"Beerlin Pub"dakı qətlin şahidi: "Bizə deyilməyib ki, xanımsız gəlmək olmaz"
Bakıda yerləşən "Beerlin Pub"da müştərini döyərək qətlə yetirməkdə təqsirləndirilən idmançı Orxan Şahbazovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Ramin Qədimov ifadə verib.
R.Qədimovun sözlərinə görə, təqsirləndirilən şəxsi "pub"da görüb:
"Vüqargildə oturmuşduq, nərd oynayırdıq. Qərara gəldik ki, "Beerlin Pub"a gedək. Yer sifariş etdik, getdik. İçəri girəndə məni buraxmadılar ki, corabsızsan. Vüqar dedi ki, biz yer "rezerv" etmişik. Corab geyindim, keçdik içəri. İçəridə bizə dedilər ki, xanımsız gəlmisiniz, otağa buraxılmırsınız. Biz dedik ki, depozit də qoymuşuq, amma bizə deyilməyib ki, bura xanımsız gəlmək olmaz. Daha sonra Valehlə Orxan mübahisə etdi. Biz dedik ki, səbəb deyin, demədilər. Valehlə Orxan mübahisə edib çıxdılar çölə. Sonra Orxan Valehi vurdu. Bir də gördüm ki, qışqırdılar ki, dostunuz öldü. Biz gəldik ki, Vüqar yerdə xırıldayır".
Şahid ifadəsində Vüqarı öz maşınları ilə "Leyla Şıxlinskaya" klinikasına apardıqlarını qeyd edib:
"Orada dedilər ki, bunu Neyrocərrahiyyə Xəstəxanasına aparın. Təcili yardım maşınına qoyub aparırdılar. Yolda təcili yardım maşını döndü 3 saylı şəhər Klinik Xəstəxanasına. Ora çatanda dedilər ki, Vüqar öldü".
Qeyd edək ki, ötən il avqustun 29-da saat 21 radələrində Xətai rayonu ərazisində yerləşən "Beerlin Pub" kafesində mühafizəçi işləyən 1987-ci il təvəllüdlü Şahbazov Orxan Rəhman oğlunun aralarında yaranmış mübahisə zamanı Vüqar Mustafayevi döyməklə qapalı kəllə-beyin və baş beyinin ağır dərəcəli əzilməsi xəsarətləri yetirməsi və nəticədə V.Mustafayevin xəstəxanada almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib. Orxan Şahbazov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Xatırladaq ki, Orxan Şahbazov uzun illər fitnes-məşqçi kimi fəaliyyət göstərib.
O.Şahbazov bir sıra məşhur simaların özəl mühafizəçisi də olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1302 Tarix: 16 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAntalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb
Antalyada keçirilən COP31 çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər nazir
19:15 128 Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb
Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb. -ın məlumatına görə, Yeni Gəncə qəsəbəsində yerləşən yaşayış binalarının birinin 5-ci mərtəbəsindən yıxılan 2011-ci il təvəllüdlü Ömər Rzayev ağır halda xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olaraq qaldığı bildirilir. Hadisənin təfərrüat
15:10 211 Quşların qışda donmamasının sirri: Bədən temperaturlarını aşağı salırlar
Quşların qış aylarında açıq havada, hətta sərt şaxtalarda belə gecəni donmadan keçirməsinin səbəbləri məlum olub. Məlum olub ki, bəzi quş növləri soyuqdan qorunmaq üçün həm davranışlarını dəyişir, həm də bədən temperaturunu aşağı salaraq enerjiyə qənaət edirlər. Qaynarinfo xəbər verir ki, bu barədə Norve
13:00 224 "Eşref"in ən sadiq əməkdaşı olacaq
"TimBi" şirkətinin istehsalı olan "Eşref Tek" serialında rol alacaq daha bir aktrisanın adı məlum olub. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, layihədə aktrisa Ecem Simge Yurdatapan da rol alacaq. Yurdatapan böyük maraqla gözlənilən serialda "Sude"
22:00 0 İrəvanda Göy məscidin tarixinə qarşı növbəti saxtakarlıq: İran prosesə niyə qoşuldu?
Ermənistanın paytaxtı İrəvanda yerləşən tarixi Göy məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adı verilib. Qeyd olunur ki, İrəvana işgüzar səfər edən İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi mərasimdə iştirak edərək şairin adının əks olunduğu lövhənin açılışını edib. Növbəti mərhələd
17:32 181 Yataq otağı həddindən artıq isti olmamalıdır: Yuxu üçün ən yaxşı temperatur
Yataq otağının həddindən artıq isti olması yuxuya getməyi çətinləşdirə, gecə ərzində tez-tez oyanmağa və istirahətin keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər. Mütəxəssislər yaxşı yuxu üçün otaqda sərin mühitin yaradılmasını tövsiyə edirlər. Qaynarinfo xəbər verir ki, bu barədə stirileprotv.ro saytın
15:41 211 İlham Əliyevin və Mehriban Əliyevanın Liderlər Sammitində iştirak etmək üçün Türkiyəyə səfərlərinə dair videoçarx
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrı
20:24 57 Bulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi
Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksi
12:15 205 Gürcüstan 91 əcnəbini deportasiya edib
Məlumata görə, deportasiya edilənlər arasında Azərbaycan, Ermənistan, Misir, Hindistan, İordaniya, İraq, Konqo, Çin, Nigeriya, Pakistan, Rusiya, Sudan, Türkiyə, Türkmənistan, Tailand, Tacikistan, Özbəkistan, Uqanda, Filippin və digər ölkələrin vətəndaşları var. Deportasiya edilən şəxslərin Gürcüstan
16:39 193