Ölkənin energetika sahəsində əlamətdar tarix
Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının martın 15-də Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib. Mərasimdə ölkə başçımız cənab Prezident İlham Əliyev çıxış edərək elektrik stansiyasının vacibliyini vurğulayıb.
Azərbaycanda mövcud olan stabillik investisiya cəlb etmək baxımından unikal şərait yaradıb. Prezident İlham Əliyev enerji istehsalına xaricdən kapital axınının artmasının səbəbini qonşuların buna olan ehtiyacı və ölkədəki sabitliklə əlaqələndirib: "Azərbaycanda mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat, kommunikasiyalar, elektrik xətləri nöqteyi-nəzərdən qonşu ölkələrlə sıx təmaslar unikal bir vəziyyət yaradır ki, Azərbaycan nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaqdır".
Ümumi gücü 230 mVt/saat olacaq bu GES-də il ərzində 500 mlnkVt/saat elektrik enerjisi istehsal ediləcək ki, bu da 110 min evin enerji ilə təmin edilməsi üçün imkan yaradacaq. Layihənin inşası dövründə yeni iş yerlərinin yaradılması nəzərdə tutulur. Pik periodda 700-dən artıq, stansiyanın istismarı zamanı isə 25-dən artıq daimi iş yeri yaradılacağı planlaşdırılıb.
Qısa müddət ərzində görülmüş işlər Azərbaycanın iqtisadi potensialından xəbər verir. Çıxış edərkən bu mövzuya toxunan dövlət başçımız bildirmişdir: "Keçən il 4 su elektrik stansiyası bərpa olunub. Onların ümumi generasiya gücü 20 meqavatdır. Cari il isə 5 su elektrik stansiyasının yenidən qurulması planlaşdırılır və bu stansiyaların generasiya gücü 27 meqavat olacaqdır. Bu stansiyaların ancaq Kəlbəcər və Laçın rayonlarında sayı 30-dan çox olacaqdır və bu, su elektrik stansiyalarıdır. Günəş və külək elektrik stansiyalarının yaradılması üçün daha böyük potensial var. Bütün infrastruktur yaradılıb, daxili xətlər müasirləşdirilib, bir çox yarımstansiyalar inşa olunub, o cümlədən azad edilmiş torpaqlarda cəmi bir il ərzində 7 yarımstansiya yaradılıbdır"
Xarici şirkətlər bütün bunların fərqində olduqları üçün Azərbaycanın bərpaolunan enerji mənbələrinə xüsusi maraq göstərirlər.Azərbaycan da növbəti illərdə bərpaolunan enerjinin istehlakda payını artırmaq niyyətindədir.
Aysel Mənsimova - politoloq
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 756 Tarix: 17 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZibil qutusunu dolmasını gözləməyin: mütəxəssislərdən xəbərdarlıq
Mətbəxdə zibil torbasını tam dolana qədər saxlamaq gigiyena baxımından düzgün deyil. BİG.AZ xəbər verir ki, xüsusilə qida tullantıları olan zibil torbasını uzun müddət evdə saxlamaq bakteriyaların, pis qoxunun və xırda həşəratların yaranmasına səbəb ola bilər. Mütəxəssislərə görə, adi şəraitdə zibi
13.08.2026 119 Ozon təbəqəsini təhdid edən yeni təhlükə - Yanan peyklər
Aşağı Yer orbitində istismar müddəti başa çatan peyklər atmosferə daxil olarkən yanaraq buxarlanır. Lakin yox olduğu düşünülən tonlarla alüminium mikroskopik toz hissəciklərinə çevrilərək atmosferdə asılı qalır. Alimlər bunun iqlim tarazlığını poza biləcəyindən narahatdırlar. Qaynarinfo xəbər verir ki
13.08.2026 113 Laçında meteorit yağışı - Video
Laçında meteorit yağışı müşahidə olunub. "Qafqazinfo" xəbər verir ki, meteorit yağışı Laçın sakini tərəfindən bu gecə saat 00:38-də mobil telefonla kameraya çəkilib. Sözügedən görüntüləri təqdim edirik:
13.08.2026 253 Qadağan olunmuş heyvanları ovlayanlara ağır cəza - Həbs də mümkündür
"Azərbaycan Respublikasının "Qırmızı kitab"ına daxil edilmiş və ya xüsusi mühafizə olunan heyvan və bitki növlərinin mühafizəsi ilə bağlı tələblərin yerinə yetirilməməsinə görə fiziki şəxslər 1 00 manatdan 1 300 manatadək, vəzifəli şəxslər 3 00 manatdan 4 00 manatadək, hüquqi şəxslər is
13.08.2026 210 Binəqədidə qanunsuz tikinti narazılıq yaratdı - VİDEO
Binəqədi rayonu, Xocasən qəsəbəsində aparılan qanunsuz tikinti sakinlərin narazılığına səbəb olub. -a bu barədə məlumat verən sakinlər bildirib ki, böyük bir ərazini zəbt edərək aparılan işlər qanunsuzdur. Sakinlər bildirib ki, tikinti ilə bağlı heç bir norma və qaydalar gözlənilmir:. "Heç bir məluma
13.08.2026 154 Tətilə gedən bir ailə yox oldu: Cəsədləri belə tapıldı
Türkiyənin Giresun vilayətinin Görele rayonunda güclü yağış ailə faciəsinə səbəb olub. yerli mediaya istinadən xəbər verir ki, Hamzalı kəndinin yüksək ərazilərində yağan leysan nəticəsində Zıva çayının su səviyyəsi qalxıb və daşqın baş verib. Çayın kənarında piknik edən Mehmet və Zekiye Kırca cütlüyü
13.08.2026 205 Ağ Evin təmirinə 1 milyardadək pul xərcləyəcəklər
ABŞ Prezidenti Donald Trampın administrasiyası Ağ Ev və ətrafındakı tikinti və yenidənqurma layihələrinə ən azı 927 milyon dollar xərcləməyi planlaşdırır. "Qafqazinfo"nun məlumatına görə, layihələrin ümumi dəyərinin böyük hissəsinin ABŞ vətəndaşlarının ödədiyi vergilər hesabına qarşılanacağ
13.08.2026 132 Keçmiş arvadından intiqam almaq üçün iki oğlunu yandırdı
Avstraliyanın Tasmaniya ştatında kişi arvadından intiqam almaq üçün iki uşağını diri-diri alova atıb. xarici mediaya istinadla xəbər verir ki, illər öncə baş vermiş qandonduran hadisənin təfərrüatları indi açıqlanıb. Paul Konnelli adlı şəxs ayrıldığı həyat yoldaşından qisas almaq məqsədilə iki oğlun
13.08.2026 184 Naxçıvan regional logistika mərkəzinə çevrilə bilər - əsas şərtlər
"Zəngəzur dəhlizinin açılması və Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə daha rahat nəqliyyat bağlantısının təmin olunması regionun iqtisadiyyatında ciddi canlanma yaratmaq üçün real imkanlar yaradır. Lakin bu, avtomatik olaraq baş verməyəcək". Bunu -a açıqlamasında Liberal İqtisadçılar Mərkəzini
13.08.2026 221