Vətən müharibəsi iştirakçıları ilə bağlı VACİB XƏBƏR
Vətən müharibəsində iştiraka görə təltif olunacaq şəxslərin siyahısı hökumətə təqdim edilib.
"Report"un əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 3088 nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən "Müharibə veteranı" adının verilməsi ilə əlaqədar Nazirliyin Mərkəzi elektron informasiya sisteminə adları daxil edilmiş şəxslərin siyahısını Nazirlər Kabinetinə təqdim edib.
Bundan əlavə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan, 2020-ci il 27 sentyabr tarixinədək "Müharibə veteranı" adı almış şəxslərin siyahısı təsdiqedici sənədlərlə (müharibə veteranı vəsiqələrinin surəti, hərbi biletlərin surəti, ezamiyyət vəsiqələrinin surəti, əmrlərdən çıxarışlar, şəxsiyyət vəsiqələrinin surəti və s.) birlikdə, həmin şəxslərin yerinə yetirdikləri tapşırıqlara dair ətraflı arayış (hər bir şəxsə münasibətdə ayrı-ayrılıqda) əlavə edilməklə Nazirlər Kabinetinə təqdim edilib.
Həmçinin hökumətə digər mərkəzi, habelə yerli icra hakimiyyəti orqanları, eləcə də Azərbaycan Prezidentinin yaratdığı publik hüquqi şəxslər və dövlətə məxsus digər hüquqi şəxslər tərəfindən də Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin 1-ci hissəsinin onuncu abzasında göstərilmiş ərazilərdə ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşlarının və mülki işçilərinin siyahısı təsdiqedici sənədlərlə (hərbi biletlərin surəti, ezamiyyət vəsiqələrinin surəti, əmrlərdən çıxarışlar, şəxsiyyət vəsiqələrinin surəti və s.) birlikdə, həmin şəxslərin ön cəbhədə yerinə yetirdikləri tapşırıqlara dair ətraflı arayış (hər bir şəxsə münasibətdə ayrı-ayrılıqda) əlavə edilməklə təqdim olunub.
Qeyd edək ki, Baş nazir Əli Əsədov bu ilin fevralın 26-da "Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında" Azərbaycan Prezidentinin 2022-ci il 10 fevral tarixli 3144 nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə sərəncam imzalayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1138 Tarix: 19 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQadağan olunmuş heyvanları ovlayanlara ağır cəza - Həbs də mümkündür
"Azərbaycan Respublikasının "Qırmızı kitab"ına daxil edilmiş və ya xüsusi mühafizə olunan heyvan və bitki növlərinin mühafizəsi ilə bağlı tələblərin yerinə yetirilməməsinə görə fiziki şəxslər 1 00 manatdan 1 300 manatadək, vəzifəli şəxslər 3 00 manatdan 4 00 manatadək, hüquqi şəxslər is
13.08.2026 210 Ət məhsulları nə zaman təhlükəli olur? - Mütəxəssislər xəbərdarlıq edir
"Ət məhsulları düzgün saxlanılmadıqda, hazırlanmadıqda və bişirilmədikdə qida zəhərlənməsinin ciddi mənbəyinə çevrilə bilər. Xüsusilə isti havalarda temperatur rejiminin pozulması ətdə bakteriyaların sürətlə çoxalmasına şərait yaradır". Bunu BİG.AZ-a açıqlamasında qida eksperti Fərid Səfəro
13.08.2026 244 Naxçıvana 17-ci səfər: yeni inkişaf mərhələsinin mühüm mesajları
Prezident İlham Əliyevin Naxçıvana 17-ci səfəri ilk növbədə dövlət başçısının muxtar respublikanın inkişafına göstərdiyi yüksək diqqətin növbəti nümayişidir. Səfər çərçivəsində yalnız ayrı-ayrı obyektlərin açılışı və təməlqoyma mərasimləri keçirilməyib, eyni zamanda Naxçıvanın gələcək inkişafının əsa
13.08.2026 193 İpoteka, yoxsa kirayə? Ev almaq istəyənlər bunu hesablamalıdır
Mənzil bazarında vətəndaşların qarşısında duran ən aktual maliyyə suallarından biri budur: aylıq gəlirin bir hissəsini illərlə kirayəyə ödəmək daha doğrudur, yoxsa həmin vəsaiti ipotekaya yönəldərək mənzil sahibi olmaq?. İlk baxışda cavab sadə görünür: kirayə ödəyən şəxs sonda ev sahibi olmur, ipotek
13.08.2026 239 "Ulduzların yaşı yoxdur" deyən Bülent Ersoyu əməliyyatdan sonra heç kim tanımadı
Türkiyənin məşhur sənətçisi, "Diva" ləqəbli Bülent Ersoy estetik əməliyyatdan sonra ilk dəfə yeni görünüşü ilə kamera qarşısına keçib. Türkiyə mediasına istinadla xəbər verir ki, 74 yaşlı sənətçi bir müddət əvvəl sosial şəbəkə hesabında xəstəxana otağından foto paylaşaraq estetik əməliyya
13.08.2026 173 Nolanın yeni filmi rekord qırdı: 1,1 milyard dollar...
Britaniyalı rejissor Kristofer Nolanın "Odisseya" filmi karyerasının ən çox gəlir gətirən ekran işi olub. xarici mediaya istinadən xəbər verir ki, Homerin qədim yunan eposu əsasında çəkilən film dünya prokatında cəmi dörd həftəsonu ərzində 1,1 milyard dollardan çox gəlir əldə edib. "Odisseya"
13.08.2026 141 Civəli termometr yenidən Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında - Fotolar
Paytaxt sakinlərinin müraciətləri nəzərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyətinin binasının qarşısında yerləşən civəli termometr yenidən bərpa olunub. xəbər verir ki, həmin məkanda termometr hələ sovet dövründə quraşdırılıb və uzun illər şəhərin tanınan elementlərindən biri olub. Termometr müstəqilli
13.08.2026 263 Bakıda oğlan yeniyetmə qızı parkda döyüb burnunu qırdı
Bakıda gənc oğlan parkda qızı döyüb. xəbər verir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə küçəsində yerləşən parkda qeydə alınıb. İttiham aktına görə, 22 yaşlı Tacir Məmmədov (şərti adla) parkda aralarında yaranmış mübahisə zamanı 17 yaşlı Mətanətin (şərti adla) üzünə əl ilə zərbələr vurub
13.08.2026 178 "Avroviziya-2027"nin keçiriləcəyi şəhər açıqlandı
"Avroviziya-2027" mahnı müsabiqəsinin keçiriləcəyi şəhər məlum olub. Axşam.az xəbər verir ki, Avropa Yayım Birliyi (EBU) və Bolqarıstan Milli Televiziyası (BNT) 71-ci "Avroviziya"nın 2027-ci ilin mayında Bolqarıstanın Burqas şəhərində təşkil olunacağını açıqlayıb. Qara dəniz sahilind
13.08.2026 229