Bakıda güllələnən dünya çempionunun son səs yazısı yayıldı
Dünən 5 güllə ilə qətlə yetirilən Zaur Yusifov barədə yeni məlumatlar yayılmaqdadır.
Bakupost.az mərhumun son səs yazısını əldə edib.
O öldürülməzdən bir saat əvvəl dostuna səs göndərib. Hər şeyin yaxşı olduğunu bildirib. Qeyd edib ki, növbəti gün (bu gün – red.) keçiriləcək məhkəmə prosesinə hazırlaşır.
Mərhumun yaxınları bildirir ki, o, bəraət alıb azadlığa çıxdıqdan sonra hər an sui-qəsdə məruz qala biləcəyindən ehtiyat edirmiş. Ona görə də, adətən evdə olurmuş, imkan qədər kənara çıxmırmış.
Axşamlar evlərinin qarşısında olan kafesində vaxt keçirirmiş. Adəti üzrə dünən gecə saatlarında kafesinə gedərkən, kafenin yerləşdiyi binanın birinci mərtəbəsindəki marketə baş çəkib. Hadisə də orda baş verib.
Qeyd edək ki, martın 14-də gecə 12 radələrində Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən marketlərin birində 1984-cü il təvəllüdlü Yusifov Zaur Əli oğlu naməlum şəxs tərəfindən odlu silahla güllələnərək qətlə yetirilib.
Bu gün səhər saatlarında hadisəni törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Samir Şirəliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Məlumata görə, S.Şirəliyev kriminal aləmdə "Emin 444" kimi tanınan Emin Səfərovun xalası oğludur.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Xatırladaq ki, 2020-ci il mayın 9-da Binəqədi rayonu ərazisində 1995-ci il təvəllüdlü Həsən Tağıyev 1988-ci il təvəllüdlü Emin Səfərovu avtomobilində çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. İstintaq zamanı Zaur Yusifov da tutulub.
Kikboks üzrə dünya çempionu Z.Yusifov Emin Səfərovun qətlini sifariş etməkdə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, H.Tağıyev 18 il müddətinə azadlıqdan məhrum olunub. Z.Yusifova isə qətldə iştirakı sübuta yetirilmədiyinə görə bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Əlavə edək ki, qətlə yetirilən E.Səfərov kriminal aləmdə "Emin 444" kimi tanınıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2189 Tarix: 15 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZibil qutusunu dolmasını gözləməyin: mütəxəssislərdən xəbərdarlıq
Mətbəxdə zibil torbasını tam dolana qədər saxlamaq gigiyena baxımından düzgün deyil. BİG.AZ xəbər verir ki, xüsusilə qida tullantıları olan zibil torbasını uzun müddət evdə saxlamaq bakteriyaların, pis qoxunun və xırda həşəratların yaranmasına səbəb ola bilər. Mütəxəssislərə görə, adi şəraitdə zibi
13.08.2026 119 Ozon təbəqəsini təhdid edən yeni təhlükə - Yanan peyklər
Aşağı Yer orbitində istismar müddəti başa çatan peyklər atmosferə daxil olarkən yanaraq buxarlanır. Lakin yox olduğu düşünülən tonlarla alüminium mikroskopik toz hissəciklərinə çevrilərək atmosferdə asılı qalır. Alimlər bunun iqlim tarazlığını poza biləcəyindən narahatdırlar. Qaynarinfo xəbər verir ki
13.08.2026 113 Laçında meteorit yağışı - Video
Laçında meteorit yağışı müşahidə olunub. "Qafqazinfo" xəbər verir ki, meteorit yağışı Laçın sakini tərəfindən bu gecə saat 00:38-də mobil telefonla kameraya çəkilib. Sözügedən görüntüləri təqdim edirik:
13.08.2026 253 Qadağan olunmuş heyvanları ovlayanlara ağır cəza - Həbs də mümkündür
"Azərbaycan Respublikasının "Qırmızı kitab"ına daxil edilmiş və ya xüsusi mühafizə olunan heyvan və bitki növlərinin mühafizəsi ilə bağlı tələblərin yerinə yetirilməməsinə görə fiziki şəxslər 1 00 manatdan 1 300 manatadək, vəzifəli şəxslər 3 00 manatdan 4 00 manatadək, hüquqi şəxslər is
13.08.2026 210 Binəqədidə qanunsuz tikinti narazılıq yaratdı - VİDEO
Binəqədi rayonu, Xocasən qəsəbəsində aparılan qanunsuz tikinti sakinlərin narazılığına səbəb olub. -a bu barədə məlumat verən sakinlər bildirib ki, böyük bir ərazini zəbt edərək aparılan işlər qanunsuzdur. Sakinlər bildirib ki, tikinti ilə bağlı heç bir norma və qaydalar gözlənilmir:. "Heç bir məluma
13.08.2026 154 Tətilə gedən bir ailə yox oldu: Cəsədləri belə tapıldı
Türkiyənin Giresun vilayətinin Görele rayonunda güclü yağış ailə faciəsinə səbəb olub. yerli mediaya istinadən xəbər verir ki, Hamzalı kəndinin yüksək ərazilərində yağan leysan nəticəsində Zıva çayının su səviyyəsi qalxıb və daşqın baş verib. Çayın kənarında piknik edən Mehmet və Zekiye Kırca cütlüyü
13.08.2026 205 Ağ Evin təmirinə 1 milyardadək pul xərcləyəcəklər
ABŞ Prezidenti Donald Trampın administrasiyası Ağ Ev və ətrafındakı tikinti və yenidənqurma layihələrinə ən azı 927 milyon dollar xərcləməyi planlaşdırır. "Qafqazinfo"nun məlumatına görə, layihələrin ümumi dəyərinin böyük hissəsinin ABŞ vətəndaşlarının ödədiyi vergilər hesabına qarşılanacağ
13.08.2026 132 Keçmiş arvadından intiqam almaq üçün iki oğlunu yandırdı
Avstraliyanın Tasmaniya ştatında kişi arvadından intiqam almaq üçün iki uşağını diri-diri alova atıb. xarici mediaya istinadla xəbər verir ki, illər öncə baş vermiş qandonduran hadisənin təfərrüatları indi açıqlanıb. Paul Konnelli adlı şəxs ayrıldığı həyat yoldaşından qisas almaq məqsədilə iki oğlun
13.08.2026 184 Naxçıvan regional logistika mərkəzinə çevrilə bilər - əsas şərtlər
"Zəngəzur dəhlizinin açılması və Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə daha rahat nəqliyyat bağlantısının təmin olunması regionun iqtisadiyyatında ciddi canlanma yaratmaq üçün real imkanlar yaradır. Lakin bu, avtomatik olaraq baş verməyəcək". Bunu -a açıqlamasında Liberal İqtisadçılar Mərkəzini
13.08.2026 221