Bill Qeytsdən boşanma səbəbini ilk dəfə açıqladı
27 illik həyat yoldaşı, "Microsoft" şirkətinin sahibi, milyarder Bill Qeytsdən boşanan Melinda Qeyts ilk dəfə bunun səbəbini açıqlayıb.
Axşam.az xəbər verir ki, Melinda "CBS Mornings"ə müsahibədə bu qərarı almaqda çətinlik çəkdiyini etiraf edib. O, bildirib ki, səbəb hər hansı böyük qalmaqaldan qaynaqlanmayıb, lakin münasibətlərində illər ərzində çoxlu fikir ayrılıqları olub.
"Bağışlamağa inanıram. Mənə elə gəldi ki, bəzi problemlərin öhdəsindən gəldik. Heç bir səbəb yox idi, lakin ayrılıq qəfil və bir anda baş vermədi. Elə bir məqama gəldim ki, kifayət qədər dözdüyümü başa düşdüm.Anladım ki, bu, sağlam münasibət deyil və buna etibar edə bilmirəm".
Bu məqamda xatırladaq ki, cütlük mehriban formada ayrılsa da sosial şəbəkələrdə bunun əsl səbəbləri haqqında şayiələr yayılmışdı. Bəziləri hesab edirdilər ki, buna səbəb Bill Qeytsin xəyanəti və onun şirkətinin işçilərinin tez-tez təqiblərə məruz qalması olub. 2021-ci ilin yazında bir neçə qadın eyni anda B.Qeytsin onlara münasibət təklif etdiyini iddia etmişdi. Bundan əlavə, Bill Qeyts azyaşlıları zorlamaqda ittiham olunan maliyyəçi Cefri Epşteynlə dost idi.
Melinda sözügedən şayiələrlə bağlı bu sözləri vurğulayıb:
"Heç bir səhv etməmişəm və başımı dik tutub yaşayıram. Qoy Bill həmin şayiələrə cavab versin. Cefri ilə dostluğa gəlincə, bunun əleyhinə idim. O, pisliyin təcəssümü olan dəhşətli bir insan idi və onunla görüşdükdən sonra uzun müddət kabuslar gördüm".
Melinda sonda boşanmasına kədərləndiyini əlavə edib:
"Eləcə bütün günü yatıb ağladığım günlər oldu. Tez-tez düşünürdüm ki, bununla necə mübarizə aparacağam, həyatıma necə davam edə biləcəyəm".
Qeyd edək ki, ikili 1987-ci ildə B.Qeytsin şirkətində - mətbuat brifinqində tanış olublar və 1994-cü ildə evləniblər. Evlilikdə onların üç övladı var - Cennifer Katarin, Rori Con və Fibi Adel. Cütlük 27 illik evlilikdən sonra 2021-ci ilin mayında ayrıldıqlarını elan edib və üç ay sonra rəsmi olaraq boşanıblar. Melinda boşandıqdan sonra da keçmiş həyat yoldaşının soyadını saxlamağa qərar verib.
Bill Melindaya şirkətlərinin bir qisminin qiymətli kağızlarını, "Microsoft"un 3 milyard dollarlıq səhmlərini verib.
"Forbes"in məlumatına görə, Bill Qeytsin sərvəti 134,1 milyard dollar, Melinda Qeytsin isə 6,2 milyard dollardır.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1367 Tarix: 06 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO
Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ
14.09.2021 1051 56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO
Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy
15.09.2021 2086 Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL
Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A
11.09.2021 3168 Peyvənd olunana pulsuz dönər təklifi
Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin
16.09.2021 1185 Üz dərisini ağardan unikal vasitə
Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində
13.09.2021 741 Doğum evində skandal: 20 il sonra məlum oldu ki...
İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus
12.09.2021 2121 Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!
TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem
15.09.2021 1181 Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı
Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib
13.09.2021 2571 Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO
Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır
10.09.2021 1704