:00 146 Azyaşlı qızları xilas edən MMA döyüşçüsü özü öldü
Qırğızıstanlı MMA döyüşçüsü Mədət Jeenaliyev Issık-Kul gölündə boğulan uşaqları xilas etməyə çalışarkən həlak olub. xəbər verir ki, azyaşlı dörd qız Baktu-Dolonotu kəndindəki çimərlikdə istirahət edirmiş. Onlardan biri göldə çimərkən güclü dalğalar səbəbindən boğulmağa başlayıb. İdmançı dostu ilə birlikd
15.05.2026 491 Bakının bu ərazisində tikilən evlər söküləcək - VİDEO
Vaxtı ilə kollektorun üzərində tikilmiş evlərin sökülməsi nəzərdə tutulub. Qaynarinfo Xəzər Tv-yə istinadən xəbər verir ki, paytaxtın Xətai rayonu NZS qəsəbəsində bir evin çökməsi ilə nəticələnən hadisədən sonra Əlincə və Rəşid Bağırov küçələrində araşdırmalar aparılıb. Sakinlər deyirlər ki, həmin küçələrd
12:39 50 ABŞ Prezidenti: İrana qarşı hərbi əməliyyatlar davam edəcək
Ağ Ev lideri Donald Tramp bildirib ki, ABŞ-nin İrana qarşı hərbi əməliyyatları davam edəcək. "Report" xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkə hesabında yazıb. Hazırda Pekində dövlət səfərində olan Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinlə danışıqlarını
15.05.2026 371 Ebola epidemiyası yayıldı - 65 nəfər öldü
Afrikada ebola epidemiyası yayılıb. xarici mediaya mediaya istinadla xəbər verir ki, Konqo Demokratik Respublikasının İturi əyalətində indiyədək təxminən 246 yoluxma və 65 ölüm halı qeydə alınıb. Yoluxmalar əsasən qızıl mədənlərinin yerləşdiyi Monqvalu və Rvampra şəhərlərində müşahidə olunur. Qeyd edə
15.05.2026 397 Hantavirus illərlə spermada gizlənir - Cinsi yolla da keçir
İsveçrəli alimlər hantavirusunun kişi spermasında illərlə qala biləcəyini aşkar ediblər. Yeni araşdırmaya görə, virus yoluxmadan sonra, hətta altı ilə qədər kişi reproduktiv sistemində yaşaya bilər. xarici mediaya istinadən xəbər verir ki, araşdırmanı İsveçrənin bioloji, kimyəvi və nüvə təhlükələri üzr
15.05.2026 436 Alim Qasımov "Eurovision"a gedə bilər? - Xalq artistindən açıqlama
Dünən "Eurovision-2026" Mahnı Müsabiqəsinin ikinci yarımfinal mərhələsi keçirilib. Yarımfinalda 15 ölkənin təmsilçiləri final uğrunda mübarizə aparıb. Azərbaycanı müsabiqədə təmsil edən Cəmilə Həşimova (JIVA) "Just Go" mahnısı ilə ikinci nömrə altında səhnəyə çıxsa da, finala vəsiq
15.05.2026 292